Bu günkü dərsimizin sualı:paxıllıq harda bitir və nifrət harda başlayır? (dərs 2)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 012
Səs ver:
(səs: 0)
alt

Dərs 2.Sual:
Sizlərdən kim deyə bilər paxıllıq nədir?

 

Müəllim:

-Paxıllıq xoşbəxtliyin birinci düşmənidir.Bəzilərinə arzularının stimulu kimi görünsə də paxıllığın əsasında özünə hörmətsizlik dayanır.Sən özünü daim başqaları ilə müqayisə edirsən və nəticədə çox rahatsız olursan.Sizlərdən kim deyə bilər paxıllıq nədir?

Uşaqlardan biri:

-Elə bil ki,sənin olan nəyisə əlindən alıblar.Ya da əslində o sənin olmalı idi,amma başqasına verdilər.Bu zəhər kimidir.

-Qızlar bir birinə paxıllıq edir,kimin oğlanı daha qəşəngdir,imkanlıdır,kim daha arıq,daha qəşəng görünür,sacları parlaq,ayaqları uzundur.Kimin arxasınca daha çox oğlan düşür.Ona görə də imkan düşən kimi bir birinin arxasınca danışır,ara vurur,qeybət edirlər.

-Oğlanlar da paxıllıq edir da.Kim məndən daha çox qazandı deyə.Ya da onun maşını,telefonu markadır deyə,ya da o gündə bir qızla fırlanır, mən isə hələ də birinin arxasınca sürünürəm deyə.

Müəllim sinifdəki ağıllı, lakin paxıl tələbəyə:

-Bax sən,nə üçün yoldaşlarını qısqanır, onların etdiklərini pozub mübahisə edirsən? -,deyə soruşdu.
Tələbə, bir müddət düşündükdən sonra dedi :

-Çünki onların məni keçmələrini istəmirəm.Ən yaxşı mən olmalıyam.Bunun nəyi pisdir ki?
Müəllim, masasından qalxdı, əlinə bir parça təbaşir aldı və lövhəyə 15 sm. uzunluğunda bir xətt çəkdi, paxıl tələbəyə baxaraq soruşdu:

-Bu xətti necə qısalda bilərsən? 
Tələbə bir müddət bu xətti araşdırdı, sonra xətti bir çox parçaya bölməklə alınan bir neçə cavab verdi.
Müəllim, cavabları qəbul etmədi və lövhəyə birincidən daha uzun bir xətt çəkdi.
-İndi birinci xətt necə görünür?-, deyə soruşdu.
Tələbə utana utana başını aşağı saldı:

-Daha qısa...

Müəllim də elə  bu cavabı almaq istəyirdi.Üzünü sinfə tutaraq onlara unutmaması lazım olan bu nəsihəti verdi:


- İntellekti və qabiliyyətlərini artıraraq öz cizgini uzatmaq, rəqibinin xəttini bölməyə çalışmandan daha yaxşıdır.


Bu günkü dərsimizin sualı:paxıllıq harda bitir və nifrət harda başlayır?

Ətrafınızda paxıl insanlar çoxdurmu,onlarla necə rəftar edirsiniz?

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 012
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri