Körpəmə ilk məktubum (Layihə 2)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 157
Səs ver:
(səs: 0)
Salam xanımlar bildiyiniz kimi növbəti layihəm   128 "Körpəmə ilk məktubum" 128 adlı bir layıhədi. 

Bu gunku qonağım körpəsinə ilk məktubun yazdı bu qonaq "Dosu" nikli userimiz olacaq öz körpəsinə yazdığın bizimlə paylaşacaq.

Salam mənim əziz bacılarım...Bugün mən körpəmə ilk məktubumu yazacam...Mənim körpəm hələ dünyaya göz açmayıb...Men hal-hazirda hamiləliyimin son günlərini keçirirəm...Bəlkə bugün, bəlkə sabah ,bəlkə də bir neçə gündən sonra o dünyaya gözlərini açacaq...Bu hələ analığın ilk addımlarıdı...Bir söz vardır..Ana olarsan ananın qiymətini daha yaxşı bilərsən deyə...Və əmin olunki mən onu hələ bu ilk addımlardan hiss etməyə başlamışam...indi anamı daha yaxşı başa düşürəm...Allahdan arzum odurki bu hissləri yaşamağı hərkəsə nəsib etsin...İndi isə körpəmə məktubu yazmağa başlayiram...
Mənim balacam....Sənin xəyalini atanla bir-birimizi sevdiyimiz vaxtlardan qurmuşuq...Allahima şükürler olsun ki bu hissi yaşamağı bizə tez nəsib etdi...Toyumuzdan sadəcə bir ay sonra sənin varlığını öyrəndik...Bu qədər tez olduğuna inana bilmirdim...mənim şirinim ilk dəfə aparata getməyim heç ama heç yadimdan çıxmır...ilk dəfə sənin ürək döyüntülərini eşidəndə elə hisslər keçirdim ki...bu hissləri heç zaman sözlə ifadə etmək mümkün deyil...o anda gözlərimdən yaş axdı...o səs hələ də qulaqlarimdan getmir...hələ səni hiss etməyə başladığım anlar...ilk öncə yavaş tərpənişlərini hiss edirdim...aprel ayının altısı idi...səhər tezdən bakıya gedəcəydik...dayının toyuna...Hərkəs yatmışdı..Mən isə yataqda uzanmışdım...Əllərimi qarnıma qoymuşdum səninlə yavaşca danışırdım...Atanla birgə səninlə bağlı qurduğumuz xəyallardan...sənin necə dogulacağından səni necə böyüdəcəyimizdən...Və elə o anda sənin ilk təpiyini hiss etdim...ilk öncə dörd tepik atdin...ilk vaxtlar həm çox həyəcanlanırdım həmdə qorxurdum...Deyirdim bəlkə sənə nəsə olub...ama zaman keçdikcə alışdım...İndi ise atanla birlikde sənin yolunu gözləyirik...Atan menden daha həyəcanlıdı...Biraz ağrım olan kimi deyir bəlkə sən gəlirsən...Artiq gəl...Gəlki xəyallarımız gərçək olsun...səni səbirsizliklə gözləyirik...səni çoooooooooox sevirik mənim balacam...
Allah bütün bacılarıma bu hissleri yaşamağı nəsib etsin İNŞALLAH...Mirişqam sənədə qismət olsun...Bebişim doğulsun onunla birlikdə başqa layihelerde iştirak ederik allah qoysa...
 
İşALLAH sağ-salamat döğular..Çox saqol bacım Amin!

Diqqət: Bundan belə bu layihəni mən paylaşacam! Kim istəsə mənə şəxsi ismarıcla yaza bilər  xanimlar tək bir xahişim var azərbaycan şirifti ilə yazın ə, ı,ü,ö,ğ,ç,ş əvəzinə e,i, u,o,g,c,s, yazmayın..!
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 2 157
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri