Qəmli günlərini bizimlə bölüşən arzum-aysum bacımız

Müəllif: Mr. OffiCeR
Şərhlər: 22
Baxılıb: 3 522
Səs ver:
(səs: 7)
Salam saytımızın şirin şəkər gözəl göyçək xanımları.Yeni layihəmlə qarşınızdayam. Hər kəsin həyatında qəmli günləri olub məndə isdədim ki belə bir layihə hazırlayım kimin həyatında qəmli günlər olub bizimlə bölüşün dahada yaxın olağın deyə hazırladım.
Öz qəmli günlərini bizimlə bölüşən bizimlə paylaşan bizlərə özünü dahada yaxın hiss edib dərdini qəmli günlərindən birini bizimlə bölən ilk userimiz qonağımız arzum-aysum bacımız olacaq.
 
"Bu həyatı acısıyla şiriniylə yaşamağa məcburuq. Mütləqdir ki, həyatımızın bəzi anları kədərli, bəzi anları isə sevincli olur. Sevincli günlərinizin çox olması diləyi ilə sizlərə yaşadığım bir kədərli anımı yazacam.
Bidənəmlə qovuşmağım çox çətin olub. Çox ağlamışam, üzülmüşəm ancaq Allahımdan ümidimi üzməmişəm. Ancaq bu günlərim indi yazacağım hekayənin yanında kölgədə qalır.
Böyük qızım Arzu vaxtından bir ay əvvəl doğulub. Heç gözləmədiyim bir vaxtda doğuş başladı. Bir az çətin oldu doğuş. Canım qızım oldu ancaq ağlamırdı. O an elə bil dünya başıma uçdu. Gözüm həkimin üzündə qalmışdı. Həkimlər uşağı uzandırdı stola ciyərinə vurmağa başladılar ki, açılsın ciyəri. O an yaşadığım 3-4 dəqiqə keçmək bilmirdi. Keçirdiyim o əzabı sözlə başa sala bilmərəm. Bor ananın balasını itirmək qorxusu dünyadakı ən acı duyğudu. Allah heç bir anaya bu aciyi yaşatmasın. Amin.
dayanmadan Allahıma dua edirdim ki, körpəmə bir şey olmasın. Yoxsa yaşaya bilməzdim mən. Bir tək övladımın səsini eşitdiyim an yadımdadı. Bir də onda ayıldım ki, həkim iki saat yatmaq olmaz ayıl,, deyir. Balamı bələyib gətirmişdilər. Onun o an mənə baxıb gülümsəyən siması ömür boyu xəyalımdan silinməyəcək. Şükür Tanrımın kəramətinə, mərhəmətinə ki, səsimi eşitdi, dualarımı qəbul etdi."

 
Dilərim allahdan gözəl userlər insanlar heç bir anınızda həyatınızda çətin günləriniz qəmli günləriniz olmasın.Amin İnşallah.
(səs: 7)
Şərhlər: 22
Baxılıb: 3 522
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri