Bu gün İlaxır çərşənbədir... qızlar bu gün etdiyim falları oxumaq istəyiriz?....

Müəllif: arzum-aysum
Şərhlər: 18
Baxılıb: 5 371
Səs ver:
(səs: 8)
Mənim gözəl, şirin, şəkər bacılarım... :11: bu ilaxır çərşənbə günü sizləri xoş  gördük... ilk öncə onu qeyd edim ki, bu gözəl, ən sevdiyim bayramı burda sizlərlə birgə keçirmək məni dəhşət dərəcədə çox xoşbəxt edir... :ponpon: mən bura o qədər öyrəşmişəm ki, sizləri o qədər çox sevirəm ki, nəsə əlamətdar bir gün olnada ilk öncə saytımızı, sizləri düşünürəm ki, mütləq təbrik etməliyəm...

 

Artıq hər kəs bu gözəl ilaxır çərşənbəni qeyd etməyə başlayıb yəqin ki... :127: hətta bir çoxlarınızın evində bəlkə də dünəndən hazırlıqlar başlayıb düşünürəm... biz tərəflərdə axır çərşənbə Bayram ədər təmtəraqlı və sevinclə keçirilir... :dancing: hətta deyərdim ki, bayramdan çox bu gün daha əziz gün hesab edilir... niyə?... çünki bu gün bütün qohumlar bir birini ziyarət edir, bayramlaşır... qonşular , yaxın yaşayan qohumlar bir birinə bayram payı ilə dolu xonçalar gondərir... məhz bu gün Novruzun ən gözəl adətlərindən olan papaq atdı olur... yenə bu gün gənc qızlar yığışıb fala baxırlar... :cadu: niyyət edirlər... yəni anlayaçağınız bayramın ən gözəl adət-ənənələri elə bu gün yerinə yetirilir...

 


Deməli hər kəs bilir ki, bu gün çoxxxx dadlı və ləzzətli paxlavalar, şəkərburalar, qoğallar, badamburalar, şəkərparələr, mutakilər, İrəvan və Qarabağ kətələri, hər yerin özünə xas Novruz şirniyyatları ilə xonçalar tutulub süfrələri bəzəyəcək... Səməni belində qırmızı lent Novruz süfrəmizin tacı olacaq... yumurtalar boyanacaq... plovlar, salatlar, dadlı yeməklər də öz yerində... şər qarışan vaxtı tonqallar qalanacaq, :ates: böyükdən kiçiyə hər kəs bu tonqalların ətrafında bayramlaşıb ağırlığım uğurluğum deyib tonqaldan tullanacaq... boyanmış yumurtalar döyüşdürüləcək... və daha nələr nələrrrr....

 

Bütün bunları etmək Novruzun gözəlliyidir... :girl_in_love: Novruzun özəlliyidir...

 

Bundan əvvəlki çərşənbələrdə  :komp: hazırladığım xəbərlərdən fərqli olaraq bu çərşənbə ilə bağlı xəbərimdə keçmişdə yerinə yetirilən adətlərdən, deyil də məhz bu zəmanəmizə qədər qorunub saxlanılan və etməkdən zövq aldığımız adətlərdən yazacam sizə... Mən sizə gənc qızların heç olmasa ömürlərində bir dəfə də olsa həvəslə və maraqla yerinə yetirdikləri Novruz fallarından,  :cadu: özü də şəxsən özüm baxdığım fallardan, onarın nəticələrindən danışım... 

 

Bu gün İlaxır çərşənbədir... qızlar bu gün etdiyim falları oxumaq istəyiriz?....

 

Deməli başlayım ilk dəfə Novruz falı etdiyim gündən... 11ci sinifdə oxuyurdum... yəni artıq məktəbi bitirməyimə və universitetə imtahan verməyimə çox az bir zaman qalmışdı... Axır çərşənbə günü qaş qaralan kimi qulaq falına çıxmaq qərarına gəldim... :kovulan: ürəyimdə niyyət tutdum ki, bu il universitetə qəbul olacam?... və getdim qonşunun qapısına... evlərində çoxlu qonaq var idi və görünür əvvəlcədən nə barədəsə danışırdılar.... elə qapıya yaxınlaşan kimi gördüm qonşumuz deyir ki, Allah qoysa inşallah...  :melek: inanin sevincdən göydə uçurdum... bu sözü, uca Allahın adını eşitmək məni sakitləşdirdi, və bildim ki, inşallah qəbul olacağam... 

 

 


amma rahat durmadım... həmin gün bir fala da baxdım... :cadu: deməli bu fal necədi... yenə universitetə qəbulu ürəyimdə niyyət etdim və boş, həm də bir birindən fərqli üş stəkan götürdüm... verdim adət görməmiş ( yəni mensturasiya olmamış qız)  :miwka: balaca bacıma.... stəkanlardan birini doldurub gətirməli idi... seçdiyim stəkan dolu gəlsə idi niyyətim yerinə yetəcək... əgər yox boş gəlsə idi demək ki, niyyətim yerinə yetməyəcəkdi... həyəcanla gözləyirəm ki, hansını dolduracaq... ahaaaa... gəldi vəəəəəə gördüm ki, mən ürəyimdə tutduğum stəkanı doldurub... :dua:  və beləliklə həmin il Allahımın köməyi ilə universitetə qəbul oldum...

 

 

Sonra universitetin 1ci kursunda oxuyuram, 17 yaşım var... məndən bir yaş böyük bacım və 24 yaşlı qonşu qız buğda falına baxmaq qərarına gəldik... tavanı qoyduq ocağın üstünə qəşəngcə qızdı... sonra hərəmizin adına bir buğda qoyduq .... nə olsa yaxşıdı... qonşu qızın buğdası qoyan kimi hara uçdu bilmədik... bacımın buğdası yerində başladı tullanmağa, hərlənməyə... ya mənim buğdam.... qaldı dəmirin üstündə yandı... yandııııı kül oldu... :hh: yəqin başa düşdüz falın nəticəsini... həmin qonşu qız elə həmin il gəlin köçdü, :toy: bacım həmin il nişanlandı... :urek: və  mənnnnnnnnnnn.... buğdam kimi qaldım yerimdə...  :ciyy: düz onlardan on il sonar gəlin köçdüm...  :122:

 

 

 

Sonra artıq aradan xeyli bayram keçmişdi... yenə qulaq falına çıxım dedim... hardasa 24 - 25 yaşımda olardım... hələ sevdiyim falan , ürəyimə yatan biri yoxdu... niyyət elədim ki, bu il ailə quracam ya yox...  :toy: təbii ki, gənc qızların çoxunun bayramda qulaq falına çıxarkən etdiyi niyyət... :bookiz: getdim bir qonşunun qapısında dayandım... bunlarda da qonaq var idi... yenə nədən söhbət gedirdi bilmirəm, bu söhbətdən mənim eşitdiyim o oldu ki, bu hardadı, gəlməyib... :girl_cray: yəni anlayacağınız həmin il həyatımda heç bir dəyişiklik olmadı... iş... ev... iş... ev....  :hahahah:

 

 

Vəəəə yenə aradan bir iki il keçib... həyatımda bidənəm var... sevirəm ... sevilirəm... amma layihədən də oxuduğunuz qədəri ilə məni vermirlər.... kefim yoxdu... həvəsim yoxdu heç nəyə... :hmmm:   baxdım bacılarım fala baxır... mən də təzə Novruz falı öyrənmişdim... şam ilə, dedim gəlin baxaq... deməli bir kasa götürüb su ilə doldurursan və təzə işlənməmiş bir şam götürürsən... şamı yandırıb başı aşağı suya tutursan, şam yanıb əridikcə suya tökülür və tökülən damcılardan hərif yazılır... etdim və nəticəsi sizcə necə oldu.... :zquestion: bidənəmin baş hərfi çıxdı suyun üzündə,... kocmannnnnn bir R... fikirləşdim ki, inşallah Allahımın köməyi   :ltfen: ilə gələcək yoldaşım bidənəm olacaq...

 

 

 

Vəəə ən son etdiyim Novruz falı... artıq nişanlı idim... amma hələ toyumuz olmamışdı... amma toy tarıxımiz artıq bəlli idi... apreldə inşallah bidənəmlə qovuşacaqdıq... :mucux: çərşənbə günü dedim bir ayaqqabı falına baxım... sağ ayaqqabımı çıxarıb arxası qapıya tərəf durdum və başımın üstündən tulladım... çönüb gördüm ki, nəəəə... ayaqqabım pilləkənin birinci pilləsində ağzı yola düşüb... dedim həəəəə.... demək bu fal da doğrudu...

 

 

 

Həəə... bax belə qızlar... bu da mənim çərşənbələrdə etdiyim fallar... siz də edin... çox marqalı olur...
 
və sonda, əziz bacılarım, hər birinizin bayramını təbrik edirəm... İlaxır çərşənbəniz mübarək! Qoy bu bahar gəlişi ilə evlərinizə bol ruzi bərəkət, sevinc və xoşbəxtlik gətirsin. Can sağlığı, sevgi və səadət gətirsin... bütün arzularınız gerçək olsun.... Tanrı hər şeyin ən gözəlini sizlərə nəsib etsin... amin... öpürəm hamınzı...
(səs: 8)
Şərhlər: 18
Baxılıb: 5 371
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri