Qadınlar.biz əhlinin məşğuliyyəti (2 hissə)

Müəllif: Qlamurr
Şərhlər: 17
Baxılıb: 3 151
Səs ver:
(səs: 4)
Əziz Qadınlar.biz saytının qızları bu dəfə sizləri xanımlarımızın məşğuliyyəti ilə tanış edəciyik.Düşünürəm ki,hamınız üçün maraqlı olacaq......Növbəti hissədə olmaq istəyənlər,şəxsi ismarıcla mənə yaza bilərlər...
 
Canr-Mən orta məktəbi bitirdikdən sonra ali təhsil almaq istədim.Lalin qəbul ola bilmədim.Bir saç ustasının yanında şagirdliyə başladım.Bu sənətə həvəsim çox olduğundan çox qısa zamanda hər şeyi öyrəndim,demək olar.Əl qabiliyyətim yaxşı olduğuna görə ustam mənə yanında işləməyi təklif etdi.Bir müddət orda işlədim.Sonra özümə şəxsi salon açdım.Bacımı da öyrətdim.Bir neçə də usta götürüb birlikdə işlədik.Yaxşı da pul qazanırdım.Sonra sevdiyimlə nişanlandıq və sevdiyim işdən uzaqlaşdım.Amma peşman deyiləm.Çünki indi ailəmə,uşaqlarıma qulluq edirəm.Bu mənə yetər.Şükür Allaha.
 
APsha-Həə deməli belə 2009-cu ildə ADPU-nun riyaziyyat və informatika fakültəsinə yüksək balla qəbul oldum.2013-cü ildə bitirdim.Elə həmin il imtahan verib öz yaşadığım rayonda riyaziyyat və informatika müəllimi işləməyə baçladım və hələ də işləyirəm.Amma mən 3-cü kursdan riyaziyyatdan repititor kimi çalışmışam və hələ də davam edir.Dərsdən sonra uşaq hazırlıyıram,yəni bildiyiniz iş saatım axşama kimi davam edir.Artıq 3-cü ildir ki magistraturaya sənəd verəcəm(iki il kompyuter elmləri fakültəsinə daxil olmuşam,lakin ailə vəziyyətinə görə oxumaq qismət olmuyub) inşallah bu il Allah qismət eləsə oxumağa qərarlıyam.Magistraturanı bitirsəm ali məktəbdə informatika kafedrasında qalaraq seminar müəllimi olmaq istəyirəm.İşləməkdən bezmirəm və yorulmuram.Allah qismət eləsin elə həmişə işləyim.
 
Remse-Mən evdar xanımam heç bir yerdə işləməmişəm,çünki 9-cü sinfi bitirdikdən sonra ailə qurmuşam.Amma çox istərdim ki oxuyum.Çünki yaxşı oxuyurdum,sinif nümayəndəsi idim.Amma onu da bilirəm ki,onsuzda institut oxusaydımsa da yoldaşım məni işləməyə qoymayacaqdı.
 
Melissa-Mən əvvəllər Rusiyada oxuyurdum...2-ci kursdan sevib evləndiyim üçün gəldim Azərbaycana ...universiteti orda dondurdum,indi çalıırıq ki,perevod edək ,görəkdə inşallah yaxşı olar))İndi hal-hazırda bekarçılıqdı.Evdə otururam ,qızıma baxıram,yəni hal-hazırda nə işləmirəm,nə də ki,oxumuram))İnşallah işim alınsa sentyabrdan mən işləyəcəm,qızımı da bağçaya qoyacam...
 
Mədinə Yusif-Deməli belə mən  illik orta təhsilimi bitirdikdən sonra valideyinlərimin istəyi ilə kollecə sənəd verib kollec üçün olan yüksək balı yığdım və ADPK-nə daxil oldum.Amma ki,urəyimdə universitet sevdası bitmək bilmirdi.Mən istəyirdim ki,UNİ-yə sənəd verim,amma ki qismət olmadı. :24:Türklər demiş takdir ilahi.Elə birinci kursda gözüm açılmamış  :hahahah:nişanlandım.İkincikursda ailə həyatı qurdum.Ailə həyatı qurdum ,təhsil həyatımı yıxdım,dərsədə ara-sıra getdim.Axırıncı kursda Yusifim :laylay: dünyaya gəldi.Mən uzaqgörən insanam,belə baxıram ki,o diplom elə suvinir kimi qalacaq :122:  Çünki yoldaşım qadının işləməyinin qəti əleyhinədi.Bunlarıda bilirəm ki,ərə gələndə  :girl_in_love:sevgi gözümü kor etdi.Təhsil, kariyera yaddan çıxdı.Sağollaşdım birdəfəlik.Amma ki,yenədə ürəyimdə bir ümid var ki,inşallah nə vaxtsa məndə bu ölkənin yararlı,savadlı,sevimli müəllimlərindən biri olacam. :128:
 
Nemo-Mən də Universitetdə oxuyuram(Dil və ədəbiyyat müəllimliyi,Türk dili üzrə).Amma bu fakültəynən harda iş tapacam bilmirəm.Bu ixtisasa təsadüfən düşdüm,ən axırda yazdım ki,düşmərəm .İnşallah 1 ilə məzun olacam çox güman ki,ixtisasım üzrə işləmiyəcəm..
(səs: 4)
Şərhlər: 17
Baxılıb: 3 151
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri