aRZuM209 adlı userle tam səmimi və maraqlı müsahibəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 15
Baxılıb: 2 720
Səs ver:
(səs: 2)
1. Salam əziz bacım.özünü qadınlar.biz ailəsinə teqdim et.
Əleykum salam canım)) mən 1994 təvəllüdlü NƏSİROVA ƏZİZƏ 20 yaşım var.

2. Xarici görünüşün haqqında nə deyə bilərsən?
Sarışın orta boylu hər rəngə çalan xamilon gözlərim var,, :08:

3. Hobbin?
Əl işləri düzəltmək, musiqi dinləmək

4.Ümumiyyətlə necə bir xasiyyətə malik birisən?
Sadə səmimi lakin tez küsən.və küsdüyüm zaman hirsim soyumayanadək qəlb qıra bilirəm sonra isə peşman olub üzür istəyirəm.

5. "Qadınlar.biz" saytına ilk gəlişin necə olub? xatırlayırsan?
Bəli xatırlayıram.google də namaz vaxtına baxanda qadinlar biz saytının adına rast gəldim və qeydiyyatdan keçdim əvvəl çətinlik çəkirdim lakin sonradan çox sevdim burani.

6.Xoşbəxtlik nədir sənin üçün?
Sevdiklərimlə keçirdiyim hər an xoşbəxtlikdir mənimçün

7.Gələcəkdə özünü necə biri kimi görürsən?
Xoşbəxt bir ailənin xanimi kimi

8.xoşbəxtliyi nədə görürsən? xoşbəxtsənmi?
Bəli çox şükürki xoşbəxtəm

9.Müasir vaxtda kiməsə inanmaq düzgündürmü?
Xeyir...

10. Həyatda kimə görə özünü qurban verərdin?
Sevdiyim şəxslərə görə canımdan belə keçərəm nəyinki özümü qurban vermək..

11. Sevdiyiniz bir şəxs sizə "ya mən ,ya ailən"desə nə edərsən?
Aciqlama tələb ederem...

12. Həyatda ən çox nədən qorxursan?
Əzizlərmi itirməkdən qorxuram

13. İlk baxışdan sevgiyə inanırsanmı?
Bəli inaniram şahididə olmuşam

14. Səncə məhəbbət əbədidir?
ALLAHA Duyulan məhbbət əbədidir,bəndəyə duyulan məhəbbət fani dünya kimi keçicidir

15. Sevirsənmi?
Bəli sevirəm canımdan çox sevirəm

16. Məktəb illəri həyatında hansı izləri buraxıb?
Məktəb həyatimi doyunca yaşamasamda çox gözəl xatirələrim var

17. İnsanlarda dəyər veridiyin xüsusiyyətlər nədir?
Saflıq düzgünlük sevgi dolu olan qəlb bu 3 xüsusiyyəti olan şəxs üçün canım qurbandır

18. Özünü 3 sözlə ifadə et.
Küsəyən ,qısqanc,səbirsiz məhz bu mənəm

19. Səni həyatda yaşadan məqsədin?
Ailəm və sevdiyim şəxs həyatda tək yaşam səbəbimdir.

20. Dostunuz varmı? dostluğa inanırsanmı?
Xeyir dostluğa inanmıram.dostum anamdıı

21. Nikinin mənası nədir və niyə bu nik?
aRZuM209)) bir vaxtlar arzum idi qizim olsun adı arzum olsun.20 və 9 sevdiyimin və özümun doğum tarixlərmizdir.

22. Sizi həyatdan nə küsdürə bilər?
Məni həyatdan küsdürəcək tək şey sevdiym bir kəsi itirməyimdir.

23. Başqalarından fərqin nədir?
Başqalarından məni fərqləndirəcək yeganə insan sevdiyim şəxsdir..

24. Özündə bəyəndiyin və bəyənmədiyin xüsusiyyətlərin.
Mənfi cəhətim səbirsizliyim və hamiya inanmağım ,,müsbət cəhətim nifrət edə bilməməyim

25. Təhsilini davam etdirmək istəyirsənmi?
Zamanı qaytara bilsəydim var gücümlə çalışıb tələbə adını qazanardım.ama indi gecdi özümdən vacib oğlumu oxutmağa çalışacam.

26. Gələcəkdə özünü necə təsəvvür edirsən?
Təqva libasının nəsib olunduğu bir xanım kimi görürəm özümü.

27. Həyatdakı ən böyük arzun?
ƏN böyük arzum axirətimi qazanıb əzizlərimlə cənnətdə qovuşmaq

28. Saytda ən çox sevdiyin və ən yaxın userin kimdir?
Turkan Abbasova adlı user))

29. Saytda sevmədiyin user varmı?
Xeyir ALLAHDAN DİLƏYİM HAMİSİ XOŞBƏXT OLSUNLAR..AMİN

30. Saytda ən çox hansı xəbərləri daha çox oxuyursan?
ƏN Çox hekayələri lahiyyələri və cəbhədən olan xəbərləri oxuyuram.

31. Kimin rəylərini oxumağı sevirsən?
Hərkəsin rəylərini oxuyuram yazan əlləri var olsun

32. Uşaqlığın necə keçib? Yəqin ki, gülməli anlar olub. Hansı hadisəni danışa bilərsən?
Bəli xatırlayıram uşağlığım yoxsulluqla keçib lakin elə bilirəm ən gözəl uşağlıq çağını mən yaşamışam. Çox marağlı keçib uşaqlıq illərim.

33. Ümidsiz bir insanın üzündə necə təbəssüm yarada bilərsən?
Necəliyini deyə bilmərəm lakin o təbbəssümü yaratmağçun hər şey edərəm.

34. Darıxdığın kimsə var?
Bəli var qürbətdə olan qardaşım və atam üçün birdə cəbhədə olan sevgilim üçün çox darıxmışam

35. Sevdiyin film?
Romantik və sevgiyə dair bütün filimləri sevirəm.

36. İstifade etdiyin etir hansidir?
Pal hazırda istifadə etdiyim ətir "paradise"

37. Hansı musiqi janrını bəyənirsən?
Mugamdan başqa tüm musiqi janırlarına qulağ asıram

38. Səncə qadınlar niyə bir -birilərinə paxıllıq edirlər?
Başqların diyə bilmərəm mən yaşıl gözlərə paxıllıq edirəm çünkü gözəl olurlar.

39. Qadınlar.biz saytinda ən çox sevdiyin bölmə hansıdır?
HəyatimiZ))))

40. Yemək bişirməklə aran necədir?hansı yeməkləri daha yaxşı bişirirsən?
İşlədiyimçün mətbəxə çox girmirəm. evdarlığada həvəsli deyiləm lakin ailəmi qane edecək qədər bacarığım var

41. Necə geyinməyi sevirsən?
Sport sitilin sevirəm və ən çox geyindiyim tərzdi lakin hər məkanın özünə məxsus geyimi var

42. Hər zaman dəblə ayaqlaşırsan,yoxsa , sənə nə yaraşır onu geyinirsən?
Özümə yaraşanı geyinirəm.hər ilin dəbi izləyirəm sadəcə

43. Müsahibədən razı qaldınmı?
Bəli əllərinə ürəyinə sağlıq

44. Mənə vermək istədiyin sualın varmı?
Sizə sualım yox arzum var xoşbəxtlik daima nəsibin olsun

45. Sonda Qadınlar.biz userlərinə sözlərin?
Qadinlar Biz ailəsinə və rəhbərinə sonsuz təşəkkürlər edir uzun mənalı ömür can sağlığı qadın xoşbəxtliyi və ailə saədəti arzulayiram öpürəm hamınızı sağolun
 
MƏNDƏ SONDA SİZƏ ÖZ MİNNƏTDARLIĞIMI BİLDİRİRƏM MÜSAHİBƏ VERDİYİNİZ ÜÇÜN.İNŞALLAH İSTƏDİYİNİZ HƏYATI YAŞAYARSIZ ÖVLADINIZLA VƏ SEVDİYİNİZ ŞƏXSLƏ BİRLİKDƏ .ALLAH QOVUŞDURSUN SİZİ. :128: :03:
(səs: 2)
Şərhlər: 15
Baxılıb: 2 720
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri