Başımın şirin bəlası doğum günün mübarək olsun...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 23 903
Səs ver:
(səs: 8)
Sən Allahdan istədiyim arzu, göylərə uzanan əllərimsən. Sən gözümdən süzülən yaş, tək düşüncəm, həsrətimsən. Sən yaşadığım ömür, ən güzel günlərimsin. Bir sözlə hər şeyimsən…Bütün xəyalların, bütün ümutlərinlə birlik olsun, diləklərin, duaların qəbul olsun, doğum günün mübarək olsun canım həyat yoldaşım...
 
Başımın şirin bəlası doğum günün mübarək olsun...
             
Bizim sevgi hekayəmiz həqiqətən əsl sevgidi.  Allahıma çox şükr edirəm ki alın yazıma belə gözəl bir insan yazıb. Deməli belə başlayım sizəde deməyə. Mənim yoldaşımın atası anamın dayısidı. Qızlar inanmayacaqsınız ama bizim sevgimiz mən lap uşaqkən başlayıb. 3 yaşım olardı məktəbdə şənlik idi. Məndə getmişdim yoldaşımda. Qaynanam müəllimədi. Qaynatam isə məktəb direktoru idi. Mən çox gözəl bir gəlinlik geyinmişdim. Birdən qaynanam məni gördü. Atama nə gözəl bir qızın var dedi oğlunuda çağırdı. Yoldaşım məndən 6 ay böyükdü. Uşaq idim əlimdədə qəşəng güllər 20 var idi. Yoldaşımın qoluna girdim və ikimizin şəklini çəkdilər bəy gəlin səkli kimi və illər keçdi. Yoldaşım bir gün şəklə baxar və anasından bu qız kimdi deyə soruşar anasıda başlayar yuxarıda yazdıqlarımı danışmağa. Hər gün şəklə baxarmış və bir gün mən anamla bir qohum xəstələnmişdi ona dəyməyə getmişdik 16 yaşım olardı qaynanamda gəlmişdi. Biraz oturduq anası buna zəng etdiki gəl məni apar. Maşınla gəldi. Küşədə mənim anamla bunun anası durub söhbət edirdi. və məni gördü fikri qalmışdi məndə. Məndə başa düşdüm və anama yaxınlaşıb gedək dedim. Yoldaşım məni artıq ürəyinə atmışdı hər gün məni fikirləşirdi. G hərfi olan bir boyunbağıda almışdı özünə. Ama yaşımız az idi deyə heçnə edə bilmirdi. Yoldaşım məktəb oxumağa getdi. Artıq 17 yaşım vardı. Məni bir oğlan istəyirdi. Sən demə o yoldaşımgilin qonşusu imiş. Toyda görüb bəyənmişdi məni. Hər gün elçilərini göndərirdi. Bizdə onları tanımadığımızdan cavab vermirdik. Bir gün qaynanam zeng edər və anamı qonaq çağırar. anamda gedər. Başlayar qonşularını tərifləməyə oğlunun məni istədiyindən xəbəri yox idi. Qaynanam deyərki nə fikirləşirsən qızını ver getsin yaxşı ailədi oğlan tərbiyəlidi nəbilim belə sözlər deyər. Anamda gəlib atama deyər artıq valideynlərimin fikrində hə cavabı var idi. Məndə valideynlərimin öhdəsinə buraxmışdım. Ama yoldaşımın məni istəməyindən xəbərim yox idi. Qaynanam yoldaşıma zəng edər. Tezliklə toy olacaq gələndə mənə təzə paltar alarsan da deyər. Yoldaşım soruşandaki kimin toyudu qaynanam birinci oğlanın sonra mənim adımı çəkər. Mənim adımı eşidəndə dəli olar və tez evlərinə gəldi. Valideynlərinə hər şeyi danışdı. Onlar eşidəndə şoka düşdülər. Qaynanam açıb hər şeyi danışar mənim sayəmdə o qızı verdilər deyər. Yoldaşım lap dəli olar. Təzədən anamı qonaq çağırar. və başlayar onları pisləməyə elə pisləyərki anam onlara zəng edər və məni vermədiklərini deyər. Qaynanam hər gün zəng edərdi o qədər zəng edərdiki artıq bezmışdim. Hətta telefonun şunulun da çıxardırdım. Nə biləydik bunun məqsədi var. Yoldaşımda qalmışdi səhərdən axşamacan küçəmizdə. Artıq hər şey yavaş yavaş başa düşülürdü. və bir gün harasa gedirdim yoldaşım qarşıma çıxdı məni sevdiyini dedi biraz danışdı və getdi. Şoka düşdüm nə edəcəyimi bilmirdim donub qalmışdım. İnanırsız sonra anama deyib atama demiyib ama hardasa görübmüş atamlada yaman görüşüb. Dədəm deyir şoka düşdüm bu kim idi belə gəldi evdə danışdı. Və bir gün oturmuşduq qaynanam gəldi xeyir işə gəlmişəm dedi. Anam atam qoy bir birilərin tanısınlar dedi. Mənə zəng etdi. Hər gün danışırdıq ona elə bağlanmışdımki onu çox sevdim məni nece sevdiyini danışdı. artıq məndə onu sevirdim həmdə çoooooox. və biz nişanlandıq. Böyüklərimiz danışdıki bunlar hələ uşaqdı toyu 2 ildən sonra edərik hamı razılaşdı. Ama yoldaşım evdə neyniyibsə inanırsız 2 ay nişanlı qaldım. Sentiyabrın 7 qız toyu 8 isə oğlan toyu oldu.  Çox xoşbəxtəm ki mənim alın yazıma ALLAH belə bir insan yazıb. Bir birimizi çox sevirik hara gediriksə hamı bizdən danışacaq elə bil təzə nişanlanıblar gör nə mehribandılar deyəcəklər.  Artıq 2 ildirki evliyik. Bir arzumuz var inşallah arzumuz ALLAHın köməkliyi ilə yerinə yetər.  
     
 
      
  Seni çooooooooooooooooox sevirəm canım Miryusifim yaxşıki varsan yaxşıki mənimləsən. Tanrım mənə    səni verdi.  RƏBBİMDƏN ən böyük duam xoşbəxtlik həmişə bizimlə olsun.
 
 

Bəzi şeylər sevilir çünki onlar dəyərlidir, bəzi şeylər dəyərlidir çünki onlar sevilir. Sen hər ikisine layiqsən, ad günün mübarək! Səni ad günün münasibəti ilə ürəkdən təbrik edirəm. Sənə ən əsası can sağlığı, uzun ömür, xoşbəxtlik, dop-dolu mənimlə sevgi, məhəbbət arzu edirəm. Ulu tanrı ömrünə ömür, sevincinə sevinc qatsın. Atdığın hər atdım senin həyatına uğur gətirsin. Gözlerinde daima sevinc qığılcımları parlasın. Sevinc başının tacı, kədər ayağının tozu olsun. Bu arzular, səni qanadına alıb ən uca zirvelərə qaldırsın və yenilməz olasan!  Ad günün mübarək canım yaxşıki varsan. Səni çooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooox sevirəm.

 

 
Və sonda tortumuzu kəsək
 
 

Və sonda sənə demək istəyirəmki
     
 
  
Yaxşıki varsan və mənimləsən AD GÜNÜN MÜBARƏK 
(səs: 8)
Şərhlər: 13
Baxılıb: 23 903
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri