Tanrı səni başımızdan əskik etməsin, canım atam...

Müəllif: arzum-aysum
Şərhlər: 14
Baxılıb: 39 513
Səs ver:
(səs: 2)
Canım Atam ...
Sənə buradan, ürəyimin evindən bu xüsusi gündə səssiz hərflərimlə səslənmək və səni nə qədər çox sevdiyimi eşitdirmək istədim doğum günündə...
 
Tanrı səni başımızdan əskik etməsin, canım atam...
 
Ürəyimin titrəmələri barmaqlarıma qədər vurur sənə yazarkən.. Gözlərəm dolur.. Məgər qızlarının atalarına məktub yazmaları nə qədər də çətinmiş.. Məgər ürəkləri dolduran, isti edən ata sevgisini sözlərlə məhdudlaşdırmağa və konkretləşdirməyə çalışmaq nə qədər də qeyri-mümkünmüş...
  
Canım atam. ....Sığdıramam səni bir neçə misraya, necə izah edim ki, atalığını bütün dünyaya...
Hər ad günündə sənə söyləyə biləcəyəim tək bir söz var ata,
" Səni nə qədər çox sevirəsə, o qədər çox olsun ömürünə yazılan illər "
Sən mənim canım, sevdiyim, saydığım, keçmişim, gələcəyim ən əhəmiyyətlisi bu günümsən atam. . Kölgesinde hüzur tapdığım böyük çinarım. ..Qız uşaqlarının ilk eşqi atasıdır ya. ..Səndə mənim ilk eşqimsən atam. ..Sən mənim nümunə götürdüyüm, güvən duyduğum, başı dik gəzməyi öyrədənim, sevinc qaynağım canımsan. ..Mənn sənin keçmişin, sən mənim gələcəyim, hər şeyini mənimsədiyimsən... Canım Atam...
 

Ürəyimdəki yerin o qədər xüsusidir ki.. Və bunu da bilir və hiss edirəm ki, mən də səninn üçün çox xüsusiyəm, 

Yeri gəldi kilometrlər girdi aramıza, yeri gəldi deyilməmiş sözlərin tənhalığı.. Amma nə olursa olsun ‘'atammm'' dəyincə içimdəki bütün kədərlərin yerini isti sevgin tutdu daim...


Yaxşıkı varsan, yaxşıkı yanımdasan və yaxşıkı atamsan..
nə xoşbəxt mənə ki, sənə oxşamışam,
Rəbbim səni başımızdan əskik etməsin. Amin! 

Varlığını sənə və anama borclu olan kiçik qızın sevgiylə əllərindən öpər..
  Səni çox sevirəm canım atam!...
 

(səs: 2)
Şərhlər: 14
Baxılıb: 39 513
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri