Gözəllər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 4 363
Səs ver:
(səs: 1)
Mən gəzən yerləri gündoğan bilə,
Hərdən mənə sarı baxa gözəllər.
Sərinlik gətirə yanan könlümə,
Çeşmətək süzülə, axa gözəllər.

Dünya gözəlləşir o gəzəndə şən,
Kədərindən yağır saçlarıma dən.
Nə qədər ürəyə dağ çəkib, görən?
Ürəyi kağızdan yuxa gözəllər.
 
Bağbandı, yetirər bağçasında bar,
Yanağında çiçək, sinəsində nar.
Bir kəlmə "hə" desə, dünya
dağılar?
Yaman həvəskardı "yox"a gözəllər.
 
Qəlbində nə kədər, nə də ah ola,
Baxışı amansız bir silah ola.
Sinəm hədəf ola, nişangah ola,
Tuta kirpiyiylə oxa gözəllər.
 
Zəlimxan, ovsundu hər qız, hər
gəlin,
Onsuz nə qiyməti gövhərin, ləlin.
Elə əlləşəsən, çatmaya əlin,
Səni həsrətiylə sıxa gözəllər...
Muellif:Zelimxan Yaqub

Qadınlar.biz-in  gözəl xanımlara həsr olunur. :girl_in_love:  
Bu 30-cu və son xəbərimdi .İnşallah bir daha görüşmək diləyi ilə.. :03: ...Bütün məktəblilərə də uğurlar... :urek:
(səs: 1)
Şərhlər: 13
Baxılıb: 4 363
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri