Bu gün Yel çərşənbəsidir

Müəllif: arzum-aysum
Şərhlər: 13
Baxılıb: 4 444
Səs ver:
(səs: 4)
 Novruz yeni gün deməkdir və yeni ilin başlanğıcıdır. Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir . İnsan, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlarımız da "Ab, atəş, xak, baddan yarandım" deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan. 
 
 Bu gün Yel çərşənbəsidir Bu gün Yel çərşənbəsidir
 

Novruz bayramının üçüncü və bu mərasimlərin içərisində mühüm əhəmiyyət kəsb edən çərşənbələrindən biri də Yel çərşənbəsi adlanır. El arasında qədim zamanlarda bu çərşənbə "Yelli çərşənbə”, "Külək oyadan çərşənbə” və "Heydər” çərşənbəsi kimi də adlanır. Müasir zamanımızda isə Yel çərşənbəsi xalqın arasında Külək çərşənbəsi kimi də çağrılır.

 Əlbəttə yelin insanların düşüncəsində havanın mənasını kəsb edir və insanların həyatın yaranışından etibarən onunla nəfəs aldığını vurğulayır. Lakin bəzən sadəcə yel, külək kimi də mənalandıran tədqiqatçılar olmuşdur. Baharın gəlişi ilə havaların dəyişməsi, durmadan həzin küləklərin və mehlərin olması insan aləmində də müxatəlif dəyişikliklərə yol açır. Xüsusən rayonlarda və kəndlərdə yaşayan insanların əkin – biçinində, onların zəmilərində həzin küləklərin olması torpağın yavaş – yavaş oyanmasına işarədir.

 Xüsusən qeyd edək ki, artıq Novruz bayramına yaxınlaşdıqca havada olan dəyişkənliklər də tam sezilməyə başlanılır. Bu da əkinçilikdə və kənd təsərrüfatı ilə məşğul olan insanların həyatında mühüm rol oynayır. Bayramın gəlişi özünü son çərşənbələrdə daha çox biruzə verməyə başlayır.

 Üçüncü çərşənbə sayılan yel digərlərindən insanlrın fəaliyyətlərinə və adət - ənənələrində əks olunan fərqliliklərə görə seçilir. Məhz bu çərşənbə günü bütün evlərdə təmizlik işlərinə başlanılır. Xüsusən qadınlarımız, qızlarımız evdə tam mənada təmizliyə riayət etməyə başlayırlar. Hər bir xanım evindəki yorğan, döşəyi havaya atır və onun təzə gələn bahar nəfəsilə yenilənməsini, çıxan günəşin təsiri altında daha da təmizlənməsini istəyirlər. Həmçinin evlərdə hər tərəf silinib, təmizlənir, palazlar, xalçalar çırpılır, şüşələr, pəncərələr silinməyə başlanılır. Əlbəttə bu bayramında daha dərin adət - ənənələrini görmək üçün sizi Azərbaycanın müxtəlif bölgələrində bu mərasimləi qeyd etməyə dəvət edirik.

 Bölgələrdə bayramın hər bir elementi özünü daha yaxşı biruzə verir və daha dərindən qeyd edilir. Şəhərdə müəyyən qədər müasirlik və şəraitin az olması baxımından bunlar unudulmuşdur. Lakin həmvətənlərim qədim zamanlardan qalmış bu mədəniyyəti hələ də özlərində saxlamağa çalışırlar. Dünya ölkələrinə nisbətən Azərbaycanda bu bayram daha böyük təntənə ilə keçirilir.

 Bununla yanaşı xanımlar artıq bayramın özü üçün tədarüklər etməyə başlayırlar. Onlar bişirəcəkləri şirniyyatlara lazım olan məmulatları indidən hazırlayırlar. Həmçinin Novruz bayramının ən əsas xoşa gələn tərəflərindən biri də həmin gün ərzində insanların əynindəki paltarların təzə olmasıdır. Keçmiş zamanlarda məhz bu səbəbdən bütün qadınlar parçalar alar və uşaqları, həmçinin evdəki şəxslər üçün müxtəlif paltarlar tikməyə başlayardılar. Çünki onlar bayrama qədər hamının təzə paltarının hazır olmasını istəyirdilər. |qalaktika.com|

 Evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdırlar. Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur. Məhz bu səbəbdən insanlar hər çəşənbə süfrədə şirin məmulatların qoyulması üçün cəhd göstərirlər.

 Ümumiyyətlə isə insanlar yelin yəni küləyin insanlara xoş və şirin təsürratlar gətirəcəyini inanırlar. Yel çərşənbəsində əsən küləklər bir gün ərzində bir neçə dəfə istiqamətini dəyişir. Hətta küləklərin durmadan siti və soyuq olmasına da rast gəlmək mümkündür. Bu da əvvəlki çərşənbə olan Od çərşənbəsində qeyd etdiyimiz Boz ayla əlaqədar olaraq formalaşır. Bu çərşənbə də digərlərində olduğu kimi hamının qapısında, həyətində tonqallar qalanır. Eyni ilə digər çərşənbələrdə olduğu kimi yenə insanlar bu tonqalların üzərindən tullanırlar.

 Xanımlarımızın digər çərşənbələrdə qoyduğu səməni də artıq böyümüş olur. Qeyd edək ki, səməni yaşıllıq, bol – bərəkət, ruzi mənasını özündə birləşdirir. Onun yaşıl rəngdə olması isə baharın, yazın gəlişindən xəbər verir. Həmçinin səməni buğdadan qoyulur bə onun böyüməsi üçün həmişə xanımlar su verirlər. Əlbəttə bayramdan bir müddət əvvəl səməninin qoyulması lazımdır. Artıq yel çərşənbəsində qismən böyümüş səməninin ortasına qırmızı lent bağlanılır. Əlbəttə qədim zamanlardan qırmızı bizim adət - ənənələrimizdə sevinc, ruh yüksəkliyi və xoşbəxtliyin mənasını ifadə etmişdir. Bu bayram da məhz bütün Azərbaycanlılar üçün bu mənanını kəsb edir.

 

 
 
Əziz bacılarım, daha bir çərşənbə gəldi.... Bu deməkdir ki, bayrama lapppp az qalıb... Yel çərşənbəniz mübarək qızlar... Qoy bütün dərd qəminizi, çətinliklərinizi və problrmlərinizi külək özü ilə lapppppppppp yzaqlara aparsın və sizlərə ancaq sevgi, xoşbəxtlik və səadət gətirsin.... süfrələrinizin ruzisi hər zaman bol olsun... qazanlarınız həmişə qaynar olsun.... ocağınız isti olsun.... amin.... öpürəm hamınızı...
(səs: 4)
Şərhlər: 13
Baxılıb: 4 444
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri