Şəms xoşbəxtdir ona görə ki

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 354
Səs ver:
(səs: 0)
Mən xoşbəxtəm ona görə ki,bütün sevdiklərim yanımdadı,məni sevdiklərini hiss etdirirlər,arzularımın hər birinə yavaş yavaş çatıram və ən əsası ALLAHım mənimlədi...

Mən həyatı sevirəm ona görə ki,həyatda məni sevir gec də olsa bunu anladım.

Dinimi sevirəm ona görə ki,həqiqətən ALLAHım hər zaman mənimlə olduğunu hiss elətdirir.möcüzələrini mənim həyatımdan əksik etmir.dualarımı qəbul edir çox Şükür ki.

Sevgi gözəl hisdir ona görəki,onu çox sevirəm.o da məni sevir.bunu bilirəm artıq.çox əziyyət çəkdik hər ikimiz. bir birimizə əzab versək də indi bir yerdəyik və xoşbəxtik;)

Anamla mübahisə edirəm bəzən ona görə ki,həqiqətən çox kaprizliyəm.hərdən özüm belə özümü çəkə bilmirəm

Bəzən məni başa düşmürlər ona görə ki,mən yaşıdlarımdam tamam fərqliyəm.düşüncələrim çox fərqlidi həqiqtən.

İşlərimi çatıra bilmirəm ona görə ki,bir az tənbələm))

Bəzi gecələr ağalayıram ona görə ki,sevdiklərimi itirmək qorxusu yaşayıram,arzularıma çatmamaqdan qorxuram,günah işləməkdən qorxuram, ALIAHıma layiqli olmayacağımdan qorxuram.

Bəzən hər şeydən yoruluram ona görə ki,sevdiklərim məni incidir daha dogrusu mən elə sanıram.

Gözəllik qurban tələb edir ona görə ki,hər bir qadın gözəl olmalıdır.(ya da hər kəs eyni yəni gözəl olsaydı dünya mənasız olardı) bu sualın cavabın dəqiq deyə bilmərəm ;)

Darıxıram ona görə ki,yay gəlib hələ istirahət etməmişəm və onun başı qarışıqdı deyə mənə çox da vaxt ayıra bilmir(((

Heyvanları və bitkiləri çox sevirəm ona görəki onlar da canlıdır və ALLAH tərfəfindən yaradılıb.ALLAHın yaratdığı hər şey gözəldir və sevilməyə layiqdirlər..

Qısqancam ona görə ki,sevdiklərimi heç kimlə paylaşa bilmirəm.və mən qısqanclığın pik nöqtəsindəyəm.hətta atamı anama belə qısqanıram.artıq özünüz filirləşin

Sevdiklərimi heç kəslə paylaşa bilmərəm ona görə ki,onlar mənimdir,mənə aiddir.

Bəzən hər şeydən uzaqlaşmaq istəyirəm ona görə ki,insanlar üzərimə çox gəlir.və bezirəm yoruluram hər şeydən.

Məni nə sevindirir bilmirəm ona görə ona görə ki, dəyişkən xasiyyətliyəm.bu gün məni sevindirən bir şey sabah ağlada bilər.bircə onu bilirəm ki ALLAHım və ondan sora yerdə sevdiklərim yanımda olsun bu məni hər zaman sevindirər.

Arzularım, xəyallarım ümüdlərim bir gün gerçəkləşməyəcək deyə qorxuram ona görə ki, mənim arzularımın hər birinin içində sevdiklərim var.və onları itirməkdən qorxuram və həqiqətən bu qorxunu çox yaşayıram.İnşALLAH heç vaxt itirmərəm sevdiklərimi və arzularıma çataram Amin))
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 2 354
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri