Mənim sadə səmimi mehriban bacım olan FISTIKla tam səmimi müsahibəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 584
Səs ver:
(səs: 1)
1.Salam canım mənim aramıza Ailəmizə xoş gəlmisən buyur özünü Qadınlar.bizlilərə təqdim elə?
Qarayeva Elnarə 22 yaşım var.

2.Bilirəm ki ailəlisən yoldaşınıda çox sevirsən nə olur olsun bizi heç bir maniyə ayıra bilməz dediyin vaxt olubmu bacım?
Gözəl bacım yox hələ manemiz olmuyub. Şükür bu günümüzə.

3.Əgər sirr deyilsə,ELNARƏ yoldaşınla necə tanış olduğunu bizimlə bölüşə bilərsənmi canım?
Bacı can biz qohumuq əmi oğlu əmi qızı. Yoldaşım bize gedib gəlirdi. Mənə olan hisslərindən xəbərim olmuyub sonra atasına anasına deyib ve ailələrimizin razılığıyla aile qurduq.Allahıma şükür heç də peşman deyiləm çünki yoldaşımın çox gözəl xasiyyəti var.

4.Həyat bir kinodur bizdə bu kinonun Aktorlarıyıq deyə bu sözlərlə razısan canım?
Bacım məncə yox Kinoda fantaziya çoxdu,biz hər şeyi real yaşayırıq.:)

5.Ürəyindən gedən yol gözlərindən keçir yoxsa düşüncəndən?
Düşüncəmdən.

6.Ağacı kökdən ananı baladan ayıran fələk səni sevəndən ayıran nədir canım?
Gözəl bacım mənə yalnız xəyanət etsə. Xəyanəti bizi ayıra bilər. Amma yoldaşımın elə xasiyyəti var ki ona güvənib deyirəmki HEÇNƏ;)

7.İlk dəfə hər kəəsin içində heç kəsin bilmədiyi bir şeyi etiraf elə? (tam semimi canım)
Bacı can deyəcəm yoxdu inanmayasız.:) Doğrudanda çox fikirləşdim yoxdu elə şey.:)

8.Hansı geyim və ya aksessuar olsun o sənin üçün heç zaman köhnəlmir?
Bacım spor geyinməyi sevirəm. Aksessuarlardansa şarf istifadə etməyi sevirəm mənim üçün şarf köhnəlməyən aksessuardır.:)

9.Hansı insanları bəyənirsən,İdealın var həyatda?
Bacı can hörmət etməyi bacarana canım qurban.Amma ANAM idealımdı bəlkə qəribədə cıxdı çünki bəziləri var ki hansısa tanınmış birin idealı hesab edir. Mən yox ANAMI həmişə idealım hesab etmişəm.

10.Əlində 3 gül var SARI, QIRMIZI, AĞ.onları kimə verərdin?
Bacım desən bunların mənası var amma mən bilmirəm nədi. Yadımda deyil doğrusunu bir qırmızını bilirəm ki sevgi deməkdi ona görə də qırmızını CANIM ANAMA verərdim. Sarı və ağ gülü isə dəqiq mənasın bilmirəm onun görə bilmirəm kimə verərdim, amma bir gül kimi üçünüdə Anama verərdim :)

11.Yuxudan oyandıqda birinci fikirləşdiyiniz nə olur ?
Gözəl bacım fikir verməmişəm bilmirəm yadıma gəlmir nəsə. Yaddaşım zəyifdi.:))

12.Bəzən olubmu ki, heç kəsin sənin başa düşmədiyini düşünüb danışmaq istəməmisən?
Yox gözəl bacım mən həmişə istədiyimi, fikirləşdiyim hər şeyi demişəm kim necə başa düşüb ta bilmirəm.:)))

13.Həyatdan bezmiş, acılarla dolu, ümidsiz bir insanın üzündə necə təbəssüm yarada bilərsən?
Bacım həyatımı danışsam güldürərəm bəlkə.:))

14.Gedəcək olanları geri qaytarmaqmı yaxşıdır? Yoxsa həyatına davam edib gələcəyə baxmaqmı?
Bacı gedəcək olanı qaytararam. Məndə bir şey var ki gedəcək olanlar olmasa mən həyatımı davam edə bilmirəm.

15.Yenidən dünyaya gəlsəydin hansı səhvi bir də etməzdin?
Bacı can anamın sözündən çıxdım ona görə çox peşmanam o səfi təkrar etməzdim birdə.

16.Övladların sənə ana ana deyəndə nə hiss edirsən analiq necə hissdir səncə bizə acıqlaya bilərsənmi bu hissi?
Bacım gözəl hissdi Nadirimin hər ana deyişi mənə hər şeyi unuturur. Yusifimsə hələ 5 aylıqdı İnşallah onunda ana dediyini eşidərəm. İnşallah sənində körpən ANA deyə seni sevindirər.:)

17.Allah eləməsin həyat yoldaşın səni sənə yaxın olan biriylə aldatsa bağışlaya bilərsənmi?
Allah uzaq etsin bu söz belə məni dəli edir. Hec vaxd bağışlamaram.

18.Sirdaşın kimdir? Elə bir sirrin varmı ki, onu səndən və Allahdan başqa heç kim bilmir?
Gözəl bacım mənim sirdaşım ANAMDI. Anamdanda heçnə gizlətməmişəm.

19.Mənə sualın varsa buyur və həmişə verdiyim sual məni necə biri olaraq tanıyırsan?
Bacı can sənlə tanışlığım az olub. Amma azda olsa səni gözəl xasiyyəti sahibi kimi tanıdım, şirin dil xanımsan. Bacı biləmki ANA olasan İnsallah sağlam körpəni qucağına alarsan ən əsası budu körpən sağlam dünyaya gəlsin. Sualımsa körpənə nə ad qoyasız?:)

20.Və sonda Qadınlar.biz userlərinə ürək sözlərin?
Bu saytdan bilmədiyim çox şeyi öyrəndim. Həmişə var ol QADINLAR.BİZ
Xanımlara sözüm ALLAHA dualarınızı unutmuyun, oda sizi unutmaz.Tək dar gününüzdə yox həmişə Allaha duanız əskik olmasın.
Arzumsa hamınız burda qocalarsız insallah.;)
 
Canım suallara səmimi cavab verdiyin üçün çox sağol.Məndə sənin sualına cavab verim təki salamatcılıq olsun oğlum olsa adını Yusif qoyacam qızım olsa Zəhra qoyacayıq.Allah bütün Ailəyə övlad nəsib eləsin.AMİN.İNŞALLAH.
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 2 584
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri