Mənim etirafım layihə( 10 cu hissə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 2 171
Səs ver:
(səs: 0)
Salam gözəl və mehriban xanımlar bu dəfə yeni bir lahiyyə hazırlamaq qərarına gəldim...Bu layihə sizin Eirafınız olacaq.
"Mənim Etirafım"adlı bir layihədir.Bu layihəmizdə xanımlarımız öz Etiraflarını edəcəklər..Yəni kiməsə etmək istəyibdə edə bilmədikləri Sevgi etirafı, Həyatlarında etdikləri hansısa bir Günahın etirafı,Keçmişiniz ilə bağlı bir etriaf edə bilərsiz, Etdiyiniz bir günahı etriaf edə bilərsiz və.s...Yani qısacası Etiraf etmək istədyiniz bir hadisəni etiraf edəcəksiz... İnşALLAH layihəmi bəyənərsiz.. :128:
Bu dəfə gözəl xanımlarımızdan olan Sedo öz ETİRAFını edəcək..:08:
Bu xanımız peşman olduğunu ETİRAF edəcək...!

Etiraf edib fikirlərinizi bilmək istəyirəm.
Etiraf edirəmki,vicdanım rahat deyil.İstədiyim oğlanı unutmaq üçün ondan çox uzağa getdim.Orda dostumun qurupyoldaşı məni istəyirdi.Dostum vasitəsi ilə mənə sevgisin bildirdi.Eşidən kimi yox dedim,amma əl çəkmədi.Dostuma mənim oxumağım üçün mesajlar göndərirdi.Mesajlarında məni necə sevdiyin danışırdı.İlk dəfəydi başıma belə bir hadisə gəlirdi.Bəlkədə təcrübəsizlik mənə bu səhvi etdirdi.Mesajlarına cavab yazırdım onu istəmədiyimi və məndən uzaq olmasıni deyirdim.Məndən bu haqqda fikirleşməyimi istədi əvvəl razı olmadım,amma sonra razılaşdım.Fikirləşəcəm dedim.Onun mənə dedikləri təsir eləmişdi,bir ümid sevdiyimi unutduracağıni fikirləşdim.O isə cavabında ömrümün sonuna qədər gözləyərəm yazdı.Bunu oxuduqda çox pis oldum.Sevdiyimi fikirləşdim və ona xəyanət etdiyimi düşünürdüm.Gecə sevdiyim yuxuma gəldi ve mənə çox hirsləndi.Üzümə baxmırdı əsəbdən.Bütün gecə ağladım.Başa düşdüm ki,ondan başqasını sevə bilməyəcəyimi.Səhər açılan kimi yox cavabını dedim.Bu dəfə daha da qərarlıydım.1 il keçdi və hələdə məni istəyirdi.Yenidən xəbər göndərdi,bu dəfə həqiqəti heç kimə deyə bilmədiyim sevdiyim olduğun dedimki bəlkə daha az incitmiş olum.Narahatam bunu ilk dəfə deyə bilərdim.Onun hissləri ilə oynadığımı fikirləşirəm.Mən onu incitmək istəməmişdim.Bacılarım siz necə fikirləşirsiz coxmu böyük günah elədim???

P.S: Qızlar kim istəsə mənə şəxsiyə yazar öz ETİRAFını amma artıq dərəcədə xahiş edirəm azərbaycan şiriftiylə yazın yani "ə,ı,ş,ç" hərflərindən istifadə edin.. :envelope:
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 2 171
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri