Qadınlar.biz əhlinın məşğuliyyəti (1 hissə)

Müəllif: Qlamurr
Şərhlər: 42
Baxılıb: 1535
Paylaş:
Səs ver:
(səs: 5)
Əziz Qadınlar.Biz saytının qızları bu dəfə sizləri xanımlarımızın məşğuliyyəti ilə tanış edəciyik.Düşünürəm ki,hamınız üçün maraqlı olacaq......növbəti xəbərdə olmq istəyənlər ,mənə şəxsiyə yaza bilərlər....
 
Arzum-Aysum- Məni tanıyan və tanımayan qızlar haaamınıza salamlar.İşləməyi çox istəsəm də hələ ki,uşaqlar balacadı deyə işləməyə imkanım yoxdu.Öz sənətim alman dili müəlliməsidi.Ancaq ixtisasım üzrə heç işləməmişəm.Əvvəllər 5 il Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının kadrlar şöbəsində kadr üzrə müfəttiş işləmişəm.İşim çətin və məsuliyyətli olsa da çox sevirdim.3000 işçi ilə işləmək asan deyildi.Ancaq maraqlı idi.İşə qəbul olunan,azad olunan,məzuniyyət verilməsi,vəzifənin dəyişməsi,əmrlərin yazılması və.s..Ufff yazdıqca çoxx darıxdım.İnşallah yenə nə vaxtsa işləsəm kadr müfəttişi işləməyi çox istərdim...
 
Miss_Oxatan-Mənim ixtisasım ingilis dili müəlliməsidir.Öz ixtisasım üzrə işləməyi çox istəyirəm,ancaq qismət olmuyub.Tələbəliyi bitirəndən sonra çox baş vurdum ki,müəllimə işləyim alınmadı.Çünki işə düzəlmək üçün pul versəydim ,onda gərək 15 il verəcəkləri maaşa işləyərdim.həm o zamanlar subay idim,dedim ki qismətdir,ailəmi xərcə salsaydım başqa yerə qismətim açılardı 01,pul batardı.O üzdən dedim işaxtarım  çünki,işsiz dayana bilən insan deyiləm.Şəkidə Atçılıq Turizm mərkəzində işə başladım.Əvvəlcə idarə işlərini öyrənmək üçün türklər demişkən elemanlıq yapdım.Sonra turizm üzrə baş mütəxxəsis vəzifəsinə təyin edildim.3 il işlədim ,sonra müdir dəyişdi,ixtisarlar başladı,məndə ixtisara düşməyi özümə sığışdırmadığımdan işdən çıxdım.Bir neçə aydan sonra Rusiyaya gəldim.Burda xalamgilin şəxsi maqazinləri var ,işlətməyi öyrətdilər.4 il olacaq ki,burda işləyir,ailəvi maqazinləri idarə edirik,eyni zamanda da rivizya işinə baxıram.Bir sözlə ixtisasımla işlədiyim işlər arasında dağ-dərə qədər fərq var....
 
Wiyinka-Tibb kollecində əczaçılıq üzrə təhsil alıram,hələki işləmirəm,bitirdikdən sonra imkan olsa işləyəcəm.
 
Fialka-Universiteti bu il bitirmişəm hələki işləmirəm,inşallah qismət olsa işləyərəm..
 
Ece Uslu-AMİ-nin tarix fakultəsini bitirmişəm,ixtisasım üzrə işləmirəm,hazırda sığorta şirkətində mühasib işləyirəm.Artıq 3 ildi ki,burda işləyirəm,düzü əvvəllər sevməsəm də indi işimi çox sevirəm .İlk iş yerim isə gözəllik salonunda adminstrator olub,6 ay işləmişəm,ilk məvacibim 50 manat olub...
 
Sona-Demək hal-hazırda işləmirəm .Evdar qızam) amma 2 il bundan qabağa kimi Azərcelldə işləyirdim.Kompyuterdə Azərcell nömrələrinin satışı ilə bağlı siyahı tərtib edirdim.İşimi hədsiz çox istəyirdim,baxmayaraq ki yorucu iş idi.Kollektiv də gözəl idi.Nişanlandıq və nişanlım işdən çıxartdı(onun can sağ olsun).Hal-hazırdakı və bundan sonrakı işim ev işləridi..
 
Svetoklana-Mən təzəlikcə BDU-ni bitirmişəm...hal-hazırda magistraturada təhsilimi davam etdirirəm).Demək olar ki,bu günə qədər heç bir xüsusi işlə məşğul olmamışam ,olsam da müvəqqəti olub(ömrü 2-3 ay davam edib),sadəcəbir dəfə dayəlik etmişəm...)o isə xahiş,minnətlə...
 
Gulu-Qezi-Ailə qurmamışdan əvvəl özəl xəstəxanada tibb bacısı işləmişəm,öz işimi sevirdim.həmişə düşünürdüm ki,heç vaxt sənətimi atmaram,amma bir söz var ee heç vaxt ,heç vaxt demə,elə olduki yoldaşımla ailə qurmağa qərar verdim,işdən çıxdım.1 ildiki işləmirəm,evdar xanımam)) bir sözlə sənətimi,işimi ailəmə qurban verdim.Çox istərdim ki,işləyim,amma heç inanmıram ki nə vaxtsa yoldaşım icazə verə,nə demək olar qismət.Təki Allahım ona halallıqla qazanc yetirsin,mənimdə işləməyə ehtiyacım olmasın....((Amin bacı))

loading...
(səs: 5)
Şərhlər: 42
Baxılıb: 1535
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
her biri qiz oz isdediyi ish elde etsin
15 mart 2015 02:14
42
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Miss_Oxatan
Allah hamimizin komeyi olsun ixtisasimiz uzre iwleye bilek InwAllah.sagol a baji menide unutmadin
27 yanvar 2015 17:38
41
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Online
adsiz-a
cox maraqli layihede uqurlar
27 yanvar 2015 15:17
40
Offline
Sara035
Lahiye super07fialkamin oxudugunu bilmirdim nece dostam:das_mini:
27 yanvar 2015 15:07
39
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
Offline
tek umidim sen
Cox maraqli oldu bu xeber,tesekkurler
27 yanvar 2015 14:40
38
Ne mutlu TÜRK'üm diyene!...
Offline
lelos
maraqli layihedi uqurlar
26 yanvar 2015 21:43
37
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
Qlamurr
Sitat: Humka1
Kiz beni neden almamissin layiheye?Nece deyerler heyqi bu layiheyeye qatilmaq ucun ne etmek lazimdir?

Super layihedir.

Siz layihəyə qatılmaq üçün mənə şəxsiyə yazın...
26 yanvar 2015 19:50
36
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Little girl
Kiz beni neden almamissin layiheye?Nece deyerler heyqi bu layiheyeye qatilmaq ucun ne etmek lazimdir?

Super layihedir.
26 yanvar 2015 19:37
35
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
Offline
Chalikushu
Yeni layihenizi tebrik edirem uğurlu alınıb
26 yanvar 2015 16:08
34
men ne vaxt boyudum ki qelbler qirdim(
Offline
efsane..
maraqli alinib
26 yanvar 2015 11:25
33
Offline
ayshen
qesheng layihedi. beyendim.. Teshekkurler muellife..
P.s.. Coxlu muellimelerimiz varmish ki..)
26 yanvar 2015 08:55
32

Xoşbəxt qadınlar ən Gözəl qadınlardır....
Offline
pozitiv
Cox gozel layihedi baci......ugurlar arzulayiram
26 yanvar 2015 02:22
31
Saxta insanlara konlunu versen,orjinal acilar yasayarsan...
Offline
neri
maragli lahiyedi men varlida olsam islemeyi hecneye deyismerem cunki insanin islemesi kimi gozel sey yoxdu mence
26 yanvar 2015 01:23
30
Sert
Offline
ismayilova ulker
Çox maraqlı layihədi. Çox bəyəndim. Qızlarıda lap yaxından tanıdıq. Təşəkkürlər.
25 yanvar 2015 21:46
29
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Offline
lili)
mende cox isdeyirdim tehsil alim ama alinmadi aile qurdum deye sonrada hazirlasdimki imtahan verim qaynatam qoymadiki olmaz neyse butun hayalim suya dusdu ciyy neyse insallah usaqlarimi oxudacam axira qederde arxalarinda duracamki ali tehsilli olsunlar
25 yanvar 2015 21:12
28
Offline
Qlamurr
Layihənə bəyəndiyinizə görə sevindim...davamı olacaq inşallah qızlarımızın həyatda,təhsildə qazandıqları uğurları sizlərlə bölüşəciyik....iştirak etmək istəyənlər buyurub mənə yaza bilərlər....
25 yanvar 2015 20:52
27
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Wiyinka
Cox tesufki istediyim ixtisas uzre tehsil almiram,icaze vermediler.Jurnalistika uzre tehsil almag,televizya kanallarinda muxbir,tok wou aparicisi olmag isteyirdim, uwaqliqan cox boyuk arzum idi qismet olmadi,atamin arzusun yerine yetirdim..
25 yanvar 2015 20:48
26
Offline
ayka
oo maraqli idi
25 yanvar 2015 19:55
25
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Offline
KRALİCEM
Cox gozel lahiedi
25 yanvar 2015 19:32
24
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Offline
medine yusif
Maraqli layihedi.cox beyendim.wad oldum bacilarimi daha da yaxindan tanimaga.
25 yanvar 2015 19:12
23
Olacaqsansa ya ucurum ol ya dag.ne icine duwe bilsinler e tepene cixa bilsinler.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook