Bu gün Su Çərşənbəsidir

Müəllif: arzum-aysum
Şərhlər: 24
Baxılıb: 5 095
Səs ver:
(səs: 4)
Novruz qədim ənənələrə söykənən Azərbaycan dövlətinin milli ünsürlərini özündə birləşdirən əsas bayramlardan biridir. Novruz gəlməmişdən öncə onun ilk carçısı kimi hər həftə ocaqlar qalanır. Bu demək olar ki, 4 həftəni özündə birləşdirir. Yəni ilk yanan ocaq çox vaxt yalançı çərşənbə adlanır. Bəzən bu tonqalı heç insanlar qalamır və nəzəre də almırlar. Ancaq bundan sonrakı hər yanacaq tonqal mühüm əhəmiyyət kəsb edir. Hər insanın qapısında, evinin qarşısında, müasir zamanımızda isə binalarının önündə yandırılır. Bu əsrlərdən bəri Azərbaycan mədəniyyetinin ən bölünməz bir hissəsine çevrilmişdir. Hər yanan ocaq isə özlüyündə bir çərşənbə kimi qeydə alınmışdır. Bu gün mən sizə bu çərşənbələrdən birincisi haqqında məlumat vermək istərdim.
 
 
Bu gün Su Çərşənbəsidir  Bu gün Su Çərşənbəsidir 
 
 Bütün Azərbaycan xalqının təmtaraqlı şəkildə qeyd etdiyi və yandırdığı ilk tonqal su çərşənbəsidir. Su çərşənbəsi qədim zamanlardan "əzəli” çərşənbə də adlanır. Bəlkə də ilk çərşənbənin su kimi adlandırlıması da təsadüfi deyil. Çünki dünyada, insanların həyatında su öz əvəzedilmez rolunu həmişə qoruyur. Su çərşənbəsi günü səhər açılan zamandan etibarən siz bizim ənənlərimizə sadiq qala bilərsiniz. Yəni səhər üzünüzü yuyanda bele həmin günün sizin üçün uğurlu olması barədə dua edin. Bəzən yaz fəslinin gəlişini xəbər verən bu Novruz bayramı ilin başlanğıcı kimi də təqvimə salınır. Yəni elə məhz buna göre də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. Bunu da qeyd etmək yerinə düşərdi ki, su çərşənbəsinin ilk tonqal kimi yandırılması buzların açılması, artıq qışın arxada qalmasının göstəricidsidir. Çünki kiçik çillə artıq öz yerini boz aya verir və havalar atalarımız demişkən "ağara – bozara" düzəlməyə başlayır.
 Su çərşənbəsi günü kənd yerlərində olan qadınlar, qızlar çaya yollanır. Orada çimərək özlərini saflaşdırırlar. Hətta bütün insalar çaya gedərək, yaxud axan suda əllərini, üzlərini yuya bilər və suyun üzərindən atılaraq "ağırlığım – uğurluğum" suya deyə bilərlər. Bu inanca görə onların bütün üzərlərində olan pisliklər həmin suya düşərək məhv olacaqdır və onlar da yeni ilə saf daxil olacaqlar. Su çərşənbəsində stolun üzərində su qoymaq, stolda suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb, tökülərsə həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir. . Hər tonqal yandırılan gün çərşənbəyə düşür və su çərşənbəsində çoxlu sayda "Vəsfihal” adlanan nəğmələr oxunulur.
 Su çərşənbəsində stolun üzərində bir çox şirniyyatlar və yeməklər də qoyulur. Bu hər ilin həmin formada keçməsi üçün əhəmiyyətli rol oynayır. Hətta qadınlar, qızlar su çərşənbəsində birbaşa su ilə bağlı olan fallara da baxırlar. Onlar öz üzüklərini çıxararaq suyun içərisindəki tavaya atır və üzərini də parça ile örtürlər. Daha sonra isə bayatı deməyə başlayırlar. Hər bayatının sonunda tavadan onun içərisinə baxmayaraq bir üzük çıxarılır və hər çıxan üzük sahibinə verilərək eyni ile bayatıdakı kimi bir həyatın onu gözləyəcəyi vurğulanır.
 Su çərşənbəsində baxılan fallardan birinə göre stəkana su doldurub, saçınızdan bir tel qopardaraq ona üzük bağlayıb, suya salıb çıxartmaq lazımdır. Əgər sapa bağlanmış üzük stəkanın kənarlarına neçə dəfə dəyib səs çıxarsa siz həmin yaşda evlilik həyatına qədəm qoyacaqsınız. Xatırladaq ki, üzüyün nişan üzüyü olması daha vacib rol oynayır. Bu başqasının da nişan üzüyü ola bilər.
 Bəzən su çərşənbəsi zamanı qadınlar, qızlar gedib, lal axan su dərələrindən su gətirirlər. 2 iynənin arxasına pambıq bağlayıb, suya buraxmaq lazımdır. Əgər iynələr bir tərəfə getsə deməli sevgililər qovuşacaqlar, əgər ayrı dayansalar deməli ümid yoxdur. Bəzi hallarda isə iynə suda batır bu isə lal vəziyyət adlandırılır. Həmçinin xanımların çoxu bir evə toplaşaraq söhbətləşir və əylənirlər. Kişi ve oğlanlar isə həyətlərdə tonqal işi ile məşğul olub, axşamı səbirsizliklə gözləyirlər. Yandırılan tonqallar uşaqlar tərəfindən xüsusi ilə sevilir və seçilir, çünki bütün bayramlarda olduğu kimi Novruzun da gəlişi balacaların həddsiz sevincinə səbəb olur. Hər məhlədə yandırılan tonqal üçün sanki insanlar yarışa girərək, ən hündürün məhz onlara aid olmasını istəyir və bunun üçün əziyyət çəkirlər. Sonra isə həmin tonqalın üzərindən tullanaraq bütün ağırlıqlarını odda yandırıb, gələn ilə xeyirli çıxmağı istəyirlər. 
 Qeyd edek ki, su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq nişanı kimi vurğulanır, həmçinin övladı olmayan bir qadının başından bu günü qırxaçar qabla su töksən onun övladı dünyaya gələ bilər. Deməli su çərşənbəsi günü hamının həyətində tonqal qalanır və bayram əhval ruhiyyəsinin yaxınlaşdığı nəzərə çatdırılır. Həmin günü insanların bir – birinin üzərinə su atması və yaxud su çiləməsi də uğura işarədir.
 Əlbəttə bu edilən işlərin hamısı qədim inanclara əsasen yerinə yetirilir. Ancaq unutmaq lazım deyil ki, su şəffaflıq, aydınlıq və təmizlik deməkdir. İlk öncə ise suyun həyat mənbəyi olduğunu heç vaxt yaddan çıxarmaq olmaz
 
 
Qızlar, su çərşənbəniz mübarək! İşləriniz su kimi axarlı olsun, bütüüüüüünn problemlərinizi, kədərinizi qəmminizi su yuyub aparsin. Özü ilə ancaq gözəl və sevincli günlər gətirsin. Ümidləriniz çiçəklənsin, gerçək olsun. Amin! Öpürəm hər birinizi...
(səs: 4)
Şərhlər: 24
Baxılıb: 5 095
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri