Qadınlar.biz-in yeni il təbrikləri (3-cü hissə)

Müəllif: arzum-aysum
Şərhlər: 18
Baxılıb: 5 612
Səs ver:
(səs: 3)
Qadınlar.biz-in yeni il təbrikləri (3-cü hissə)Ho ho hooooo... 
Ay mənim canlarım, əzizlərim... gəlmişəm bu gözəl bayramı sizlərlə birgə qeyd edəm...  
Çünki mənim üçün bu bayramı sizlərlə keçirmək çoxxxxxxxxxxxxxxxxx böyük xoşbəxtlikdi..
Bu yeni ilin astanasında sizlərə arzum bütün problemlər, çətinliklər gedən köhnə ildə qalsın...
Yeni il gəlişi ilə gözəl günlər, xoş günlər gətirsin... bu andan etibarən evinizin ruzisi, bərəkəti, süfrələrinizin nazı neməti bol olsun...

 

Hər birinizə xoşbəxtlik, ailə səadəti, evinizə bol ruzi bərəkət diləyirəm... Hamilə bacılarım var Allahın köməyi ilə inşallah sağ salamat bəbişlərini qucaqlarına alsınlar...
Subay bacilarıma gözəl bəxt tale, nişanlı bacılarıma xeyirlisi ilə sevdiklərinə qovuşmalarını
Universitetə hazırlaşanlara ürəkləri istəyən fakultəyə qəbul olmalarını
Əsgər yolu gözləyənlərə sağ salamat qovuşmalarını istəyirəm Tanrıdan...
Yadımnan çıxan olmadıııı.... :-) Xoşbəxt olun gözəllərim, ürəyinizdə nə arzu varsa inşallah bu yeni ildə tez bir zamanda gerçək olar...
Aminnnnnn... Öpürəm hər birinizi...



Sona
Evvela onu deyimki Yeni ilimiz-2015-imiz ugurlu olsun. hər kəsə gözlədiyi xoşbəxtliyi, uğuru, sevgini 2015 gətirsin inşaAllah. Yeni ildən istəyim- Allah bütün qızların bəxtini açsın, hər kəs ailə qursun ailə quranlar övladla sevinsin.... Övladı olanlar sağlam və xoşbəxt böyütsün... Böyüyən övladlar vətənimizə və ailələrinə uğur gətirsin hər zaman... Yeni ildən istəyim, Allah içi mənim anam atam olmaqla bütün valideynlərin arzularını həyata keçirsin. Yeni ildən istəyim nəhayətki 7 il sevdiyim nişanlıma qovuşum inşaAllah Sağ salamat heç bir problem çıxmadan mart ayında toyumuz olsun. Və nəhayət yeni ildən istəyim dünyamız sülh içində əmin-amanlıqla yaşasın aminnnnnn
Yeni ildən istəyim bu xəbərdə əziyyəti keçib hazırlayan bacımı Türkanımı Allah arzularına çatdırsın. Mənim bildiyim və bilmədiyim bütün arzularına çatdırsın Rəbbim. Ən esası iki gül balasını qorusun Allahım 
Hər kəsin yeni ili mübarək



AYKA_ISI
Qadinlar.biz saytını başda adminimiz olmaqla hər birini təbrik eliyirəm saytımızın uzun ömürlü olmasını diləyirəm.   Allahdan hər birimiz üçün can sağlığı xoşbəxtlik arzulayıram, kimin nə arzusu var 2015 də həyata keçər inşAllah...



aRzuM209
ən başlıcası ALLAHDAN HƏr kəsə uzun ömür can sağlığı və gözəl bir ömür arzu edirəm ...
Arzum bu 2015-ci ildə sevdiyimlə ailə həyatı qurmaqdır...  
Allahdan bu yeni ildə ölkəmizə sülh əminamanlıq barışıq və sevgi gətirməsini istəyirəm..



Canr
Salam şaxta baba... Xoş gəlmisən... Həmişə sən gələsən...
Mənə nə gətirmisən? Mən də , qızım Nüsabə , oğlum Rəşad da səndən çoxlu hədiyyələr gözləyirik... bizi və bütün uşaqları sevindir... məktubları yəqin oxumusan... gücün çatan qədərindən istəklərimizi yerinə yetir...

zarafat bir yana Allahdan bu yeni ildə hər kəsin evinə bol ruzi bərəkət və gözəl günlər diləyirəm... bayramınız mübarək...



_Mira_Yaman_
Bu mənim ilk yeni ilimdir ki Qadınlar.Biz saytında keçirəcəm.. İlk öncə hər birinizi Yeni il münasibəti ilə təbrik edirəm canlarım. Neçə belə illərə çıxasız ailənizlə,sevdiklərinizlə bir yerdə. Bu il hər birimizə düşərli olar inşALLAH     
Mən bu il şaxta babadan bir şeylər istəyirəm  ... İlk öncə ailəmin can sağlığını.. Özüm üçün bu ilin çox yaxşı keçməsini istəyirəm,  dərslərimdə fəal olmağı, imtahanlarımı yaxşı qiymətlə verməyi istəyirəm.. inşALLAH 2017 ci ildə orta məktəbi sağ-salamt bitirib Universitetə qəbul olmaqı istəyirəm çünki mənim ənnnnn böyük arzumdu inşALLAH qismət olar.. Sonrada hər qız kimi sevdiyim şəxslə çoxx xoşbəxt olmağı.. Şaxta babadan deyəsən çoxx şey istədimee canım babam beni kırmayaaa ricaa ediyorum  Bir sözlə inşALLA bu il və bundan beləki bütüüüüüüüüüüüüüüüün illərimiz çooooox gözəl keçər ürəyimizdəki bütün arzular həyata keçər təbiiki xoş arzular..AMİN  Canım mənim mənədə bu xəbərdə yer verdiyin üçün sənədə çoxx təşəkkür edirəm...  



pozitiv
Hörmətli Şaxta baba
əvvala salam! Necesen? Mən çooox yaxşıyam cünki bu il yeni ili Fransada qeyd edəcəm. Səndən ən böyük arzum budur ki, Yeni ildə mənə hədiyyə kimi galaxy note 3 gətirəsən... bax gətirməsən küsəcəm haaa... İstəyirəm bir gün yeni il vaxtı gözümü açım görüm ki, yolkanın altı hədiyyələrlə doludur. Inşallah bu il hamıya düşərli olar. Bu təzə ildə hamıya bolluca uğurlar arzulayıram. Inşallah nə kimi saf arzulari var həyata keçər. Amin  



Madina
Islamda təqvim hicri təqvimlə gedir. Yəni yer kürüsinin ay planetinə nəzərən hərəkəti nəzərə alınır. Lakin bu təqvim bir az mürəkkəb olduğundan yəni 10 gün qabağa gəldiyindən, insanlar günəş planetinə nəzərən təqvimə üstünlük veriblər ki, işləri çətinləşməsin) amma elm də aya nəzərən təqvimin daha dəqiq olduğunu təsdiqləyib. Bu ilin dekabrın 31-i imam Mehdi(e) ağanin atası imam Əsgəri(ə) ağanın şəhadəti günüdür. Həmin günü şənlənmək bəyənilməz haldır ,amma dində məcburiyyət yoxdur. Hər insan özünə görə qərar verə bilər. Ümumiyyətlə yolkaya, şaxta babaya inanmaq şirkdir. Amma niyyətdən çox şey asılıdır. Əgər insanlar bir- birinin sadəcə ilin təzələnməsi gününü təbrik edirsə, burada pis bir şey yoxdur. Qocaları, yetimləri ziyarət pis deyil, niyyətdən çox şey asılıdır. Bəzi din alimləri yolka bəzəməyi məqsədəuyğun saymırlar, amma sadəcə yeni ilin simvolu kimi qoymaq məncə qəbahət olmaz, ətrafında fırlanmayasan, arzularını söyləməyəsən. İnsan hər dilyəni Allahdan diləməlidir. Başqa möcüzəyğ inam müşriklikdir. Qadinlar.biz ailəsinin yeni 2015- ci ilini təbrik edirəm. Allahdan hamımızın imanımızın artmasını arzulayiram, içde mən daxil.



Brilliantam
Mən öncə Qadinlar.bizin rəhbərliyindən tutmuş ən kiçik statuslu userlərinə kimi hər kəsin yeni ilini təbrik edirəm. Hər kəsə can sağlığı, xoşbəxtlik və çoxlu pul arzu edirəm. 2015 ci ildə hər kəsin xəyalları gerçək olsun inşAllah. Şaxta babadan da hər ildə var olmasını istəyirəm, ondan başqa şey istəyə bilmərəm. Çünki, mən hər şeyimi, arzularımı, istəklərimi Allahımdan istəyirəm.



yusif♥esnad
mənim ilk arzum sağlamlıgımdı... bu il o qədər həkimə getmişəm ki bezmişəm, yenə min şükür bu günümə... 2ci arzum yoldaşımın dövlət işinə girməsidir... 3arzum 2ci dəfə ana olmağımdır... o qədər arzum var ki,  arzudan arzu yaranır...Allah bizi arzularımıza çatdırsın... amiiin



Anuka
Bu yeni ildə nə istəyərəm eee... bəbiş istəyirəm eee))) Xoşbəxtlik, yaxınlarıma can sağlığı, aşkımın yanımda olmasını, bütün yaxınlarımın, dostlarımın arzularına çatmasını mənim də həmçinin))) Ailə xoşbəxtliyi mənə və bütün sevənlərə)))



Zeynus
Şaxta babadan istəyim: Şaxta babadan çox şey istəməyəcəm, çünki mənim istəklərimi o verə bilməz. Lakin şaxta babadan bir istəyim var...  2015-də gəlib evimizə oğlumu sevindirməyini və ona çoxlu biri birindən gözəl və keyfiyyətli oyuncaqlar gətirməyini istəyirəm. Və balamla çoxlu vaxt keçirtsin



guler19
Hər yeni il təzələnən ümidlərin, çoxalan sevgilərin xəbərçisidir.  2015 ili də belə olsun. Qadınlar. biz bacılarıma istədikləri hər şeyin hər bir arzunun gerçəkləşməsini arzu edirəm. İnşALLAH bu yeni ildə hamının qazanı dolu çaydanları isti olar. Yeni ildə bütün insanlara həyatı sevə bilmək sevgini qaçırmamaq kaşki deməmək üçün və onları gerçəkləşdirəcək zaman xoşbəxt illər arzu edirəm.
Şaxta babadan da istəyim ailəmin sevdiklərimin həyat yoldaşımın həmişə uca REBBİMİN köməkliyi ilə başımın üstündən əskiy etməsin hər zaman yanımda olsunlar və ürəyimdə bir arzum var inşALLAH o arzum tez bir zamanda ALLAHın köməkliyi ilə gerçək olmasını isteyirım amin.Bu qədər. Çox sağol canım RƏBBİM sənin iki gül balanı qorusun. Onları uzun ömür can sağlığı ilə böyüdəsən inşALLAH sizində ürəyinizdə nə arzularınız varsa çin olsun amin...
(səs: 3)
Şərhlər: 18
Baxılıb: 5 612
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri