Kiminse qelbini qirmisinizmi???

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 15 564
Səs ver:
(səs: 2)

http://imgs.su/tmp/1321953845-656.jpg


İmam Rabbani həzrətləri buyurur ki:
Qəlb - AllahTəalanın qonşusudur. Allah Təalaya qəlbin yaxın olduğu kimi heç bir şey yaxın deyildir. .
"Möminin qəlbi Allahın evidir."
Niyə qəlbin qırar bir insan digərinin? Qırmaq asandır ona görə. Qırınca bütün problemlərdən qurtularsan.
Bundan sonra ona zamanından ayırmaq məcburiyyətində olmayacaqsan, sıxıntılarını artıq səninlə bölüşməyəcək. Çətin həyat yolunda dirəndiyi bir dayaq deyilsən artıq.
Niyə qəlbin qırar bir insan digərinin? Qırmaq özünü haqqlı çıxardar ona görə. Arxanı dönüb könül rahatlığı ilə o buna laiq idi deyərsən.
Onsuz da çoxdan dır ürəyimi sıxırdı. Qabdakı suyu daşıran son damlaydı deyərsən. Arxanı çevirib gedərsən.
Niyə qəlbin qırar bir insan digərinin? Gecə yatağa uzanıb gözlərimizi bağıladığımızda sabah ayılacağımızdan əminsinizmi? Və ən son incitdiyimiz insanı görməyimiz nə qədər mümkündür deyə heç düşünmüsünüzmü?
Hansı səbəb iki damla göz yaşından daha önəmlidir? Həyat iki damla gözyaşı qədər qısa ikən..


Qəlb qırmaq suya yazı yazmağa,qəlbi yenidən qazanmaq isə gecə vaxtı günəşin doğmasına bənzəyir..
Bilməlisən ki..
Nə qədər yaxın olursa olsun, ən yaxşı dostun belə arada qəlbini qıra bilər. Onları əfv etmək lazımdır.
Bilməlisən ki..
Bəzən insanın başqalarını bağışlaması yetərli olmur insan gərək özünü də bağışlaya bilsin.
Bilməlisən ki..
Ürəyiniz nə qədər qan ağlasa da dünya sizin üçün fırlanmasını dayandırmır o elə hey dönür.
Bilməlisən ki..
Şərtlər və olanlar kim olduğumuzu dəyişə bilər, amma nə olduğumuzdan özümüz cavabdehik.


Bilməlisən ki..
İki insan mübahisə edirsə bu bir-birilərini sevmədikləri mənasını verməz,heç mübahisə etməmələri də sevdikləri mənasını.
Bilməlisən ki..
Hər problem öz içində bir fürsət saxlayar və problem fürsətin yanında cücə kimidir,taki o fürsəti tapanacan.
Bilməlisən ki..
Sevgini tez itirirsən amma peşmanlıq uzun illər sürür..


P.S: Bəs biz özümüz tez-tez qəlb qırırıq? Və ya tez-tez qəlbimiz qırılır?
Gəlin müzakirə edək..

(səs: 2)
Şərhlər: 0
Baxılıb: 15 564
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri