Cümə gününüz mübarək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 34 430
Səs ver:
(səs: 1)
Allahım! Bizləri rəhmətinin o böyük lütfü ilə bağışla, bizə rəhm et. Bizə hidayət ver və sırat-ı müstəqimdən ayırma...

Ey Mərhəmətli Rəbbimiz! Bu gün edəcəyimiz dualarımızı qəbul et və bizi Makam-ı Mahmuda qonşu olmağa məzhər olanlardan elə...

Ya Rəbbim! Səsimizi eşidənSən, hallarımızı bilənSən...
Açdıq könlümüzü sənə, Sən imdad eylə, Sən əfv elə, Sən yollarımızı xeyr elə...

Ürəyimiz fərah, ilhamınız bol olsun. Sevimli Peyğəmbərimiz şəfaətçimiz olsun...

Ya Rəbbim! Könlümün təsbihinə ümid muncuqları düzüldü dənə-dənə. Hər çəkdiyimdə "bağışla" deyərək sığındım rəhmətinə...

Həyatın şərəflisini, ruzinin bərəkətlisini, əxlaqın fəzilətlisini, övladın ədəblisini nəsib elə, Ya Rəbbim...

Allahım! İnancımıza görə bizi zillətə salmağa səy edənlərə fürsət vermə. Bizi İslam yolundan ayırma...
Hər yerdə həddini bilən, könül aynasını silən, məhşərdə bəraət edib üzü gülən qullarından et bizi...

Allahım, Peyğəmbərin Məhəmməd (s.ə.v)ın hörməti üçün Səndən istəyirəm, Sənə yönəlirəm! Bu mübarək gündə dualarımızı qəbul elə...

Ümidsiz qapılar vardır açılmaz, Rəbbimin qapısı böyükdür, bağlanmaz. Sən ümidini itirmə Rəbbim qulunu buraxmaz...

Rəbbim bizi dualı bir həyat yaşayan, duasını həyatına daşıyan, başqalarının duasını alan və duası qəbul olan qullardan etsin inşallah...

Allah hikmətiylə bir qapını bağlasa rəhmətiylə digərini açar. Ya Rəbbi bu mübarək cümə günü hörmətinə bizlərə xeyirli qapılar aç...

Xeyirli və gözəl cümə gününüz mübarək olsun!!!
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 34 430
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri