Gerçəkləşməyən xəyalım (Layihə)

Müəllif: Narın Yağış
Şərhlər: 9
Baxılıb: 1 695
Səs ver:
(səs: 5)
Əziz Qadınlar Biz xanımları sizlərə daha bir layihə təqdim edirəm
Layihəm "Gerçəkləşməyən xəyalım" adlanır
Hər birimiz sabahımız üçün xəyallar qururuq
Xəyallarımızı gerçəkləşdirmək üçün əlimizdən gələni əsirgəmirik
Lakin bunlara rəğmən gerçəkləməyən xəyal olaraq qalan xəyallarımızda olur
Siz də bu layihədə xəyal edib istədiyiniz lakin nail ola bilmədiyiniz xəyal olaraq qalan gerçəkləşməyən xəyalınız haqqında yazacaqsınız
"Gerçəkləşməyən xəyalım" adlı layihəmin bu həftəki qonağı Guler 19 nikli userimiz oldu
 
Hər bir bacımı salamlayıram
Mənim gerçəkləşməyən bir xəyalım var istəyirəm onu sizinlə bölüşəm. Mənim en böyük arzularımdan biri babamı görmək olub ama heç vaxt görməmişəm. Bilirsiz bir babam mən doğulmamışdan rəhmətə gedib o biri babamda lap yaxinımda olub ama uzaqdanda uzaq olub. Heç baba nədi bilmirəm.Başqaları gedib onun üzündən öpəndə mən durub kənardan baxmışam qorxumdan getməmişəm. Mənim anamla atam bir birini dəhşət dərəcədə çox seviblər. Anam varlı ailənin qızı olub atamgil isə çox kasıb olublar. Atamın ailəsi nə qədər elçi getsələrdə anamı qardaşı vermiyib onlar bizə layiq deyillər deyib. Ama atam əl çəkməyib əsgərlikdən gələn kimi anamı qaçırdıb. və dayım amamı qoymayıb anasıyla görüşməyə. Anam çox əzablar çəkib dayım onu illərdən danışdirmayıb. Babamla nənəmlə qoymurdu bizi görüşməyə. Toylar olurdu gedirdik yanımdan keçirdi ama mənlə görüşmürdu. Bir gün dayım oğlunun əsgər getdisi idi bizdə getmişdik. Xalam qızıyla içəri keçdik xalam qızıyla görüşdü. Ama yanında durmuşdum mənlə görüşmədi. Kasmetika adıyla keçdim otağa o qədər ağladımki. Anam getdiyi yer pis olsaydı onda danışdırmazdında anamı. Anamla atam ilk gün bir birilərini necə seviblərsə inanırsız indidə eledilər. Onlardan çox örnək götürmüşəm. Nifrət etdim ona anama elə əzablar çəkdirdiyinə görə. Bilirsiz qızlar anamı nə vaxt danışdırıb mənim nişanımda. Onu elədə sevmirəm Babamla nənəm dünyanın ən yaxşı insanları idi. İndi heç biri yoxdu. İkisidə rəhmətə gedib.O ne qoydu babamı görəm nədə nənəmi. Anamın yanında ondan nəsə danışanda bizə əsəbləşəcək dayınızdı deyəcək. Ama bilirsiz qızlar bizə etdikləri ən əsasıda anama etdikləri özünün qarşısına çıxdı. İndi illər keçib qızlar anam qaçdığına görə onu danışdırmayan anasına atasına həsrət qoyan dayım indi öz balasına həsrətdi. Bidənə dayım var ama mən ona dayı deməzdim. Bu qədər qızlar ALLAH heç kimə belə dayı qismət etməsin. Ama deyəsən mən onu çox istəyirəm bilmirəm
 
P.S Layihədə iştirak etmək istəyən xanımlar mənə ismarıcla müraciət edə bilərsiniz
 
Xəyallarınızın gerəkləşməsi diləyi ilə hələlik 128

(səs: 5)
Şərhlər: 9
Baxılıb: 1 695
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri