NazNazı ilə tam səmimi müsahibəm!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 14
Baxılıb: 2 316
Səs ver:
(səs: 1)
1. Əvvəla salam. Özünü Qadınlar.biz userlərinə təqdim et!
-Salam canim , mən Göyçək , 19 yaşım var

2. Bir az ailən haqqinda məlumat ver də bizlərə.
-Ailəm 4 nəfərdən ibarətdir, anam, atam, mən, qardaşım

3. Nəyəsə hazırlaşırsanmı? Hazırlaşırsansa, neçənci qrupa?Nəçi olmaq istəyirsən?
-ADPU telebesiyem, terbiyəçi olacam inşAllah

4. Ən böyük arzun nədir?
-Bilirsən canım?? Arzular heç vaxt bitməz. İstərdimki çox xoşbəxt olum , nümunəvi ailə qurum. ALLAH her kesi öz arxusuna çatdırsın

5. Yuxudan duran kimi ağlına nə gəlir və yaxud nəyi fikirləsirsən?
-Yuxudan duran kimi bugun edəcəklərim haqqında fikirləşirəm, amma ağlıma heç kim gəlmir

6. Ən yadda qalan günün nə vaxt və o günü yadda qalan edən nə olub?
- Ən yadda qalan günüm 17 iyul idi , universitite qəbul olduğum gün.

7. İndiki zamanədə əsl dost varmi?
-Var canım amma gərək düz seçim edəsən, Dost sene ömrüboyu lazım olar, elə seçim edəsənki bu dostluq davam etsin.

8. Ən yaxın dostun kimdir?
-Qrup yoldaşım Lalə , mən onu çox istiyirəm, hər zaman yanımda olub, yaxşı ki varsan ürəyparam!

9. Xoşbəxtlik deyəndə axlına kim və yaxud nə gəlir?
-Xoşbəxtlik 10 hərfdən ibarət olsada, teorem kimi anlamı böyükdür, mən müəllimə olduğumu üçün psixologiyanıda bilirəm , xoşbəxtlik ani bir şeydir gəlir, və gedir. Məncə bu dünyada dərdsiz insan yoxdu. Allah bizə güc veribki xoşbəxt olmasaqda, özümüzü xoşbəxt göstərək, istərdimki hər kəs xoşbəxtliyi daimi dadsın

10. Gələcəyini nə cür təsəvvür edirsən?
- Körpələrlə işləyəcəyim üçün çox xoşbəxtəm , iş, ailə, sonra körpələr... bu ardıcıllığı istərdim. Qismət inşAllah

11. İndiki həyatını bir şəkildə ifadə et!
-İndiki həyatım subayam , sevgilim yox, sadece gələcəyi yaşıyıram

12. İnsanlarda ən çox önəm verdiyin xüsusiyyətlər nələrdir?
- insanlarda yalan nifrət etdiyim xüsusiyyətdir, yalançılıq heç vaxt ayaq tutub yerimir. Nifret etdiyim xüsusiyyətlərin içəfisində şər atmaq, bildi-bilmədi danışmaq, kimdənsə istifadə etmək

13. Cümləni tamamla.Etiraf edirəmki, mən...
-Etiraf edirəmki , mən xoşbəxt görsənməyə çalışıram

14. Ümumiyyətlə xasiyyətin necədir(necə bir insansan)?
- Mənimlə yad insanlar belə dərdini bölüşə bilir, sirr saxlamağı bacaran, quyruğumu kimsə tapdalasa etdiyinin qarşılığının görər. Mən heç kimə pislik etmirəm. Ən azında Allah görür, o bilir mən kiməm? Necəyəm?

15. Ən zəif cəhətin nədir?
-Kəmhövsələ olmağım )) birdə kimsə yalan danışsa həmin vaxt onun yalanını üzə vurmaq

16. Həyatda yaşama məqsədin?
-Yaşama məqsədim xoşbəxt olmaq, layiqincə bu ömrü başa vurmaq

17. Məktəblə bağlı hansı xatirələrin var?
- Düzünü desəm çox olub. Çünki bizim sinif ən dəcəl sinif olub, çox şıltaqlıqlar eləmişik. Oğlanlı-qızlı dəcəllik edərdik və heç vaxt bir -birimizi satmazdıq. Birdəfə biz 9 cu sinifdə oxuyanda , yeni il ərəfəsi idi. Oğlanlar partladan gətirmişdi. Sinifimiz 3 cü mərtəbədə ən axırıncı otaqda idi. Partladanı yandırıb aşağı atırdıq, direktor gəlib sinifdə tutmuşdu.

18. Həyatda ən çox istədiyin və ən zəhlən getdiyi insan kimdir(tam səmimi)?
-Rəfiqəm , anam ən çox isyədiyim . Ən zəhləmgedən isə hələki yoxdu

19. Səni ən çox nə əsəbləşdirə bilər?
-Yalan danışmaq, kimisə təhqir etmək, birdə pessimist olmaq

20. Əsəbləşəndənə edirsən?
- Ya ağlıyıram, yada musiqi dinliyirəm

21. Ən çətin anında səni həyata nə bağlayır?
- Səbr edərək hər şeyin üstündən gəlirəm , Allah şükür ki o gücü mənə verib.

22. Həyatda ən çox nədən qorxursan?
-Kimsə incitməkdən çox qorxuram, birdə Anamı itirmək qorxusu

23. Səni həyatdan nə küsdürə bilər?
-Ard-arda gələn zərbələr məni həyatdan küsdürə bilər.

24. Könül almaq yoxsa könül vermək çətindir?
-Hər ikisi çətindi . Kiminsə qəlbini qırdınsa mütləq könül almağı bacarmalısan. Könül vermək isə, bu dünyada könül veriləsi çox az adam var.

25. Həyatda ən asan şey nədir?
-Məncə asan heçnə yoxdu, əziyyət nəticəsində nələrsə qazanırıq

26. Nikinin mənası nədir?
- Naz , qəmzə deməkdi.

27. Hansı ölkələri səyahət etmək istəyərdin?
-Norveçə getmək istərdim, xəyallarımın ölkəsidi

28. Güzgüyə baxanda nə fikirləşirsən?
-Güzgüyə hər baxanda şükr edirəm ki Allah məni belə yaradıb.

29. Seçim qarşısında qalsan ,ailəni yoxsa sevdiyni seçərdin?
-Sevdiyim olmadığı üçün heçnə deyə bilmərəm, yalan demək istəməzdim .Gələcək göstərəcək

30. Başqalarından nəyinə görə fərqlənirsən?
-Deyilənə görə çox ciddi görkəmim var ))

31. Bu an harda olmaq istəyərdin?
-İstirahətdə olmaq istərdim, çünki buna ehtiyacım var

32. Sənə necə səslənəndə əsəbləsirsən?
-Ən zəhləmgedən xüsusiyyət Az deyə çağırılmaqdır.

33. Suallardan razı qaldın ,bacım ?
-Çox bəyəndim canım. Əllərinə sağlıq

34. Məni necə birisi olaraq tanıyırsan? Mənə iradların ?Vermək istədiyin sual olsa buyur.
-Mən səni çox tanımasamda xoşuma gəlibsən. İradım yoxdu bacıcan , Vermək istədiyim sual mmm şey-Neçə yaşın var?
Çox saqol canım qarşılıqlıdı :)...14 yaşım var.

35. Və sonda Qadınlar.biz userlərinə ürək sözlərin?
-Bütün qadınlar.biz userlərinə can sağlığı, xoşbəxtlik,səadət dolu həyat arzu edirəm, öpürəm hamınızı :kiss3:
(səs: 1)
Şərhlər: 14
Baxılıb: 2 316
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri