Qızlarrrrrr sizinlə sevincli bir xəbəri bölüşmək istədim :dans: İnanıram ki, siz də bu gözəl xəbərə sevinəcəksiniz və mənimlə birgə təbriklərə qoşulacaqsınız :ponpon:
Saytda mənə yaxın olan, xətrini çox istədiyim bacılarımdan biri Kralicem nikli bacımızın qız balası dünyaya gəlib :uyu: Bacımızın bu sevinclini xeberini sizlərlə bölüşmək və bacımızın sevincinə şərik olmaq istədim :kiss3:
Əziz bacım o şirin balan bu dünyaya, bizlərin arasına xoş gəlib səfa gətirib. Qədəmləri yüngül və uğurlu olsun:laylay: :miwka: Şirin şəkər balamıza Allahdan uzun və sağlam bir ömür, ruzi bərəkət dolu bir həyat diləyirəm :melek: gəlişi ilə sizləri necə sevindiribsə İnşallah bundan sonra da bütün ömrü boyu evinizin sevinci, nəşəsi, gözünüzün nuru olar :quc vanna:
Atalı analı sağlam böyüsün. Allah sənin və yoldaşının canını hər zaman sağ eləsin ki, o körpə balanın yanında olub qoruyasınız :quc: Şən, qayğısız, xoşbəxt bir uşaqlığı və eyni uşaqlığı kimi saf və təmiz bir gələcəyi olar İnşallah :yavrum:
Ay canım, əziz bacım o gözəl balanın xoş günlərini görməyi nəsib etsin Tanrım sizlərə. Ağıllı, tərbiyəli, böyüklərinə qarşı hörmətli, gözəl gələcəyi olan bir insan olar İnşallah balamız :angel_mini:
Gözəlim sənin və yaxınlarının yaşadığı bu sevincə biz hamımız bütün Qadınlar.Biz ailəsi olaraq sevinirik :alkis: və gör gözəl balana necə bir xoş gəldin partisi düzəltmişikkkkk :ponpon: Tortumuz da varrr...