Saytımızın səmimi qızı olan Barbie-Girllə tam səmimi müsahibəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 157
Səs ver:
(səs: 1)
1.Salam canım bu gözəl saytımıza xoş gəlmisən özünü Qadınlar.biz ailəsinə təqdim elə?
Salam canım adım Nərgiz.

2.Özün hakda bizlərə qisaca məlumat ver doğum tarixin,və yaşın neçədi canım?
15 iyun 1996-cı ildə anadan olmuşam yaşım 18-di.

3.Həyatında ən yadda qalan hadisəni bizlərnən bölüşə bilərsənmi əgər sirr deyilsə?
Kollecə qəbul olduğumu öyrəndiyim gün  əvvəl elə bilirdim kəsilmişəm ona görə cavablar cıxana kimi ağlamışdım cox pis idi halım sonra cox şükür az balla da olsa qəbul oldum.

4.Həyatda yeganə varlıq olan ANADIR indiyənə qədər anan sənə nələri oyrədib bu sualın cavabını bizimlə bölüşsən sevinərik?
Cox şey öyrədib mənim bu gün necə bir insan olmağım onun əməyinin nəticəsidi.

5.Ən çox kimlərdən örnək alırsan?
Çox çətinliklərdən keçib həyat təcrübəsi olan və sonda özünə gözəl həyat qurmağı bacaran insanlar mənim idealımdı.

6.Ən böyük uğurun arzun nədir həyatda?
Ən böyük arzum iş güc sahibi və uşaqları üçün gözəl ana olmaqdı.

7.Doğum günündə sənə edilən ən yadda qalan hədiyyə nə olub?
Dostumun mənə panda oyuncağı alması.

8.Gələcək arzularından biri))
İstədiyim kimi qəlbimə uyğun mənimlə eyni həyatı paylaşa biləcək birinin qarşıma çıxması öz sevgimi tapmaq ən böyük istəklərimdən biridi .

9.Ulduzların köməyi ilə səmaya nə yazmaq istərdin?
Xəyallarım gerçəkləşəcək.

10.Keçmiş günlərini geri versələr gələcək günlərini qurban verərdinmi?
Mən keçmişə bağlı biri deyiləm məni bu gün həyatda saxlayan gələcəyə olan ümidlərim xəyallarımdı
 ona görə gələcək günlərimi heç vaxt qurban verməzdim.

11.Özünə bağışlaya bilmədiyin günahın və ya bir səhvin varmı?
Xeyr özümə bağışlaya bilmədiyim səhvim yoxdu Səhvlər insanı gücləndirir səhv olsa belə insan özünü bağışlamalıdı.

12.Uşaqlıq illərindən ən çox yadında qalan maraqlı bir hadisəni bizimlə paylaşa bilərsən?
Xatırlamıram elə bir hadisə.

13.Ən çətin anlarda səni həyata bağlayan nədir?
Məqsədlərim gələcəyim.

14.Yaşadığın həyatdan razısan?Dünyaya 2ci dəfə gəlsən yenə bu həyatı seçərdin?
Həyatımı ailəmi seçərdim amma bəziləri ilə heç qarşılaşmaq istəməzdim.

15.Kimi və nəyi itirməkdən qorxursan?
Ailəmi və sağlamlığımı nə vaxtsa itirməkdən çox qorxuram.

16.Ən kədərli günün ilk dəfə nə vaxt olub və sirr deyilsə deyə bilərsən?
4-5 il əvvəl 21 avqust amma sirr olaraq qalsın.

17.Saytda sənə ən yaxın 3 user kimdi?(tam səmimi)
Belə kimləsə çox yaxın deyiləm ÜLkərlə bir az danışmışam çox yaxşı qızdı.

18.Sevdiyin şerdən bir parça yaza bilərsənmi canım?
Rəssam sevgilimin şəklini çək.
Sevgilim gözəldi sən də gözəl çək.
Nazına gəlincə qələmdən əl çək.
Qoy onun nazını mən özüm çəkim.

19.Gündəlik həyatda necə geyimlərə üsdünlük verirsən canım daha çox sport geyimlərə üsdünlük verirən?yoxsa kalssik geyimlərə?
Həm sport həm klassik.

20.Sualları bəyəndin?Ən çox bəyəndiyin sual hansı oldu?
Çox bəyəndim ən çox da 9-cu sualı.

21.Mənə sualın varsa buyur və həmişə verdiyim sual məni necə biri olaraq tanıyırsan?
Canım sualım yoxdu təşəkkür edirəm məndən müsahibə götürdüyün üçün  mehriban səmimi bir qız kimi.

22.Və sonda Qadınlar.biz userlərinə ürək sözlərin?
Sonsuz bir xoşbəxtlik arzu edirəm hamınıza.
 
Cnım müsahibədə səmimi olduğun üçün çox sağol sualları bəyəndiyinədə sevindim.Kim istəsə ondan müsahibə götürmək üçün mənə şəxsi ismarıc yaza bilərsiniz.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 4 157
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri