Dualarımız səninlədir, əziz bacım...

Müəllif: arzum-aysum
Şərhlər: 14
Baxılıb: 7 292
Səs ver:
(səs: 2)
Qızlar hamınız bura gəlin və dediklərimi yaxşı dinləyin... bilirəm öyrəşmisiz ki, sizlərə həmişə doğum günü, toy, nişan xəbərləri verirəm... amma bu dəfə sizləri bura yığmağımın səbəbi tamam fərqlidir... bu aralar bacılarımızdan birinin bizim dualarımıza çox amma çox ehtiyacı var....
yəqin ki, Gulu-Qezi bacımızı çoxlarınız tanıyırsız.... və ana olacağı günü necə həsrətlə gözlədiyini bilirsiz... bacımız ana olmaq üçün riskli bir əməlliyata girəcək...
 

 
hər birinizdən çox xahiş edirəm... gəlin bacımız üçün dua edək... ürəkdən, bütün qəlbimizlə əməliyyatın uğurlu keçməsini diləyək... uca Allahıma əl açaq və istəyək... istəyək ki, Allah bu gün bizlərin və yaxınlarının duasına, Allahın köməyinə ehtiyacı olan  Gülü Qezi bacımızdan öz köməyini əsirgəməsin...
 
 
 Allahım, bütün qəlbimlə səndən diləyirəm və  istəyirəm ki, bacımıza bu çətin günlərində kömək ol... ümidlə və inamla girdiyi bu əməliyyatı uğurlu keçsin ... və bacımızı tezliklə ana olma xoşbəxtliyi ilə mükafatlandır... bu sonsuz sevinci gözəl bacımıza da yaşat...  sən çarəsizlərin dostu, ümidsizlərin ümid yerisən ey uca Tanrım... sən qullarını sevən və qoruyansan... sənə yalvarıram Ya Rəbbim... sənə uzanan əllərimizi boş geri çevirmə... amin...
 
Dualarımız səninlədir, əziz bacım...
 
Bacım, inşallah tezliklə bizi şad xəbərlə sevindirəcəksən... Allah yar və yardımcın olsun... amin...
(səs: 2)
Şərhlər: 14
Baxılıb: 7 292
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri