Əziz Qadınlar Biz anaları körpəniz dünyaya gələn o ilk günü keçirdiyiniz duyğuları, keirdiyiniz hissləri bizimlə bölüşəcəksiniz
Layihəmizin bu günün qonağı Arzum-Aysum nikli userimizdir
Gözəl bacılarım, yəqinki, məni yaxından tanıyanlar və tanımayanlar bilir
ki, gözəl göyçək, şirin şəkər iki qızım var. Canım Arzu qızım və canım
Aysu qızım. Bu gün sizlərlə şirin qızım Arzu quzumun həyatımı
aydınlatdığı o gözəl günü bölüşəcəm.
Əvvəlcə hamilə olduğumu
öyrəndiyim o xoşbəxt günümü təsvir edim sizə. Vaxtımdan bir neçə gün
keçmişdi. Bidənəm həvəslə və həsrətlə o xoş xəbəri verəcəyim günü
gözləyirdi. Bir də gördüm ki, test alıb gətirib. 2013-cü il 13 yanvarda
test elədim. Həyəcandan əlim ayağım əsirdi. Dua edə edə testə baxdım, 2
xətt çıxmışdı. O an dünyanın ən xoşbəxt insanı mən idim. Şad xəbəri
bidənəmə də verdim. Qucaqlaşıb o qədər ağlamışdım ki. Və beləcə
həyatımın ən gözəl 9 ayı başladı. İnkişafının, böyüməsinin hər anı mənə
sonsuz xoşbəxtlik bəxş edirdi. Hər dəfə həkimə gedəndə ürəyim az qalırdı
yerindən çıxsın. Hər şeyin qaydasında olduğunu eşidəndən sonra içimə
böyük bir rahatlıq çökürüd. Gözəl balamın ilk ürək döyüntülərini
eşitdiyim o an İlahi heç vaxt yadımdan çıxmayacaq. O an sevincdən mənim
ürəyim dayanacaqdı sanki, sevinc göz yaşlarımı saxlamaq mümkün deyildi.
Beləcə böyük xoşbəxtliklə günlərim keçirdi. Həkim doğum vaxtını 10-16
sentyabr 2013-cü il tarixləri arasına demişdi. Mən də fikirləşirdim ki,
doğum vaxtına 2-3 həftə qalmış gedərəm Bakıya.
Vəəə 2013-cü il
avqust ayının 19-u. Müqəddəs Ramazan bayramı günü idi. Səhər tezdən
durub həmişəki kimi işlərimi gördüm, hələ üstəlik böyük bir həyətimiz
var onu da başdan ayağa süpürdüm. Bayram hazırlıqları gördük xalamla.
Bir də gördük ki, Bakıdan dayımgil gəldi. Anam da onlarla gəlmişdi.
Bayram günü anamı görüb çox kövrəlmişdim. Günorta hər kəs gözəl Bayram
süfrəsi arxasında yedik içdik. Qərara gəldik ki, gedək gəzməyə. Yığışıb
təsəvvür edin 20-30 nəfər, 3-4 maşın getdik Lahıca. Bir xeyli getmişdik
nəsə özümü narahat hiss eləməyə başladım. Elə bildim ki, istidən
tərləmişəm. Lahıca gedənlər oranın yolunun nece olduğunu bilir. Bir
təhər çatdıq ora. Bacımı və xalamın gəlnini çağırıb vəziyyəti dedim.
Aləm dəydi bir birinə ki, su açılıb uşaq olur. Amma sancım yox idi.
Qızlar inanın kişilərin yanında elə utanırdım. Beləcə hamı mindi
maşınlara geri qayıtdıq.
Doğuş prosesini danışmayacam uzun uzadı.
Sadəcə onu deyim ki, sancım olmadığından və su tamam qutardığından doğuş
çətin oldu. Təsəvvür edin axşam saat 9a işləmiş girdim doğuş otağına
gecə saat 12 yə 15 dəqiqə işləmiş bəbişim oldu. Hələ indiyə qədər də,
hər kəs mənim ,,bəbişim nooolar gəlll,, deyə ağladığımı danışır. Hamı
deyir ki, səninlə bərabər o sözlərinə biz də ağlamışıq. Çöldə dua edən
kim, daş sındıran kim ki, doğuş tez qutarsın. Bəbişim oldu... amma
ağlamırdı... səsi çıxmırdı... Həmin an bütün dünya başıma uçdu, böyük
bir boşluğa düşdüm... həyəcandan böyük açılmış gözlərimlə həkimə
baxırdım. Ciyərinə bir xeyli vurdular, 2-3 dəqiqədən sonra o gözəl körpə
səsi ilə bəbişim başladı ağlamağa. Bir o yadımdadı ki, həmin an ancaq
uca Rəbbimə şükr etdim və başımı qoydum yerə.
Vəə budur gözəl balam qucağımdadır Tanrı mənə gözəl göyçək, sağ salamat, şippp şirin bir övlad nəsib etmişdi O anı heç bir kəlimə ilə ifadəetmək mümkün deyil. Sadəcə xoşbəxt idim.
Onun xırda dodaqları, balaca əlləri, yumuq gözləri Tanrının bir
möcüzəsi, mənə və bidənəmə böyük bir lütvü idi. Uca Tanrıma bu gözəl
hədiyyəsi üçün sonsuz minnətdaram və ölənəndək də şükr etsəm də azdır.
Ana
olmaq ən gözəl duyğudur və biz qadınlara yaşatdığı ənnnnn böyük
xoşbəxtlikdir. Bütün bacılarıma bu gözəl duyğunu-ana olma sevincini yaşamağı diləyirəm uca Tanrımdan
Qeyd:Hekayənizi mənə ismarıcla azəri şiriftilə yazın