Bacım Nazlı_qız ilə müsahibəm

Müəllif: Melek5
Şərhlər: 11
Baxılıb: 1 890
Səs ver:
(səs: 0)
1. Əvvala saytımıza xoş gəlmisən canım özünü bizlərə özünə məxsus şəkildə təqdim elə
Xoş gördük canım.Adım Gülər, 14 yaşım var.subayam :122:
2. Saytımızı necə tapmısan ilk saytımıza qədəm qoyanda tanışlığın kimlə oldu bizim gözəl saytımızda?
Sayta ilk dəfə bürclər haqqında axtararkən tapdım.İlk tanışlığım gözəl bacım arzum-aysum ilə olub.
3. Həyatında ən yadda qalan hadisəni bizlərnən bölüşə bilərsənmi əgər sirr deyilsə?
Həyatımda ən yadda qalan hadisə hələki yoxdur.
4. Ən son nə zaman nəyə görəsə ürəkden sevinmisən? Və ya gülmüsən?
Ən son ürəkdən gülməyim 1 saat bundan əvvəl oldu. :hihih:
5. Səncə kobud bir insanın "nəzakətli adam maskası" taxması yaxşıdı, yoxsa kobudluğunu biruzə verərə insanların qəlbini qırması?
Məncə hər kəs olduğu kimi görünsə daha yaxşıdı.
6. Həyatda nə ilə mübarizə apara bilmərsən?
Həyatda məni sevməyən insanlara qarşı.Çünki məni sevəyən insan həmişə qəlbimi qırmağa çalışır və mənim buna dözməyə ürəyim çatmaz.
7. Xasiyyətini görünüşünü bizə necə ifadə edə bilərsən?
Xasiyyətim özümü tərifləmək kimi olmasın saf,sakit,guleruz,mehriban esasen de semimi .Yəni kiminsə xətrinə dəyər deyə sözümü ürəyimdə saxlamaram.
8. Sən necə xeyanəti bağışlayardansanmı? Sənə bunu canının qədər sevdiyin etsə necə?
Xəyanəti heç vaxt bağışlamaram .Məni canı qədər sevən insan heç vaxt xəyanıt etməz.
9. Desələr ki, 24 saat vaxtın var bu həyatdan köçməyə, nə edərdin?
Oturub 24 saatın bitməsini gözləyərdim.Yəni bəziləriniz deyəcək günahlarının bağışlanmasını niyə istəmərsən, Çünki son peşmanlıq fayda vermez.Gedim günah edim sonra da bağışlanmağını istəmək ağılsızlıqdı.
10. Sənə pislik edənə necə cavab verərdin?
ALLAH cavabını versin mənə nə.
11. Bildiyim qədəri ilə məktəblisən İNŞALLAH məktəbini bitirdikdən sonra hansı senet sahibi olmaq istəyirsən?
İnşallah hüquqşünas :128:
12. Səncə həyatda sevgi qarsılıqlı olmalıdır?
Qarşılıqlı olması vacibdirmi?
Məncə qarşılıqlı olmalıdı.Təbii ki , vacibdir.
13. Özündə bəyənmədiyin və tərgitmək istədiyin bir xüsusiyyətin varmı?
Şükür ALLAHA elə bir xüsusiyyətim yoxdur.
14. Gedəcək olanları geri qaytarmaqmı yaxşıdır?Yoxsa həyatına davam edib gələcəyə baxmaqmı?
Gedən mənim üçün getdiyi gün bitər.
15. Ən böyük uğurun arzun nədir həyatda?
Allahdan arzum anamın arzularını yerinə yetirə bilim.
16. Tək qalmaq istədiyin zamanlar olubmu? Həmin vaxtlarda nə düşünürsən?
Tək qalmağı sevmirəm.Amma tək olanda gələcəyimlə bağlı xəyallar qururam.
17. Ən çox kimlərdən örnək alırsan?
Böyüklərimdən.
18. Sənə ən yaxın olan düşmən,öz nəfsindir.Sən də nə vaxtsa nəfsinin quluna çevrilmisənmi?

Bir dəfə olub. Peşmançılığını da her gün çəkirəm.Uşaq vaxtı etdiyim səhv.
19. Saytda ən birinci hansı userlə tanış olmusuz?
Çoc sevdiyim bacım arzum-aysum.
20. Sizin üçün həyat nədir?
Həyat mənə verilmiş bir zaman.
21. Qısqancsan canım?
Təbii ki , gözəlim, mənim olan mənimdir.
22. Həyata ikinci dəfə gəlsəydiniz hansı səhvi bir də etməzdiz?
Həyatda bir səhvim var .Təbii ki ,onu etməzdim.
23. Həyatda ən yaxın rəfiqəniz?
Məncə,indiki vaxtda dost yoxdur.Dostumuz:anamız,bacımız başqa heç kəs..
24. Saytda ən çox hansı userin şərhlərini bəyənirsiz(tam səmimi)
Antikvar. Bacımın şərhləri həmişə gülməli olur)).
25. Saytda sizə ən yaxın 3 user kimdi(tam səmimi)
Svetoklana,Gülər Məmmədova (səhv etmirəmsə) .
26. Necə mahnılara üstünlük verirsiz?
Daha çox qəmli musiqilərə..
27.Xəyalpərəstsən? Xəyal nədir sənin üçün?
Bəli.Xəyal nə vaxtsa gerçəkləşdirə biləcəyim ümidim.
28. Necə insanlari bəyenirsən?
Mənim kriteryalarıma uyğun hamını bəyənirəm.
29. Sevgidə qürür var?
Sevgidə qürur olmamalıdı.
30. Sualları bəyəndin?Ən çox bəyəndiyin sual hansı oldu?
Hamısını bəyəndim canım. :07:
31. Və sonda bu gözəl saytımızın gözəl xanımlarına ürək sözlərin
Bütün xanımlara sevdikləri ilə xoşbəxt olmağı arzu edirəm.
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 1 890
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri