Əllərindən öpürəm Anammmm...

Müəllif: arzum-aysum
Şərhlər: 11
Baxılıb: 4 237
Səs ver:
(səs: 1)
Anam..
Mənim gözəl anam , mənim canım anam ..
Bu gün ad günündür .. Sən yalnız bu gün deyil mənim üçün hər vaxt çox dəyərlisən.
.Sen mənim ilk eşqim , ilk xoşbəxtliyim, ilk dərd ortağım , ilk sevdamsan.. Sənə bir hədiyyə almaq yerinə sənə ürəyimdən keçənləri kağıza tökmək istədim. Çünki heç bir hədiyyə sənə layiq deyil Anam ...  Elə bənzərsiz bir varlıqsan ki sən .. Sevgim.. Sənə olan sevgim.. Elə bir duyğudur ki içimdə..  ən bənzərsiz , ən müqəddəs varlığımsan..
 
 

 

 

Anam..
Sevgini öyrətdin sən mənə. .. Sevməyi , gülümsəməyi, yeməyi ,içməyi , danışmağı  və daha bir çox şeyi.. . Məni mən edən hər şeyi sən öyrətdin Anam..
"Ana.."
İlk sözüm idi bu xatırlayırsanmı ? Nə qədər də sevinmişdin . Məni qollarına alıb qucaqlamışdın . 
Sən mənim Eşqim , dostum , yoldaşım , sevdam , hər şeyimsənl. .Birdənə sevgilimsən l..
Xatırlayarsanmı ? Bəzi gecələr pis yuxular görər çox qorxardım .Sən dərhal məni yanına aparıb qucaqlayardın. Sanki məni bir şeylərdən qoruyar kimi.. Elə  şəfqətlisən ki.
Kimsədə görmədim  səndəki istiliyi , səndəki şəfqəti , səndəki mərhəməti..  Mənə nağıllar danışardın bəzi gecələr .. Mənsə xəlyalara dalıb yuxuya gedərdim. Qoxunla oyanardım hər səhər .. Elə möhtəşəm bir qoxu idi ki bu ..Dünyanın ən gözəl qoxularından daha gözəl idi. Tərifsizdi , izah edilməzdi..
 
 

 

 

 

Birlikdə oyun oynayardıq səninlə .. Səni gülərkən görüncə mən daha çox gülər , ikimizdə qəhqəhələrə boğulardıq.. Qollarını böyük açar qucağına gəlməyimi gözləyərdin. Mən də bir sürətlə qaçardım sənə .. Anama qaçardım.. İstiliyinə qaçardım , qoxuna qaçardım..
Saçlarımı darayardın yavaşca.. İki yandan hörər , gözəl broşlar taxardın .. Sonra alınımdan öpərdin.. "mənim qızım. .Çok gözəl oldun ..Mənim şahzadə qızım.. " deyər möhkəm sarılardın.
Mənsə "Ana mən şahzadə oldum" deyə bilməzdim sənə ..Dilim dönməzdi .."pirinses oldum " deyərdim.
Parka aparardın məni hər həftə sonu .. Yelləncəyə mindirər "səmaya çıxırıq" deyərdin.. Qəhqəhələrim  səmaya qarışar xoşbəxtliyini üzündə görərdim..

 

Ana..
Kiçik qızın böyüdü. .Böyük  bir qız oldu .. Sənin kiçik şahzadən böyüdü Ana..
Mən sənin qızınam , yaxşı ki sənin qızınam mənim canım Anam..
Sən Anaların ən gözəli , ən şəfqətlisi , ən mərhəmətlisisən..  
Canım Anam,sənin varlığın hər şeyiylə mənə həyat verir. Sənin o isti sevgin, imtina edilməz istiliyin hər vaxt məni istilətdi, hər zaman harada çətində qalsam mənə bir çıxar yolu tapdın, qaranlıqda qaldığımda ay kimi parlayan işığım, soyuqda üşüdüyümdə içimi  istilədən sevginlə hər vaxt yanımda oldun. Yaxşıkı varsan,yaxşıkı mənim anamsan,,, sənin kimi anam olduğu üçün Allahıma sonsuz şükrlər olsun səni çox sevirəm. Can özüm biricik anacığım, ad gününü könüldən təbrik edib əllərindən öpürəm
 
 

 

 

(səs: 1)
Şərhlər: 11
Baxılıb: 4 237
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri