Açıq söhbət - Miss Oxatan (1)

Müəllif: Narın Yağış
Şərhlər: 18
Baxılıb: 2 753
Səs ver:
(səs: 6)
Əziz xanımlar bu layihəmi xüsusi olaraq Qadınlar Biz-in orta yaşlı xanımlar üçün hazırladım Hansı ki artıq kifayıt qədər həyat təcrübəsi olan yaşı 20-dən az olmayan xanımlarımız üçün Azyaşlı userlərmizin inşallah inciməz :11: Hər zaman bütün layihələrdə iştirak edə bilirsiniz qoy bu layihəmizi yalnız yaşı 20 dən yuxarı olan userlərə təqdim edək Bu sözləri oxuyan ortayaşlı xanımlar sizdə biraz fəxr edin23
Keçək layihəyə) Layihəmin adı Açıq söhbət adlanır Bu dəfə hər zaman dolğun fikirləri ilə seçilən şərhləri ilə mən başda olmaqla bütün userlərin diqqətini çəkən Miss Oxatan nikli userimizlə Açıq söhbət etdim) Buyurun inşallah həmişəki kimi bu layihəm də bəyənilər :128:  
 
1. Salam qisaca olaraq  özünü səni tanımayanlara təqdim et( səni tanimayan varki?))) prosta dedimdə)
Salam Narinim. 23 həə,orasini düz dedin,məni ves Aznet tanıyır.tanımayanlar üçün də,mən Günay,26.11.1986 tarixdə,günorta saat 3 radələrində kainatın yer planetinə xoş gəlmişəm 08

2. Həyata niyə gəldiyinizi bilirsinizmi?

Hə bilirəm niyə gəlmişəm.Əvvəla yaxşı eləmişəm gəlmişəm bookiz Sonradakı,mən dünyaya ətrafımızdakı insanların,ailəmə və sevdiklərimə zərər yetirmək istəyən insanların maskalarını cırmağa gəlmişəm.Ancaq onu da qeyd edim ki,bu qəsdən olmur.İlahi işlərdir hamısı.Bütün bu 28ildə yaşadıqlarıma nəzər salıb başıma gələnləri saf-çürük edərkən bu qərara gəlmişəm ki,deməkki həyata mən də buna görə göndərilmişəm.tutaqki bir işə düzəlmişəm,orada illərlə məndən də əvvəllər işləmiş bir insan var,hər kəsə özünü yaxşı tanıdıb,hətta onu xiıaskar və ən sevimisi kimi görürlər.Qəribədir mən isə ilk görüşə o insana qanım qaynamır,neyləsəm də hamı kimi ola bilmirəm,üzünə gülürəm münasibətdə bunu bildirməməyə çalışıram,ama bir az keçir qəribə hadisələr müşahidə edirəm.həm özümə qarşı həm də biriıərinə qarşı,etrafımdakılar baş qoşma buda olur belə şeylər normal qəbul et deselər də mən boş verə bilmirəm,o insansa başlayır mənimlə uraşmağa,sanki mən asiyəm kimi davranır,məni pisləyir və s.nə isə sonda məlum olur ki,məgər o hiss etdikıərim yersiz deyil və baş verən pis hadisələrin səbəbi o olur,əvvəl məni qinayanıar mənim o insan haqda mənfi düşüncələrimi əsassız anlayanlar sonra mənə ninnətdar qalır,ayyy biz illərcə anlamamışdıq,tutmamışşdıq sağol var ol kimi sözlər deyirlər.bu mənim ailə üzvlərimdən yaxın insanlarla da baş verib.Hansı ki illərlə onun başına and içiblər və Allah məni o insanla başqa şərtlər altında ailədən kənar bir yerlərdə ortaq nöqtəyə gətirib və özümdə başa düşmədən onun əslində illərlə bizi tanıtdığl inandırdığı insan olmadığını görüb ifşa etmişəm.Bu cavab cox uzun oldu bilirəm,ama inanin ki,bu həqiqətdir hətta çox vaxt mənə möcüzədə gəlir çbu uraşmalarda bezirəm çox vaxt cünki mənə çox toxunurlar incilirəm yoruluram,ama sonda bir şeyi başa düşürəmki Allahın sevimli bəndələrindənəm ki,o pislər mənə də pisliyi keçmədən ayılıram və uzaqlaşıram onlardan.mənim vasitəmlə də olsa mən daxil çoxları da ayılır.

3. Həyatımızın bir çox hissəsini sosial şəbəkələrdə keçiririk,sizcə bu hal
həyatımızda nə kimi dəyişikliklərə səbəb olur?

Bu baxır sosial şəbəkədən istifadənin səbəblərinə.Elə insanlar var sırf tanışlıq məqsədilə istifadə edirlər.hətta manyaklıq dərəcəsinə də çatır,dostluqlarinda yüzlərlə user olur,bax bu tipli insanlar Allah hamini uzaq elesin.Eləsi var bizlər kimi,ünsiyyət bir şeylər öyrənmək və paylaşmaq üçün istifadə edir.

4. Son illərdə xəyanətlərin sayı getdikcə artır bunun səbəbidə sosial şəbəkələr ola bilərmi?

Qəlbində və ruhunda xəyanət instikti olan şəxsi sandıqda saxlasyib qifilda vursan bir yolunu tapacaq.Sosial şəbəkələr belə insanlar üçün sadəcə açıq aşkar bir vasitədir.Xəyanət deyəndə tək kişiləri düşünməyək,qadınıarın çoxu da az aşın duzu deyil.o qədərdi ki,evli gəlinlər tanış olub görüşlər təyin edirlər.İnsanın gərək xisləti təmiz olsun,yoxsa ki,sosial şəbəkə bəhanədir.Əslində internet pis insanların,xəyanətkarların iç dünyasını açan bir vasitədir xəyanət etmək üçün səbəb deyil.xəyanət etmək istəyən seravno edecek.belə pis başa düşməyin,internetden qabaq kolun dibləri olub,samanliq olub,dağların arası olub.çadra altında min hoqqadan çıxanlar var,hal hazırda vəhabilər seks cihadi deyib qadınıarı Suriyada kişilərə təqdim edirlər,hətta neçəsiylə olublar bilmirlər,şotu itiriblər.internet yazıq neyləsin.

5. Təhsildə nə kimi irəlləyişlərin olmağını istərdiniz?

Hanı təhsil?Azərbaycanda təhsilmi var?Güldürmə məni sən canın 23 mən yeniliklər tərtib edib nazirliyə təqdim etsəm birinci getsin müəllimlər özü təhsil alsın fətvasını verərdim.Hal hazırda Azərbaycanda məktəb var ki,əmək müəllimi ibtidai sinif dərsi keçir,ibtidai sinif müəllimi coğrafiya,rəsm müəllimi tarix dərsi,halbu ki savadlilar,diplomu pulla yox elmlə alanlarin diplomu əlində yatır pzləridə çöl süpürür.hoqqa çıxarıbıar özlərindən kurrikulum.uşaqdan çox müəllim oxuyur,o da ki məsuliyyətli olan müəllim.uşaqların kitabları iki özləri ağırliqda,müəllimin aldığı maaşın yarsından çoxu ləvazimatlara gedir günün çoxu da oxumağa.ortada bir şey yox.Dövlətin ziyalı təbəqəsi dedikdə müəllimlər,şair və yazıçılardır,ama bu dəyqə onlardan pis yaşıyan yoxdur,maaş göz qabağında, göz qabağındakılarda özlərini açıb çölə qoymuş müğənni tayfası.yaşayır onlar və xalqın ziyalılarının,yetimlərinin,yoxsullarının pulunu mənimsəyib milyonluq maşınlar sürənlər.Öz adımdan halallıq vermirəm bir vətəndaş kimi.Xalqın içərisində yaxşı yaşıyanıar da Rusiyada yaşıyıb sezondan sonra pul aparanlardir bir də kəndlərdə mal qara saxlıyanlar.o daki adından gorduyumuz kimi mal qaraninçinəklərin şotuna.yaxşıki təsərrüfat və 4ayaqlilar var.Yat ay xalqim fil qulağında.

6. Həyatınızda elə bir yalan olubmu ki onu dediyinizə görə indiyənədək
peşmanlıq hissi keçirirsiniz?

Hə olub heç bir saniyədə yadımnan çıxmır axirətdə cavab verəcəm,əgər verə bilsəm 29

7. İndiki dövrdə insanları tanımaq iç üzünü tez bir zamanda müəyyən etmək
olurmu?

indiki dövrdə hərkəsin iç üzü çöldədi də.hər kəs bir birindən uzaqlaşıb,soyuyub.Əvvəllər axşamlar qonşular bir araya gələrdi birinin evində toplaşardılar çay içərdilər özləri bişirib özləri yeyərdi birlikdə.indi hamı damının altında tapdığına şükr edib oturur,hami da aqresiya var.o vaxtlar kasıblar belə paylaşmağa bir şeylər tapardı indi varlılar kasıblardan alır,özünü enlədir.varlılar da paylaşsa nüfus artırmaq ücün edir ,insatqramda fesbukda paylaşmaq isə baş rolda.özlərini gostırlər.

8. Dostluqda xəyanətlə üzləşmisinizmi?

Hə üzləşmişəm Allah onu zəlil qoysun.Onun mənə etdiyi bir pislik,arxamca çevirdiyi iş,gəncliyim ən çılğın illərini göz yaşlarımla keçirməyə səbəb olduşHır 2dünyada da iki əlim də yaxasındadır.

9. Niye saytimizda az yawli userler ustunluk tewkil edir?.

Mən ümumiyyətlə 18yaşına çatmamış yeniyetmələrin sosial şəbəkədən istifadəsinə qarşıyam.düzdür çoxusu maraqli xeberler paylaşır zehmet çəkir,ama yenə də getsin ders oxusunlar,keçmişdəki dərsləri təkrar etsinlər.mən lüzumsuz hesab edirəm.bilirəm deyəcəklər sənə nə?biz çatdiririq)))məndə burdan onlara deyirəm ki,siz narahat olmuyun ders oxuyun buralari biz idarə edərik
 
10. Agilla sevmek yoxsa urekle?
sevgi deyəndə görmüsən kimse qoza oxşamış beynin şəklini çəksin? neww əzəldən heart çəkilib 09 ona görə də onu görəndə vibrasiya vermelisen,dozası artıq düşmüş narkamanlar kimi uçmalısan 128 damara işləməlidi lolsevgi bele olar uww ağılla sevgi məntiq evliliyi deməkdir və hansısa çıxarlar üçün bu əlaqəyə girmiş olur insanlar.hamı deyir sevəndə niyə bilmədin kimi sevdiyini,ama elmde tesdiq edib ki,bu o insandan asili deyil,beyinle elaqeli hemin hormon o insani ilk gördüyün andan axmağa başlıyar və səndən soruşmaz kim üçün başladı axmağa,variantda verməz.

11. İndiki dovrde qizlar ve oglanlar ucun ayri ayriliqda aile qurmaq ucun ideal yaw necedir sizce?

mənim üçün ən ideal yaş qızlar üçün 23-24 yaşdan 27 yaşa qədər ,oğlanlar üçün 26dan yuxarı 30 yaşa qədər.həmdə gərək oxuyasan,əlində sənətin,peşən olsun.bizdə bir söz var oğlanın işi olsun bir de qabiliyyəti daşdan çörəyini çixardan olsun,bu hardasa düzdür,elesə var elində diplomu ama bacarıöı yoxdur hara işə düzəldirlər üzü qara qayıdır.ama savadı olmayanlar var ki ailəsi xan kefində dolanır.hətta fəhləliklə ustalıqla ailəsini gül kimi saxlayir.ancaq yenə də təhsil daha önəmlidir.Hətta o dediyim fəhlə olsa da ailəsini yaxşı dolandıran əziyyətini görüb istəyir fəhləkikdən möcüzə olub milyonlar qazansin yene də deyir övladim oxusun.eləcə də qizlar üçün təhsil mütləq vacibdir.üzr isitiyiəm qizlar var ki özündə ilk aybaşını gorən kimi 9cu sinfi qutarib birini tapib gedecem flankesden eskik deyilem ki deyir.bax bu qizlara belə qadinlar mənim gözümdə cahil ve parabeyindirlər.ərə getmək uşaq doğmaq hər qadına vacibdir ama kor koranə yox,sabah ata evinə üzü qara qayidasan deye yox qolunda da 2,3 uşaqla.insan ğzü oxusun gərək.qadınların çoxu qadın deyəndə elə bilir ki işi ancaq doğmaq və yemək bişirməkdir,bununlada ərimə borcumu ödəyirəm deyir.halbuki qadın ərinı mənəvi maddi dayaqda olmalidir ailənin maddi durumunu tək ərə atmamalıdır.düzdür çoxunun eri qoymur guya qisqancam deyir ama bu çoxda qisqanciqdan irəli gələn durum deyil səbəb mentalitet esiri olmalıdır,men arvadimi işləməyə qoysam flankəslər arvad pulunu neynirsen kimi spzlər deyəcək.çoxu da atır İslamın üstünə.İslamda qadın oxumaz,işləməz yalansa dilin qurusun niyə Allahin adindan danışırsan şirk qoşursan?bu ən böyük günahdır.bizim millətin evini iki şey yixib yixacaq da birincise o ne deyer bu ne deyer sozlərindən ibarət gic gici mentalitet ikinci də haqqını hüquqlarını bilməmək müdafie etməmək.

uyyy yenə nə qədər yazmışam 09 bezdiniz eləmi? intihar ama neynim Narin sizdə elə suallar yazmısız ki,söz sözü açır. 08 sonda təşəkkur edirəm məndən müsahibə götürdüyünə görə,çox sağol. 20
 
P S Miss Oxatan həmişəki kimi açdı sandığı tökdü pambığı :30: Ama həqiqtən cavablar çox xoşuma gəldi :21:
(səs: 6)
Şərhlər: 18
Baxılıb: 2 753
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri