Qəmli günlərini bizimlə bölüşən remse bacımız

Müəllif: Mr. OffiCeR
Şərhlər: 17
Baxılıb: 3 696
Səs ver:
(səs: 17)
Salam saytımızın şirin şəkər gözəl göyçək xanımları.Yeni layihəmlə qarşınızdayam. Hər kəsin həyatında qəmli günləri olub məndə isdədim ki belə bir layihə hazırlayım kimin həyatında qəmli günlər olub bizimlə bölüşün dahada yaxın olağın deyə hazırladım.
Öz qəmli günlərini bizimlə bölüşən bizimlə paylaşan bizlərə özünü dahada yaxın hiss edib dərdini qəmli günlərindən birini bizimlə bölən ilk userimiz qonağımız Remse bacımız olacaq.  

"Deməli belə qızlar çox fikirləşdim bu haqda yazım yazmayım nəhayət yazmaq qərarına gəldim.Qızımın 2 yaşı olanda qoluna su tökülüb yanmışdı.O anı onun qışqırıqları 6 il keçməsinə rəğmən hələ qulağımdadı.1 ay uşağı bir gündən bir aparırdıq həkimə həkim sarğını açıb dərman vurub artıq dəriləri qayçılayırdılar.Hər dəfəsində də məni də otağa buraxmırdılar.O içəridə qışqırıb məni çağırıb ağlayırdı mən də kaldorda.Köməyə çağırırdı kömək edə bilmirdim.Çox israr elədim həkim bir dəfə məni içəri buraxdı gördüklərim hələ də gözümün qabağındadı.Uşaq 1 ay sisistemlə yaşadı.Düz 1 həftə yemədi içmədi ancaq qızma.Nəhayət ki 2 ay sonra tamamilə sağaldı.Ancaq təəssüfki o yaradan iz qaldı.Keçən il apardıq ki əməliyyat etdirək,maraqlanaq.Ora getdim orda gələnnən sonra 2 gün halım pis oldu.Gördümki orda 1 qız 8 saat idi əməliyyatda idi.Qorxdum.Nəysə fikrimizdən döndük elətdirmədik.Dediyki qoy böyüsün özü razı olanda elətdirərik.Uşağa ürəyim gəlmədi dedim dözə bilmərəm onun əməliyyata girməyinə.Bəzi yaşlı nənələr deyirlərki böyüdükcə heç nə qalamayacaq.Nə bilim inşaalah.Allahıma şükürlər olsunki qızımı bizə bağışladı.İndi 2.ci sinifdə oxuyur.Bunları yazanda məni ağlamağ tutur Məni...Bəzi xoş danışmağı bacarmayanlar isə mənim o acılı günlərimdə deyirdilər ki uşağa baxmadı uşaq yandı.Mən heç kimə qarğış eləmirəm,demirəmki mənə elə deyənlərin başına gəlsin.bu çoox pis şeydi.Allah heç bir ananın övladının başına gətirməsin."
 
 Dilərim allahdan gözəl userlər insanlar heç bir anınızda həyatınızda çətin günləriniz qəmli günləriniz olmasın.Amin İnşallah..
(səs: 17)
Şərhlər: 17
Baxılıb: 3 696
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri