Tanrının mənə bəxş etdiyi ən böyük xoşbəxtliyim... Doğum günün mübarək...

Müəllif: arzum-aysum
Şərhlər: 16
Baxılıb: 9 336
Səs ver:
(səs: 2)
İnsan özündən başqasını çox sevərmi? Eşq, elə bir şeydir ki, sevdirər. Həyatda bir xətt vardır xəttin sag tərəfi xoşbəxtlik sol tərəfi hüzndür. İnsanlar bu xətt üzrə duyğularını tarazlayarlar. Nə kədər,nə xoşbəxtlik? Əgər özündən çox sevdiyin biri varsa o sənin tarazlığını pozar. Çox xoşbəxt oldugun zamanda, bir anda çox bədbəxt də ola bilərsən. Sevgi belə bir şeydir. Dünyada iki sözlə cənnəti, kiçik bir incikliklə cəhənnəmi yaşadar. Amma nə qədər küsülü olsan da, qızğın olsan da, onun var oldugunu, sənin oldugunu bildiyin müddətcə ən xoşbəxt sənsən. Yalnız qürurun bu gerçəyi o anlarda gizlədər, amma bu həmişə belədir. Onu gördüyün an özünü unudarsan. Tək düşündüyün, tək hiss ettiyin onu çox sevdiyin, onsuz yaşaya bilməyəcəyindir. Əlini tuttugunda dünya yıxılsa belə sənə zərər gəlməyəcəkmiş kimi hiss edərsən. Bilərsən ki, o da səni, sənin onu sevdiyin qədər sevir. İki sevən ürək, sevginin verdigi istilik və sahiblik hissi… Bunlar əridər səni. Və bununla birlikdə sevginin gətirdiyi digər müdhiş duyğular. Mənim üçün eşq bir də insanın həyatı boyunca ən gözəl gördüyü yuxudur.

Bax  sən mənim üçün belə bir hissən. Gözlərinə baxdığımda özümü gğrdüyüm, əllərini tutduğumda dünyadan qopduğum... Hər günün hər anənda ağılımı işğal edən, ürəyimi heç bir atışında tək buraxmayan, xəyallarımın hamısını bəzəyən mükəmməl birisən...

Səni sevmək o qədər gözəldir ki... Yağış olub eşqini yağdırırsan üzərimə, günəş olub istilədirsən içimi, dünya olub dönürsən ətrafımda. Məni xoşbəxt edə bilmək üçün getdiyin yolda qar demədin, yağış demədin, nəfəssiz qaldın amma dayanmadın, yorğunluqdan ağlamadın. Çünki çox sevdin məni, mən də səni. Bir roman yazdın mənim üçün. Hər kəs bizim eşq romnımızı oxuyarkən baxışlarımda itmək, dərinlərdə uzun bir səfərə dalmaq bəs etdi sənə. Bax bunlara görə çox sevdim səni. Buna görə sənə bəslədiyim sevgi illərdir heç azalmadı, hər gün hər dəqiqə hər saniyə bir az daha da artdı.

Sözlər bəs etmir, kəlimələr kifayətsiz qalır sənə olan duyğularımı izah etməyə. ..Qara buludlarla dolu keçən şiddətli fırtına sonrası günəş işığımsan sən mənim. Aldığım hər nəfəsin səbəbi sən, o böyük sevgi dolu ürəyinlə mənixoşbəxt edən, mənə güc verən yenə sənsən ... Yaxşı ki varsan bidənəm ,yaxşı ki səni tanıdım nəfəsim ,canım ,qanım olan ADAM...  Mənə o gözəl sevgisini təqdim edən ,isti ürəyini açan ,kişiliyin necə bir şey olduğunu izah edən , kişiinin də ruhunun olduğunu, mənfəətsiz saf sevgilər təqdim edə bildiyini, qadına necə dəyər verildiyini, onun yalnız zövqlərinin vasitəsi deyil də, həyatının məqsədi olduğunu, qadına ürəyiylə, gözüylə özüylə sevgisini necə hiss etdirə bilinəcəyini səndə gördüm.

Sən mənim Sevgim, Ömürümün Tək sahibisən.. Adı ürəyimə yazılan, ölənə qədər məndə yaşayacaq tək sevincim , tək xoşbəxtliyim, yaşama səbəbim, kədərim, sevincim, xoşbəxtliyim, dodağımdakı gülüşlərim, qısqanclığım,  hər şeyim.. HƏR ŞEYİM SƏNSƏN. Bu qısacıq ömürdə , mənə bütün bu gözəllikləri yaşatdığın üçün çox təşəkkür edirəm canım bidənəm.. Ruhuma verdiyin xoşbəxtliklə, könülümə verdiyin sevginlə, bədənimdəki həzzlə ... Sən Mənim sevdam. .Sən mənim canım... sən mənim xoşbəxtliyim... Doğum günün mübarək olsun sevdiyim ömür gün yoldaşım...  Səni dünyaya gətirdiyi üçün anana, mənim qismətimə yazdığı üçünsə uca Tanrıma minlərlə şükrlər olsun... Sevgimizin heç bitməməsi, əksinə daha da artması diləyi ilə bərabər neçə belə illərə... Səni çoxxxxxxxx sevirəm. Yaxşı ki, varsan. ...Yaxşı ki, mənimsən ... və yaxşıkı uşaqlarımın atasısan ...Rəbbim səni bizim başımızdan əskik etməsin... aminnn... :melek:

(səs: 2)
Şərhlər: 16
Baxılıb: 9 336
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri