Həyat yoldaşi ilə ilk tanış olan günlərini bizimlə bölüşən Miss-Oxatan

Müəllif: Mr. OffiCeR
Şərhlər: 17
Baxılıb: 3 154
Səs ver:
(səs: 7)
Salam Qadınlar.Biz Ailəsi ilk xəbərimlə sizində fikrinizi örgənməy üçün gəldim və ilk yeni maraqlı xəbərimlə.Deməli belə isdədim xəbərimi sevgi üzərində hazırlayam sizlər sevgilinizlə nişanlınızla həyat yoldaşınızla ilk necə tanış olmusuz sizdə mənim kimi bölüşün ilk mən öz tanışlığıı yazıram kim isdəsə mənə şəxsidə yazar xəbər qismində hazıırlayaram..Həyat yoldaşı ilə ilk tanış olan günlərini bizimlə bölüşən Miss-Oxatan olacaq..  

"Mən ilk dəfə həyat yoldaşımı görəndə çox gülmüşdüm)))Deməli,bir neçə il əvvəl qardaşımın işi ilə əlaqədar onunla Rusiyaya getmişdik.Orada xalamgilin maqazinləri var.Evdə darixmayaq deyə bizi apardilar maqazinə.Maqzinlərin birinidə kocam işlədirdi.Xalamla da orda tanış olmuşdular.Xalamla bir birini elə çox istəyirdilər ki,çox insanlar,onları ana bala bilirdi,hələdə belə bilənlər var.Buna görədə bəzi "ağzı göyçəklər" deyir ki,ona baxeee 25yaşı kecmişdi,xalası kişi tapdi getdi 126 yalansa daş təpənizə bookiz Nəysə,Bir az keçdi o gəldi.Salamlaşdıq.İlk dəfəydi həyatda üz üzə gəlirdik.Ancaq çox əsəbiydi,satıcılardan biri götürdüyünü yerinə qoymazdı,yenə də elə ol muşdu.Bu isə deyinirdi,ancaq elə gülməli görünürdü ki,özümü saxlıyammırdım))))eyni zamanda da qorxurdum deyirdim ilk dəfədi görürəm nə bilim nətər xasiyyətdədi güldüyümü görər kobudluq edər.Bir təhər sıxdım özümü.Hətta bir neçə gün gülmüşdüm 23 Biz orda 4ay kimi qaldiq sonra qayitdiq vətənə.Bu 4ay müddətində akazımıçka bu mənə göz qoyubmuş 09 Mən orda qaldığım bu 4ayda neçə neçə gəlin tanıdım hamısı ər xəyanətinə məruz qalmış,üstəlik qapıdan bayira həsrət qalmış qadınıar idi.Özləri demiş ayrılmaq üçün övladları əl ayağına dolaşır.Ona görə də həmişə deyirdim ki xalamla və hamı ilə söhbətdə evdə qalaram ama rusetdə yaşıyana getmərəm 23 belə yerdə deyirlər e əsla əsla demə 126 Nə isə gəldim vətənə bir neçə ay qaldım,bu muddətdə kocam xalama fikrini deyər xalam da deyər ki o heç vaxt burda yaşıyana getməz deyir.Bir neçə aydan xalamgil işləri böyütmüşdür,tək idi,xalam 30 ildir ailəlidir ama övladı olmayıb.o üzdən mənə təklif elədilər ki,gəlim nətər deyərlər baş-başa verək işləyək.Ailədə məsləhət-məşvərətlə getdim.Örgətdilər işlədim.Artıq onunla iş yoldaşı idik.Bu sırada istər-istəməz tanıyırsan xasiyyətə bələd olursan.Görürdüm ki,bu insan fərqlidir.Orada bir nəfər yaşıyırdı,heç kimin xoşu gəlməzdi,ailəsinə xəyanətdə rekord vurmuşdu.Bir gün işə gəldim,mənim gəldiyimdən bixəbər idi.Bir başqa Azərbaycanlıyla həmin bu insan haqda danışırdılar.Kocam onda bu sözü dedi onda onun həqiqətəndə fərqli olduğunu bildim.Deyirdi ki,Yaxşı kişi evinə,ailəsinin üstünə işdən gələr,ailə müqəddəs ocaqdır ora exlaqsız yerdən gəlib mundarlamazlar.Hətta sevmədiyin qadına da etməzlər,nolsun ki evdə olur görmür neynirsən çöldə Allah ki görür.Mən bunları eşitməyimdən xəbərsiz idi.Mənə çox qəribə gəlmişdi,orda yaşıyan bir oğlanın belə düşünməsi.Sonra xalam mənə dedi ki,bəs onun sənə qarşı belə fikri var.Mən sakit reaksiya verməyimə də xala şok olmuşdu 23 dedim düşünərəm.Bir müddətdən sonra özü mənə dedi,ama romantik olmamışdı.smsdə yazmışdı ki,qohum olacıyıq 23 Onunla romantik anlarimiz çox olub.Mən çooox qısqanciydim indi indi duzəlmişəm.O orda illərdi yaşıyır,qonşu,sinif yoldaş hər gün biri gəlib semimi salamlaşırdı.Ən zəhləm gedən söz Privet sözüdür))))səmimi olanda privet deyirlər axi mende deyirdim o sənin nəyindi ki privet deyir. 23 bir dəfə də bir qiz gəldi sən demə qonşu olublar,privet kak dela o buna bu ona mənim də krışkalarım atdi kovulan qırğın qiyamət,dedi qonşudu dedim qonşu olanda nağarmısız ki belə səmimisiz? hh hətta bu küsülülük neçə gün cəkdi.yeni il ərəfəsiydi maa hədiyyə almışdı,tezdən gəldi ki heç kim olmamış versin bəlkə barışaram dana))))hədiyyəni verəndə nətər əlindən alıb fırıllatdımsa o an maqazinin qapisi açıldı hediyyə pramoy dəydi klentin sifətinə 122 utanmağa utandım 09 ama ta deymişdi nağarmax olar 23 yazıq kişi başa düşdü heşzad demedi.o çıxandan sonra pis oldum başımı qaldırdım ona baxdım cox pis olmuşdu,ürəyim ağrıdı,gözləri dolmuşdu.Özümdən asılı olmadı qəfil qucaqladim onu.o da məni,qulağıma dedi ki,havayı artistlik elemə gündə bir yol bir priveti behane edib men səndən əlçəkən deyiləm neww düzdü o bu cümlə lap o qucaqlaşma səhnəsində qulağıma deyilsə də romantik cümlə olmasa da mənimçün romantik alinmişdi 23
Romantik anlarımız çox olub,hər bir özəl günü mütləq qeyd edirik,hədiyyəsi surprizi və romantik yaxınlaşma uww mütləq olur.onsuzda uzun yazmışam yoxsa bir neçəsini yazardım.Hər zaman xosbext olun canım.."
(səs: 7)
Şərhlər: 17
Baxılıb: 3 154
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri