O mənə yenidən həyat bəxş etdi (Layihə)

Müəllif: Narın Yağış
Şərhlər: 13
Baxılıb: 2 118
Səs ver:
(səs: 1)
Bu dəfəki userimiz Medine Yusif nikli userimizdi
 
Salam canim bacılarım.Mən də sizinlə ana olmağımın həyacanını sevincini paylaşmaq istədim.Deməli belə mən 22.10.11 ci ildə ailə həyati qurdum.yoldaşımda məndə cox istəyirdik bəbişimiz olsun...inanın hər ay test edirdim heçnə çıxmırdı.elə pis olurdum ki...yoldaşımda məndən gizlətsə baxırdım ki o da cox pis olur...həkimə də gedirdik.deyirdilər bir problem yoxdu.2013il oktyabr ayinda baxdum ki vaxtimnan keçir.test etmək istəmədim.çünki hər dəfə bir xətt çıxırdı.məndə pis olurdum.yoldaşımın israrı ilə test etdim ama baxmadım keçdim o biri otağa.birdə gördüm qaça qaça gəlib ki iki xətt var aşkım.qızlar inanın ki elə bildim nəfəs ala bilmirəm.axı mən bunu çoxdan gözləyirdim.yoldaşımda sevincinnən dəli olmuşdu.balamın ilk xəbərini belə aldim...indi isə sizə doğuşumnan danışım gözəl bacılarım.həkim iyun ayının axırına vaxt qoymuşdu.ama keçdi iyula.məndə narahat oldum sanci gəlmirdidə.getdim gecəynən xəstəxanaya.ayın 4 ü.açılışım var sanci yox.dərmannan sanci gətirdilər.qizlar elə bildim havalaniram...gecə 4 dən başlayan sancı səhərə qədər davam elədi ...bir onu deyirdim:ay Yusif mama qurban tez gəl balam...deyirdim ağlayırdım.axır ki 7ə qalmış çıxdım stola...çox qorxurdum özümçün yox balamçun...yalvarırdım Allahıma ki sağ salamat qucagıma alım Yusifimi...nəhayət balamın səsin eşitdim.artıq onu qoymuşdular qarnımın üstünə.caaaan quban olar mama ona...maşallah saglam idi balam..Allaha min şükür.ilk dəfə qucağıma alanda bütün bədənim əsdi...necə məsum saf təmiz idi ay Allah...yoldaşim isə xəbəri alanda aglamış.sonradan mənə dedilər...Allah heç kəsi övladnan imtahan eləməsin inşallah...artıq Yusifimə də qovuşdum Allahdan daha nə istərəm.min şükürlər...bacılarım Allah sizə versin bu şirin şəkər Yusifdən.oxuduğunuza görə Allah razı olsun.öpürəm hamınızı.Allah hər kəsin balasını saxlasin amin...
 
P.S Bəzi userlər ismarıcların gəlməməsindən şikayətlənir. Hekayəni mütləq özünüz üçündə kopi edib hekayə yayımlananacan saxlayın. Yayımlanmazsa birdə göndərin.Layihədə iştirak etmək istənən Analar hekayənizi mənə ismarıcla azərişiriftilə yaza bilərsiniz
(səs: 1)
Şərhlər: 13
Baxılıb: 2 118
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri