Niyə məhz Qadınlar.biz? (1-ci hissə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 18
Baxılıb: 3 511
Səs ver:
(səs: 8)
Menim balam                                           
Bu saytı çox bəyənirəm və çox faydalı məsləhətlər öyrənirəm. Bura ilk dəfə başqa niklə daxil olmuşdum.Həkim kollektivinə sual verdim, bir müddət oldu sayta daxil ola bilmədim, parolu unutmuşdum. Mən də yeni parol açdım və bura daxil oldum.Sizə də təşəkkür edirəm ki,Qadinlar.Biz ilə bağlı menim fikirlərimi öyrəndiniz.Var olsun Qadınlar.biz !

Aysel Tatli
Qadınlar.biz haqqında fikirlərim çox ela.Bu saytda bütün bölmələrdən istifadə edirəm.İslamı bölmələri çox bəyənirəm.Duaları oxuyuram.Qadınlar.biz əsl qadın saytıdır ki,sevgili gündəliklə ürəyimizdəkiləri bölüşürük.Yaxşı ki varsan qadınlar.biz!

Zuxa
Dəqiq yadımda deyil deyəsən fallara baxmaq üçün girmişdim bu sayta.Sonra şərhləri filan oxudum və qeydiyyatdan keçdim.Bu saytdan cox xoşum gəlir.Yaxşı ki biz xanimlar variq ki,bu saytı yaradıblar.Təşəkkürlər Qadınlar.biz!

Gulu_Qezi
Salam.Sayta Gəlməyim ilk dəfə ginekoloqa görə olub.
Googledən ginekoloqa sual yazırdım və gördüm ki qadınlar biz açıldı.Düzü ilk vaxtlar yoldaşım icazə vermirdi üzv olam.Sonralar özü izlədi və gördü ki həqiqətən bura yalnız qadınlar üçün nəzərdə tutulub.Sonra üzv oldum.01.05.2014 dən burda üzvəm.Və bundan da çox şadam.Bura mənə çox doğmadır.Burada bir gün olmayanda elə bil nə isə çatmır.Getdikcə daha çox bağlanıram bura.Artıq yoldaşım buraya görə məni qısqanır.Burada özümə çox yaxın rəfiqələr tapdım.Onları çox istəyirəm.Çox sağ olsunlar.Mənə hər zaman mənəvi kömək ediblər.Yeri gələndə mən onlara məsləhət vermişəm yeri də gələndə onlar mənə.Artıq bəzi bacılarımla əlaqələrimizi reala keçirmişik.Canlarım mənim,sizləri çox istəyirəm.Buranin idarəçilərinə təşəkkür edirəm ki belə bir sayt yaradıblar.

Emis
Hə deməli belə....Saytımızı bürclrə baxarkən tapdım. Hardasa 1 ay qeydiyyatsız girdim.Daxil ola bilmirdim.Sonra qeydiyyatdan keçdim.Yaxşı ki də keçmişəm. Çox şey öyrəndim saytımızdan.Hələ də öyrənirəm. Saytimızda ən çox gülməli xəbərləri bəyənirəm. Bir də gozəllik olan bölməni, yarışmaları və sağlamlıq olan bölməni çox izləyirəm,çox məlumatlanıram. Saytımızda ən çox qızlarla yazışmağı sevirəm.Hər dəfə bura daxil olanda ən azi 3-4 dənə mesajim olur oxunmamış. Bax belə...Saytımızdan çox məmnunam.Yaxşı ki tapmışam və qeydiyyatdan keçmişəm...

Türkan Abbasova
Salam.Mən çox qadın saytlarına baxdım amma sonda gördüm ki, 'Qadinlar.biz' saytı hamısından fərqlənir.Bu saytda hər gün çoxlu yeni xəbərlər yayımlanır.Yəni saytdan bezmirəm.Əksinə daha çox bağlanıram.Sonra bu saytda userlərin hüquqlarının qorunduğunu gördüm.Hər bir userin ayrı-ayrılıqda fikirlərinə önəm verilir,hər birinin sualı vaxtlı-vaxtında cavablanır.Ən əsası bu saytda özümə real həyatdan da çox dost tapdım.Hamısı çox səmimi və mehriban insanlardır.Yəni bütünlükdə bu sayt sanki sosial aləmdəki ailəm oldu.Və istəyirəm ki,yeni ailəm 'Qadinlar.biz' daha da irəliyə getsin və ailəmiz daha da böyüsün.Saytdakı bütün qızlarımıza ve adminlərimizə çoxlu-çoxlu uğurlar diləyirəm.

Melek19
Mən bu saytı çox bəyənirəm .Əsas da məhz qadınlar olduğu üçün .Burada çox məlumat və şou xəbərlərini izləyirəm . Burada ilk gəlişim, moda ilə bağlı olub.Bir müddət qeydiyyatsız izlədim sonra daxil oldum .Təşəkkür edirəm ki, mənim fikirlərimi öyrəndiniz.Yaşasın Qadınlar.biz!
(səs: 8)
Şərhlər: 18
Baxılıb: 3 511
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri