Ad günün mübarək canım bacım

Müəllif: Fi-Ra
Şərhlər: 17
Baxılıb: 7 425
Səs ver:
(səs: 3)
Salam saytımızın dəyərli xanımları :03: Bugün mənim canım bacımın doğum günüdür :zhappy%20birthday: Saytımızın Dudi nikli usəri, mənim isə real həyatda bacım olan Dürdanənin doğum günüdür.
22.07.2002 həmin gün hələ də yadımdadır. Mənim 5 yaşım var idi. O vaxtlar biz indiki uşaqlar kimi yerin altını da üstünü də bilmirdik. Yəni bacımın olacağını bilmirdim. Anamın otağına girəndə çarpayının üstündə bələyə bükülmüş, balaca, qarabuğdayı, şirin bir körpə var idi. Anamdan soruşdum bu kimdi, dedi bacınız. Hər dəfə anam bələyini dəyişəndə o qədər öpürdüm onu. Ən çox da qollarının büküşlərini. Çox istəyirdim bacımı. Di gəl ki, böyüyəndə heç yola geymirdik. Tez-tez dalaşırdıq. Amma soruşsalar ki, ən çox kimin üçün darıxırsan, bacım deyərəm.
Canım bacım, sənə uzun ömür can sağlığı arzu edirəm. Dərslərində uğurlar diləyirəm. İnşallah səsin ali məktəblərdən gəlsin. Gözəl əl bacarığın olan rəsm çəkməyi davam etdirib, gələcəyin məşhur rəssamlarından olasan. Bizim o whatsapp mesajlarımızı əksik olmasın :122: Hər zaman sən mənə Fidiiii, mən də sənə Dudiii yazım :hahahah: Canım mənim səni çox istəyirəm. Keçək hədiyyələrimə.
Bu sənin tortun. Üstünə şam qoyub bir dilək tutub üfləyərsən. Nə arzu tutdunsa həyata keçşin İnşallah.Afiyətlə ye.


Ad günün mübarək canım bacım


Bu sənə bir dəstə gül. Arzum budur həmişə gül kimi təravətli, şux olasan.




Aksesuarları nə qədər sevdiyini bilirəm. Əsasən də üzükləri.









Bu da sırğaların. Gülə-gülə istifadə et




Bir daha doğum günün mübarək. Həmişə bizimlə olmağın diləyiylə təbriklər!
(səs: 3)
Şərhlər: 17
Baxılıb: 7 425
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri