Evdə “müdir” kimdir?.. Və ya evdə “müdir” olmalıdırmı?..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 662
Səs ver:
(səs: 1)
http://imgs.su/tmp/1321957188-656.jpg

Tərəflər çox vaxt evdə ancaq öz "tələblərinin qəbul olunmasını" və ya hadisələrin mərkəzində ancaq onların dayanmasını arzu edirlər. Onlar sanki bununla "burada müdir mənəm, mənim dediyim olmalıdır" iddiasına düşürlər. Elə isə evdə "müdir" kim olmalıdır? Və ya ümumiyyətlə evdə "müdir" olmalıdırmı?..



Əslində cəmiyyətdə hər qrupun bir lideri var. Ailə də "ictimai bir qrup" olduğu üçün burada da liderə ehtiyac var. Digər tərəfdən, ideal liderin bəzi keyfiyyətləri var. Məsələn, bir lider heç vaxt təkbaşına qərar qəbul etmir və ya bir lider heç vaxt təkbaşına məsuliyyət götürmür. İdeal lider həm də "müdirlik" iddiasında olmayan liderdir... Bütün bu "qeydlərdən" sonra artıq "Bəli, evdə bir lider olmalıdır" deyə bilərik. Təbii ki, "müdirlik" iddiasında olmayan bir lider və ailənin hər üzvünü "öz sahəsində" müdir kimi görən bir lider...

 


Bu prizmadan baxdıqda "Ailənin hər üzvü öz sahəsində müdirdir" deyə bilərik. Məsələn, "mətbəx" sahəsində evin xanımı müdir olduğu halda, "bazar" sahəsində evin bəyi müdirdir. Bir sözlə, ailənin öz daxilində müəyyən etdiyi strukturdan asılı olaraq ailənin hər üzvü öz sahəsində müdirdir və digər ailə üzvlərini "istiqamətləndirmək" hüququna malikdir.

 


Bu, həm də ailə daxilində ümumi nizam-intizamın hakim olması üçün vacibdir. Bu məsələdə başqa bir müsbət cəhət isə ailə üzvlərində (xüsusilə də uşaqlarda) "ailə" məfhumunun formalaşmasıdır.



Evin lideri isə bütün bu "fəaliyyətləri" təşkil edə bilən və bütün ailə üzvlərinin hüquqlarını qoruya bilən insandır...

FİKİRLƏRİNİZ...

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 662
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri