Canım Miss- Azerbaijan ilə tam səmimi müsahibəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 3 194
Səs ver:
(səs: 1)
1. Salam xanım ilk öncə özünüzü təqdim edin.
Adım Aslanova Bəyim.

2. Neçə yaşınız var?
15 yaşım var.

3. Təhsiliniz?

Hələ ki , məktəbliyəm.

4. Ailəlisiz?
Xeyr.

5. Ailəniz haqqında biraz danışın(əyər mümkünsə)

Ailədə 4 nəfərik: atam,anam,bacım və mən. Bacım məndən 1 yaş kiçikdir. Anam evdar qadındır. Bacım ailəmizin baş bəlasıdı(çox dəcəldi).

6. Həyatda nəyi istəyib əldə etmisiz?
Hələ heç nə amma çox az müddət qalıb.

7. Həyatda ən çox dəyər verdiyiniz insan kimdir?

Məncə, bunu kimə versəydiniz eyni cavab alardız. Əlbəttə ki, anam.

8. Sevirsiz yoxsa sevilirsiz?

Hər ikisi. Çünki sevgi qarşılıqlıdır. Mən kimi sevirəmdə o da məni sevir.

9. İlk sevginiz neçə yaşınızda olub?Mənə maraqlıdır

İndiyə kimi sevməmişəm. Amma ümid edirəm ki, olsa, daimi və əbədi olsun.

10. İndiki gənclərə neçə yaşında ailə qurmalarını tövsiyə edərdiniz?

Məncə, bu ciddi qərar üçün dəqiq yaş həddi demək mümkün deyil. Ailə qurmaq istədiyin və buna hazır olan şəxs nə zaman qarşına çıxsa.

11. Həyat sizə indiki yaşınıza qədər nələyi öyrədib?
Həyat mənə hər çətinliyə hazır olmağı və dost seçərkən diqqətli olmağı öyrədib.

12. Özünüzə bağışlaya bilmədiyiniz səhviniz var?

Var. Bəlkə də, Tanrı bağışlayıb, amma mən heç vaxt.
 
 
13. Ümumiyyətlə xasiyyətiniz necədi?
Hamı məni ciddi biri kimi tanıyır, amma tanıdıqlarının əksi biritəm. Lazımi yerdə deyib gülən,lazımi yerdə susuram.

14. Sirr saxlaya bilənsiz yoxsa necə?
Bəli. Çünki həmin insan mənə inanıb, mən isə bu inamı qıra bilmərəm. Amma həyatda əks insanlar qarşıma çıxıb.

15. İndiki zamanda sadiq rəfiqə var sizcə?
Bəlkə də var, amma qarşıma çıxmadığından bu suala hə var deyə bilməyəcəm.

16. Bəs sizin neçə rəfiqəniz var?

Var idi. Amma indi rəfiqəm yalnız bacım, bəzən də anamdır.

17. Saytımıza gəlişiniz necə oldu?
Bu sayta bacım ilk öncə girib. Mən o girdikcə sayta marağım daha da artdı və mən də daxil oldum.

18. Saytımızda həsəd apardığınız user var?

Hamısı. Çünki hər xəbərdə bir user elə şərhlər yazır ki , düşündükcə çox dərin mənası olduğunu anlayıram.

19. Saytımızın ən diqqətcil useri sizcə kimdi?

Antikvar,arzum aysun,İsveçdə,gülər 19. Bəziləri yaddan çıxıb.

20. Saytda sizə ən yaxın userlər kimdi?(inciməyəcək buyurun deyin)

Nazlı_qız,antikvar.

21. Saytımızda tanış olmaq istəyibdə çəkindiyiniz user var?

Hamısı ilə ayrılıqda tanış olmaq istərdim. Amma çəkinirəm.

22. Mənə sözünüz və sualınız varsa buyurun.
Çox sağ olun ki, sayta daxil olduğum müddət çox olmasa da məni diqqətdən kənar qoymamısınız.

23. Sonda müsahibəni bəyəndiniz?

Həm də çox.
 
24. Qadınlar.Biz userlərinə ürək sözləriniz?
Bütün userlərə tək arzum Tanrım onları heç zaman sevdikklərindən ayırmasın. Xanımlar, mən xoşbəxtliyi bunda görürəm.
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 3 194
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri