Wirinim, Canım Busənazımla müsahibəm

Müəllif: Melek5
Şərhlər: 12
Baxılıb: 3 716
Səs ver:
(səs: 2)
1 Özünü qadınlar biz saytının userlərinə təqdim et canım
Aha demek adim Leyla 23 yaşım var) ama burda meni tanıyanalr üçün sadece Buska))
2 Doğum tarixin
1991 ci ilin aperlin 8-i anadan olmuşam)
3 Təhsilin və məşğuliyyətin
Məşğuliyyətim Biznes uzrə işdiyirəm)
4 Ailəlisən(mən bilirəm bilməyənlər üçün soruşuram)
Yoo canim ailəli deyilemm heleki subayliq edirəmm))
5 Həyatdakı məqsədin nədi
Məqsədimm işimdə irəli gedib öz karyeramı qurmaqdı və əlbətdəki gözəl ailə sahibi olmaqdı. İnşALLAH Allahın köməkliyi ilə məqsədimə çataram)
6 Saytda nəyi bəyənirsən və nəyi bəyənmirsən?
sevimli sayıtımda həərr şeyi bəyənirəm inan canım neçə vaxt girmədim sayıta bəzi səbəblər üzündən ama çooxx darıxırdım sayıt üçün fikrim qalırdı burda görəsən yeni xəbərlərdən nə əlavə olunub) nəhayətki artıq sayitdayam sizinləyəm bura əladi superdi))
7 Saytda sənə ən yaxın 3 user kimdi(tam səmimi heç kim inciməsin)
tam səmimi olacam necəki həmişə elə olmuşam burda mənə yaxın olan Princesadı Antikvardı və Ruzgargülümdü ki, olar həmişə mənim yaxşı günümdə və pis günümdə dəstək olublar qaygılarını heç əksik etmiyiblər) virtualda olsalar həmişə yanımda hiss eləmişəm. bu yüzdən olar mənə dogmadı əzizdi. burda çox qizlarla əlaqə saxlıyıram hər birinidə cox istiyirəm başda sən olmaqla Mələyim)
8 Qadınlar biz saytının ən maraqlı nikli useri kimdi?
Bütün qızların nikləri xoşuma gəlir hər birinində niki maraqlıdı)
9 Kimi və nəyi itirməkdən qorxursan?
Kimi deyəndə təbiiki ailəmi, doğmalarımı dəyər verdiyim insanları itirmədən çox ama çox qorxuram( Nəyi itirmədən qorxursan deyəndə - insanlığımı və ağlımı itrəməkdən qorxuram.
10 Təsəvvur etki məndən müsahibə götürürsən hansı sualı mənə vermək istərdin canım?
aha ağlıma ilk bu sual gəldi canım) təssəvur etki oz əkiz tayınla yəni klonunu qarşılaşırsan ilk reaksyan necə olardı?))
11 Hansı musiyə qulaq asanda həyatın gözünün önündə canlanır?
Həzin musiqi en coxda piano çalımlı musiqilər məni bir balaca keçmişə aparır
12 Hansı xüsusiyyətindən qurtulmaq istərsən?
ehh o qədərdi ki canim qurtulmaq istədiyim xüsusiyyətlərim ama ən çox kinliliyimdən qurtlumaq istərdim çooxx kinli biriyəm birdə çox küsəyənəm kaşki buların heç biri olmayaydı məndə((
13 Hansı statusa sahib olmaq istərdin şirinim?
indi halhazırda Nazlı stausundayam ama VIP olsaydım ela olardıı))
14 Sənə desələrki qadınlar biz baglanır nə edərsən?
oyy Allah eləməsin o barədə düşünmək belə istəmirəm çünki çooxx bağlıyam bu sayıta istəmərəm belə bir şey olsun.
15 Saytda xəbər yerləşdirməkdən zövq alırsan?
Həmdə necəə)) doğurdan çox zövg alıram bura xəbər yerləşdirməkdən. son vaxtlardı yaman passiv olmuşam oda bəzi səbəblər üzündən ama yaxın vaxta maraqli xəbərlərlə yenidən geri dönəcəmm)))
16 Saytda en çox hansı bölməyə üstünlük verirsən?
ən çox Dini bölməyə və modaya)
17 Xoşbəxtsən?
Əlbətdəki xoşbəxtəm canım) Ailəm mənə əziz olan insanlar yanimdadisa deməki xoşbəxtəmş. Həyatda yaşamaq. ömür sürmək və ən azindan insan olmaq xoşbəxt olmaq deməkdi.
18 Xoşbəxtliyi nədə görürsən gözəlim?
Mən xoşbəxtliyi şükür etməkdə. yaşamağda görürəm. Rəbbim hər gün mənə yaşamğı və onun qarşısında sağlam dayanıb əyilməyi mənə nəsib edirsə və əllərimi ona açib dua edirəmsə bu boyük xoşbəxtlikdi.
19 Ən böyük arzun nədir?
Ən böyük arzum Həcc ziyarətinə getməkdi o müqəddəs torpaqları görməkdi inanki canim mən bu arzu ilə yaşayıram. birdə xəyalimdakı insanla mutlu ailə qurmaqdı)
20 Hansı sualı verməyimi istərdin ürəyim?
can lazim olan bütün sualları verdin Mələyimm)
21 Mənə sözün var?
hə var) əvvəla minnətdarlığmı bildiriəm sənə canım məndən musahibə göturdüyün üçün sənə yalniz saglam və xoşbəxt həyat diliyirəmm)və səni çooxx istiyirəm Balaca Mələyim)
22 Qadınlar.bizin userlərinə ürək sözün sözün canikom
Hər birinizə Rəbbimdən xoşbəxt həyat diliyirəm sevib sevilməyi mutlu ömür sürməyi arzu edirəm sizləri çooxx istiyirəm yaxşıki varsiz mənim gözəllərimm))
(səs: 2)
Şərhlər: 12
Baxılıb: 3 716
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri