Mələyim, 2 ildir ki bizimləsən... Yaxşı ki, varsan

Müəllif: arzum-aysum
Şərhlər: 15
Baxılıb: 25 809
Səs ver:
(səs: 4)
Dünən kimi ağlımdadı doğulduğun gün...   :uyu: İlk dəfə qucağıma aldığım zaman dodağımdakı təbəssüm sevinc göz yaşlarına qarışmışdı. O gözəl mis qoxun hələ də burnumdadı,.. səni qoxladım , qoxladım..,  öpdüm doymadım. ..  :yavrum:


Üzümü üzünə yaxınlaşdırdığımda burnuma dolan o ilıq nəfəsin, yanağımı yanağına dəydirdiyimdə içimi doldurduğun həyat sevincin, mənə sarıldığında hiss etdirdiyin şərtsiz sevgi və bizi seçmiş olmağınla verdiyin qürur heç bir tərifə sığmaz. Sən çox xüsusi bir qızsan bir dənəm, yalnız bizim qızımız olduğun üçün deyil... bu xoşbəxtliyi bizlərə yaşatdığın üçün...  :sowu:


Sən doğulmadan əvvəl atan qarınıma mahnılar söyl əyərdi,  :trompet: elə böyük həyəcanla gözlədik ki, səni sağ salamat qucağımıza alacağımız günü...   :laylay: Vəəəə sən gəldin nəhayət ki...  :ponpon:

 Sən gəlincə mən ən çox sevməyi öyrəndim qızım... Bir möcüzəyə sahib olmanın möhtəşəmliyini... Səbr etməyi öyrəndim... Hər axşam başmı yastığa qoyub, şükr etməyi öyrəndim... Atanın qucağındaykən belə mənə doğru yönəldiyində üzümdəki təbəssümü sırf atan kədərlənməsin deyə gizləyə bilməyi öyrəndim...


Atanı yalnız aşiq olduğum adam olaraq deyil, sənin atan olaraq sevməyi öyrəndim...   :urek:

Yaxşı ki, doğuldun qızım, yaxşı ki varsan

Hər ana kimi istəyirəm ki;

Həmişə xoşbəxt, həmişə sağlam olasan,

Ürəyin qırılmasın, canın heç ağrımasın,

O kiçik ürəyin böyüdükcə belə hər zaman sevgiylə dolu olsun... AMİN.. .  :melek:


ilk göz ağrım... ilk körpəm... canım qızım.. həyatıma girdiyin o gün anladım ki, sən mənə Allah' ın verdiyi müqəddəs bir əmanətsən.  İnan canım qızım o günkü duyğularımı izah etməyim qeyri-mümkündü... Atanla mənə xoşbəxtliklərin ən böyüyünü yaşadan,  mənə analığı daddıran biricik mələyim,  qızım,  canımın parçası qızım,  iyləməyə qıya bilmədiyim çiçəyimsən sən.. kim izah edə bilər ki, səni məndən başqa...


Bu gün 2 yaşın tamam olur gözəl qızım... bu gün sənin ad günündü... Bu gün bizi dünyanın ənnnnnnnnnn xoşbəxt ata anası etdiyin gündü... yaxşı ki , doğuldun canım qızım...  :zhappy%20birthday:


xoşbəxtlik yağışları hər zaman üzərinə yağsın.. həyatında sevgisiz sevincsiz keçən bircə saniyən belə olmasın ...  Allahıma dualar edirəm ki,  dərdlər səndən uzaq olsun... sevgi, sağlamlıq,uğur, xoşbəxtlik həmişə səninlə olsun.... sevinclərin bol olsun...  :melek: :angel_mini:

yaxşı ki, doğuldun, yaxşı ki , Tanrı səni mənə və atana verib... Ad günün mübarək olsun gözəl qızım...

Səni bizə verən, məni sənin anan olmaqla taclandıran Tanrıma minlərcə şükr olsun . ..SƏNİ ÇOX SEVİRİK KİÇİK MƏLƏYİM...  :128:
 
(səs: 4)
Şərhlər: 15
Baxılıb: 25 809
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri