Qadınlar.biz-dən Arzum-Aysum-un ilk qazancı (6. hissə)

Müəllif: Qlamurr
Şərhlər: 16
Baxılıb: 2 140
Səs ver:
(səs: 4)
Əziz Qadınlar.biz saytının şirin-şəkər,sadə,mehriban,təvazökar qızları....Bu dəfə düşündüm və maraqlı olacaq bir layihə hazırlamaq qərarına gəldim.....İnanıram ki ,mənim kimi sizə də maraqlı olacaq ki,qızlarımızın ilk qazancı nə qədər olub...
 Buyurun qızlar ilk qazancınız nə qədər olub və nəyə xərcləmisiniz?
 Bu dəfəki iştirakçımız canım "Arzum-Aysum" nikli userimiz Türkan olacaq.İlk qazancı haqqında bizə məlumat verəcək.Növbəti xəbərdə olmaq istəyənlər buyurub şəxsi ismarıcla mənə yaza bilərlər.
 
 
"Bu da mənim ilk qazanclm İnsanın ilk qazancı çox şirin olur və heç vaxt yaddan çıxmır. Çünki illərlə ata ana himayəsindən sonra özün əziyət çəkib qazanırsan. Eziyətinin bəhrəsin görəndə sevincdən uçursan. Mənim ilk qazancım 2005-ci ildə noyabr ayında səhv etmirəmsə Prezident seçkiləri vaxti olmuşdu. Həmin il seçkilərdə exitpol sistemini ilk dəfə tətbiq etmişdilər. Emim oğlu orda tərcüməçi kimi işə düzəlmişdi. Zəng elədi ki, exitpol blanklarını doldurmaq üçün kompyuter və xarici bilən axtarırlar. İstəyirsən gəl. Getdim. Seçkilər bitəndən sonra axşam saat 10dan səhər ona qədər. Saatına 10$ verirdilər. Türkün məsəli gecəyə 120$ qazandım. Lap "Ehmed hardadı" filmi yadıma düşdü. Deyir "öz zəhmətimin bəhrəsidi" :122: yəni gecə səhərə qədər exitpol səs vermə blanklarını kompyuterə köçürdüm. Tək deyildim, hardasa qızlı oğlanlı 9-10 nəfər idik. Yekə yekə hər yerdə danışırdım :-) təvazökarlıqdan kənar :122: pulun hamısın mamaya verdim"

Qazancınızın bol olması diləyi ilə Qlamurr.
(səs: 4)
Şərhlər: 16
Baxılıb: 2 140
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri