Bilik gününüz mübarək!

Müəllif: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 9 532
Səs ver:
(səs: 0)
Bu günün özəlliyini, bu günün gözəlliyini deməyə yəqin ki, ehtiac yoxdu qızlar... hamı çox gözəl bilir ki, bu gün 15 sentyabr Bilik günüdür. Bu gün hamıda bir həyacan var... kimi özü məktəbə gedir... kiminin övladı... ancaq ən həyacanlı olanlar məncə birincilərdi...
 
Bilik gününüz mübarək!
Bu gün onlar- Birincilər həyatlarında ən mühüm olan yeni bir yola qədəm qoyurlar... bu gün onlar öz körpə dünalarından ayrılıb yeni bir dünyada yeni bir həyata başlayırlar... Ancaq onlar bu yolda tək deyillər... əllərindən tutub uğurla irəliyə aparacaq ilk müəllimləri var  onların...
 
Başda gözəl bacım, canım Canr-ımın balası Rəşad bala olmaqla bu il birinci sinifə gedən bütünnnn balaları ürəkdən təbrik edirəm... Sizlərə başladığınız bu yolda uğurlar, zehin açıqlığı diləyirəm...

Qələm tutan o balaca barmaqlarınız titrəməsin, fikriniz yayılmasın... inçallah dərslərinizi hər zaman yaxşı oxuyarsınız... inşallah hər gün bu  ilk günkü kimi həvəslə və həyacanla gedərsiz dərsə... 

Və inşallah gün gələr məktəbi əla qiymətlərlə bitirib qürür və fəxr hissi ilə  universitetə gedərsiz... inşallah səsiniz böyük universitetlərin auditoriyalarından gələr... amin 
 
Gözəlimmmm o şirin balanı, Rəşad balanı öpürəm və dərslərində uğurlar diləyirəm...
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 9 532
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri