Sona bacımızla müsahibəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 2 801
Səs ver:
(səs: 0)
1. Salam əziz bacım.özünü qadınlar.biz ailəsinə teqdim et.
salam canım adım sona nişanlıyam
2.xarici görünüşün haqqında nə deyə bilərsən?
162 boyum çəkim 69 uzun dalğalı saçlarım ,gozlərim şabalıdı
3. Hobbin?
təbiiki Qadınlar.biz
4.ümumiyyətlə necə bir xasiyyətə malik birisən?
kövrək, həssas, heç kimə qarışmayan, səmimi, zarafatcıl sadə bir insan
5.qadınlar.biz saytına ilk gəlişin necə olub?xatırlayırsan?
düzü nə axtarırdım bilmirəm gəldim çıxdım bura. hardasa 7-8 ay qeydiyyatsız girirdim sora dedim yoxeeee bu ailənin içində məndə olmalıyam))))
6.xoşbəxtlik nədir sənin üçün?
sağlam can, ətrafında sevdiklərin və sakit həyat
7.gələcəkdə özünü necə biri kimi görürsən?
görürəm deyə bilmərəm arzulayıram 4 uşaqlı bir ana inşallah
8.xoşbəxtliyi nədə görürsən?xoşbəxtsənmi?
6-cı sualda cavabını vermişdim canım bəli şükür olsun Allahıma xoşbəxtəm
9.müasir vaxtda kiməsə inanmaq düzgündürmü?
inam olmadan insan yaşaya bilməz. məndə inam olmasa sevə bilmərəm əlbətdə inanmaq lazımdı. insanın inamı ümidüi hər zaman olmalıdı.
10.həyatda kimə görə özünü qurban verərdin?
Anama görə canımı verərəm
11.sevdiyiniz bir şəxs sizə "ya mən ,ya ailən"desə nə edərsən?
bu hissi yaşamamışam deyə bilmirəm nə deyərdim.
12.həyatda ən çox nədən qorxursan?
Allahın qəzəbinə uğramaqdan. Hər bədbəxtlik baş verə bilər Allahın qəzəbinə uğrasam(Allah eləməsin)
13.ilk baxışdan sevgiyə inanırsanmı?
Başıma gəlmiyib. Sevgi möcüzəli bir hissdi bəlkədə var ilk baxışdan sevgi
14.səncə məhəbbət əbədidir?
Mənim sevgim əbədidi...
15.sevirsənmi?
Həmdə çoooox.
16.məktəb illəri həyatında hansı izləri buraxıb?
Düzü maraqlı illərim keçmiyib. çox tez tez sinfimiz dağılırdı deyə.
17.insanlarda dəyər veridiyin xüsusiyyətlər nədir?
səmimilik və sadəlik
18.özünü 3 sözlə ifadə et.
səbirli, səmimi, sadə
19.seni həyatda yaşadan məqsədin?
xəyallarım, ümüdlərim, sevdiklərim, ALLAHIMA sevgim
20.dostunuz varmı?dostluğa inanırsanmı?
Var 16 illik bacı deyəcək bir dostum var. bizim dostluğumuza inanıram
21.nikinin mənası nədir və niyə bu nik?
Adımdı
22.sizi həyatdan nə küsdürə bilər?
Xəyanət. illərimi verdiyim insanın xəyanəti(Allah göstərməsin)
23.başqalarından fərqin nədir?
heç nə
24.özündə bəyəndiyin və bəyənmədiyin xüsusiyyətlərin.
bəyəndiyim çoxdu doğurdan çoxdu. Ailəmin böyüklərimin mənnən razı qalması. bəyənmədiyim isə hər kəsə tez inanmağım
25.təhsilini davam etdirmək istəyirsənmi?
Orta təhsilliyəm. Ali təhsil almaq ən böyük arzumdu. Ama hələki mümkün deyil. Qismətimdə varsa inşallah gələcəkdə
26.gələcəkdə özünü necə təsəvvür edirsən?
7-ci sualda cavabımı vermişdim.
27.həyatdakı ən böyük arzun?
Arzu bitməyən tükənməyən bir hissdi. biri reallaşır daha biri doğulur. Arzularım elədə böyük deyil sevdiklərim ətrafımda olsun bu belə mənə bes edər.
28..saytda ən çox sevdiyin və ən yaxın userin kimdir?
Ən Ən Ən çooox sevdiyim canım bidenem arzum-aysun, şirinim glamurka nermişka, canım antikvarım və glamurr
29.saytda sevmədiyin user varmı?
əlbətdəki yoxdu
30.saytda ən çox hansı xəbərləri daha çox oxuyursan?
ən çox Qadınlar.Bizin həyatı və yemək reseptləri
31. Kimin rəylərini oxumağı sevirsən?
Bayaq adlarını qeyd etdiyim canım dostlarımın mütləq oxuyuram rəylərini əlavə olaraqda Yusifim nikli useri çox bəyənirəm və mütləq oxuyuram hər şərhini
32. Uşaqlığın necə keçib? Yəqin ki, gülməli anlar olub. Hansı hadisəni danışa bilərsən?
Uşaqlığım tam bir erkek fatma. inanın həyətdəki qızlar əlimnən dad eliyirdilər. Həyətə yaınız mənim bəyəndiklərim düşə bilirdi. Gərək halallıq alım indi
33. Ümidsiz bir insanın üzündə necə təbəssüm yarada bilərsən?
yaratdıqlarım olub. bəzən də elə insanlar olurki yoxe mümkün deyil elə bədbinlikdən zövq alırlar.
34. Darıxdığın kimsə var?
var. Nişanlım üçün çox darıxıram. yanımda deyil
35. sevdiyin film?
Evim sensin
36. istifade etdiyin etir hansidir?
oyyy etir xestəsinə veriləcək sualdı bu?))) versage, lacosta, shanel, secret, dolce gabana, exador, escada, jador inanki saymaqla bitməz
37. Hansı musiqi janrını bəyənirsən?
lirika
38. səncə qadınlar niyə bir -birilərinə paxıllıq edirlər?
çünkü özlərində olanla kifyətlənib şükür etməyi bacarmırlar bəzən
39. qadınlar.biz saytinda ən çox sevdiyin bölmə hansıdır?
Qadınlar.biz ailəsi
40.yemək bişirməklə aran necədir?hansı yeməkləri daha yaxşı bişirirsən?
əladı aram. reseptini bildiyim hər yeməyi bişirirəm
41. necə geyinməyi sevirsən?
mənə yaraşanı
42. hər zaman dəblə ayaqlaşırsan,yoxsa , sənə nə yaraşır onu geyinirsən?
dəblə geyməmişəm heç vaxt mənə nə yaraşıb o mənim dəbimdi
43.müsahibədən razı qaldınmı?
çooox sağol müsahibə üçün
44.mənə vermək istədiyin sualın varmı?
sən cavablarımdan razı qaldınmı??
45.sonda Qadınlar.biz userlərinə sözlərin?
Allah hər birini istədiyi zirvədə xoşbəxtliklə mükafatlandırsın. öpürəm hamısını.
 
 
Məndə səni tanımağıma çox şad oldum.Sualına qaldıqda isə əlbəttə qaldım. :01: təşəkkür edirəm. :03:
 
 
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 2 801
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri