Qadınlar.Biz əhli lətifələrdə (2)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 21
Baxılıb: 4 008
Səs ver:
(səs: 9)
İmtahandan bir gün qabaq atası Chuba Chubs :
- Əgər imtahanı verə bilməsən mən sənin atan deyiləm !
Chuba Chubs : Oldu ata.
İmtahandan sonra..
Ata : Qızım verdin imtahanı ?
Chuba Chubs : Bağışlayın dayı, siz kimsiniz ?
:122: :122: :122:
 
Fialka  yanğınsöndürmə idarəsinə zəng edir.
Fialka : Salam qardaş. Mən keçən il 9 sot həyətimdə kartof əkdim, şaxta vurdu, məhsul zay çıxdı.
İdarə işçisi : Ay bacı, siz hara zəng vurmusuz ? Bura yanğınsöndürmə idarəsidi e. Kənd Təsərrüfatı Nazirliyınə müraciət edin. 10 dəqiqə sonra Fialka yenə zəng edir.
Fialka : Hə qardaş, deməli belə. Mən bu il də kartof əkdim, amma inanıram ki, yaxşı çıxacaq. 
İdarə işçisi : Əgər bir də zəng eləsəniz sizi şikayət edəcəm ! 20 dəqiqə sonra Fialka yenidən zeng vurur.
Fialka : Ay qardaş, bir qulaq asın da mənə. Düzü, mənim qonşumun evi yanır, zəng etdim deyim ki, siz o evi söndürməyə gəlib əlinizdə şlank ora-bura qaçanda ehtiyatlı olarsız, kartofları tapdalamıyasız, zayı çıxmasın..
:122: :122: :122:

Uşaq vaxtı bir gün Ayan97 anası ilə avtobusda gedəndə bir kişi Ayan97_yə yaxınlaşıb, ona bir konfet verir. 
Anası deyir : -Qızım, ne deyərlər ?
Ayan97
: Dayı, varsa birini də ver..
:122: :122: :122:

Barbi bir gün rəsm dərsində olur. Müəllimə uşaqlara mələk rəsmini çəkməyi tapşırır və hamı çəkməyə başlayır. Hamı 2 qanadlı mələk şəkli çəkir.
Barbi
isə 3 qanadlı mələk şəkli çəkir.
Müəllimə : Ay Barbi, sən heç 3 qanadlı mələk görmüsən ???
Barbi : Güya siz 2 qanadlı mələk görmüsüz də..
:122: :122: :122:

Mənim balam bir gün narın dənəsini satır. Deyir ki, kim bunu yesə ağıllanacaq.
Bir dayıda gəlir deyir :  - Neçəyədi ?
Mənim balam : 1-i 1 manat. Dayı 3 dənə alır. 1-in yeyib deyir ki, aaa buna 3 manat verdiyimə verib nar alaram, onun içində çoxdu.
Mənim balam
: Gördün, indi ağıllandın..
:122: :122: :122:

lili karvansara qarşısından keçərkən "kirayə dəvə verilir" yazısını görür. Qiymətdə razılaşır və soruşur ki, necə edim ki getsin? Kirayə verən deyir ki, ohh deyəndə yavaş gedir, ohh bee deyəndə qaça-qaça. Amin deyəndə dayanır. lili minir dəvəyə və ohh deyib gedir. Sonra sürəti artırmaq üçün ohh bee deyir. Lilinin xoşuna gəlir bu vəziyyət. Bu anda bir uçuruma yaxınlaşdığını görür, həyəcanlanır saxlamaq üçün bilmir nə desin? Deyir heç olmazsa son duamı edim və dua qurtaranda tam uçurumun kənarına gəlir və Amin deyir. Dəvə də dayanır. Lili dərindən nəfəs almaq üçün ohh deyəndə....)))
:122: :122: :122:
 
Wirin bala 5 yaşında olan  bu günə qədər danışmamışdı. Ailəsi çox narahat idi.
Bir gün səhər yeməyində Wirin bala e "hardadı e bu qənd" deyəndə atası və anası şok olurlar və atası soruşur: - Qızım, bəs bu günə qədər niyə danışmırdın?
Wirin bala cavab verir: - Bu günə qədər hər şey yolunda idi!!!
:122: :122: :122:
 
Fidan Q-ova : Aloo, Bakcelldi ?
Operator : Bəli.
Fidan Q-ova : Siz operatorsuz ?
Operator : Bəli.
Fidan Q-ova : Toyu neçəyə çəkərsiz ?
:122: :122: :122:

Həkim : Sən hər gün idmanla məşğul olmalısan.
Canr : Mən hər gün tennis, qolf, futbol oynayıram.
Həkim : Gündə neçə saat ?
Canr: Telefonun "zaryadka"sı ölənə qədər..
  :122: :122: :122:
(səs: 9)
Şərhlər: 21
Baxılıb: 4 008
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri