Qadınlar.biz'in bayram təbrikləri (1. hissə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 17
Baxılıb: 4 648
Səs ver:
(səs: 6)
Salam əziz Qadınlar.bizin şirin şəkər userləri. Bu dəfə ki xəbərimdə sizlərə Qadınlar.biz bacılarımın təbriklərini; Bu gözəl bayramda ən çox nəyi arzuladıqlarını öyrənəcəyik;    bizə arzularını təbriklərini   biləcəksiz.  Buyurun başlayaq. 
 
           

 
 
ponpon ay mənim əzizlərim, canım bacılarım, sevdiyim bayramı sevdiyim saytımda keçirmək mənə sonsuz sevinc bəxş edir ponpon elə bir sevinc ki, heç bir kəlimə ilə bunu sizlərə çatdıra bilmərəm... sadəcə çox xoşbəxt və sevincli hiss edirəm... 128 artıq iki ildir olduğu kim, bu bayramda başqa bir fərəh dolub qəlbimə.... girl_in_love çünki bu gün doğmalarımla bərabər virtualda da mənim ailəm olan sizləri təbrik etmək və bu günün sevincini sizlərlə bölüşmək imkanım var... bunun üçün komp bu xəbəri hazırlayıb bizə bayramlaşmaq imkanı yaratdığına görə Gülər bacıma sonsuz təşəkkürümü bildirirəm... 22 və başda adminlərim Məmmədov V.C, Məmmədov Anar Və sevimli Signorina xanımımız 20 olmaqla hər birinizin bu gözəl bahar bayramınızı təbrik edirəm.... kivir qoy bu bahar gəlişi ilə hər birinizin evinə bol bol sevinc, love xoşbəxtlik və səadət gətirsin... hər birinizin ocağında qazanlarınız daima qaynar, süfrələriniz bol ruzi bərəkətli olsun... 127mehriban, firafan günlər həyatınızın ayrılmaz hissəsi olsun... və ən əsası bütün bu gözəllikləri ürək dolusu yaşaya bilmək üçün özünüzün və bütün sevdiklərinizin canı daima sağlam olsun... amin... öpürəm mənim canım bacılarım123
 
 
Salam saytımızın gözəl qızları,məni lahiyəsinə dəvət edən canım gülərimə təşəkkürümü bildirirəmmucux
Çox sevdiyim bayramlardan ən birincisi ən özəli deyərdim mənim üçün,Çünki indi əvvəl ki,kimi olmasada o zamanlar qonşular yığışıb evdə bişirilən şirniyyatlar ,birlikdə əziyyət çəkməklə bərabər deyib gülmələr,söhbət etmələr o şirniyyat bişirməyi dahada maraqlı edərdi,bununla bərabər evdə aparılan iməcliklər hərəmizə bir otaq düşərdi o zaman amma mən hələ balaca olduğumdan ancaq şkafların tozunu almaqla kifayətlənirdim,daha sonra mamam onu bunu gətir dediklərini gətirirdim:)Amma indi özüm öz evimin xanımı oldum hər novruz bayramı yaxınlaşdıqca keçmiş günlər yadıma gəlir sizlərə təbrik sözlərimi yazarkəndə bir an o günləri qısada olsa sizlərlə bölüşmək istədim.Saytın gözəlləri sizlərin Novruz bayramını təbrik edirəm,can sağlığı xoşbəxtlik arzu edirəm sizlərə,kimin nə arzu diləyi varsa (Ana olmaq istəyənlər,iş istəyənlər,ailə qurmaq istəyənlər,sevgilisinə qovuşmaq istəyənlər,uniyə girmək istəyənlər,ev istəyənlər )hər birinin arzularının həyata keçməsini diləyirəm rəbbimdən.Düzü belə çox təbrik sözlər yağdırmağı bacarmıram,amma əsas odu şablon sözlər deyil içdən gəlmiş sözlərdi bunlarıda sizlərə arzu etdim.Bir daha bayramınız mübarək Allah rüzi bərəkətli eləsin süfrənizi.
 
 
 
Evvela her kese salam.. Novruz bayramınız mübarek . Arzum budur ki bu bayramda qüsse qeminiz yox olsun küsülüler barışsın en xoş günler sizinle olsun. Bol ruzili bereketli il arzu edirem.
 
 
Canım bacım güler.çox sağol layihende menede yer verdiyin ücün.
Tebriklere geldıkde men saytımızın bütün userlerını admınlerı ürekden tebrik edirem.Arzu ediremki ,heyatiniz yaz fesli kimi rengareng , gözeler etirli olsun
 
 
Salam saytın bütün üzvləri, hər kəsi Novruz bayramı münasibətilə təbrik edirəm , inşAllah hər kəs bu milli bayramı doğmalarıyla birlikdə öz isti evində qeyd etmək nəsib olar. Kimin nə arzu, diləyi varsa xeyirlisiylə gerçək olsun inşAllah. Bir daha hər kəsin bayramı mübarək olsun.
                                                                                          
 
Salam.Müsəlmanların bayramı Novruz bayramınız mübarək.Sizlərə və bizim millətə arzum budur ki,bolluq içində yaşayaq,korluq nədir bilməyək.Müsəlman təqviminə əsasən yeni il Novruz bayramında girir.İnşaallah bu yeni ildə kimin nə arzusu varsa həyata keçər.İnşaallah bu il evi olmayan ev,uşağı olmayana uşaq,ərə getmək istəyənə ər:),uniyə qəbul olmaq istəyənə uniyə qəbul olmaq qismət olar.
         
 
(səs: 6)
Şərhlər: 17
Baxılıb: 4 648
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri