Allaha əmanət ol, canım qardaşım

Müəllif: Fi-Ra
Şərhlər: 11
Baxılıb: 10 304
Səs ver:
(səs: 1)
Salam saytımızın dəyərli xanımları. 3 oktyabr - bugün həm hüzünlü həm də sevincli günümüzdür. Hüzünlüdür ona görə ki, tam 1 il 6 ay qardaşımdan ayrı qalacağıq. Sevinclidir ona görə ki, hər layiqli Azərbaycan övladı kimi qardaşım da əsgər adını qazanıb. Bəli bugün qardaşım əsgər gedir.
Biraz uşaqlıq illərinə qayıtmaq istərdim. Qardaşımı çox sevirəm. Birdənəcik qardaşımdır mənim. Birdəfə bağa getdik. Fındıq sezonunun sonu idi. Ağacda bir- neçə fındıq qalmışdı. Allahyar çıxdı budağa, mən də düz durdum altında. Elə ordan necə yıxıldısa düz düşdü boynuma. Qəşəngcələ oturdu boynumda. O qədər gülmüşük.
Demək babam bütün evi, bağı hamısını qardaşıma vəsiyyət edib. Bir dəfə əlimizdən əsəbiləşdi(3 bacının) dedi qoymuram bağıma sizi. Girib yeməyin meyvələrimi. Qoymadı bizi bağa.
Deyirdi mənə çay süz, deyirdim əlimdə işim var sən süz. Başlayırdı mahnı qoşmağa - mənə çay süz deyə. Axırda gəlib deyirdi- "ölməmişəm az, özüm süzərəm". Mən ondan nə vaxt istəmişəm mənə çay süzürdü. Mən də deyərdim ki, sənin süzdüyün çay daha dadlı olur.
Heç vaxt yadımdan çıxmaz, haramsa ağrayanda gəlib ovxalaydı. Soruşardı gedim dərman alım sənə.
Hə bir də məni çox əsəbləşdirərdi. Saçımı toppuz yığırdım, gəlib toppuzma vurub qaçırdı. Hələ üstəlik siqnal səsi də çıxardırdı.
O qədər gözəl xatirələrimiz var. O biri bacılarımdan çox mənimlə yola gedirdi. Sifətcə də kopya oxşayırıq. Məni görənlər deyir qaqaşına oxşayırsan. Çox istəyirəm qardaşımı.
İki-üç gün əvvəl gəlmişdi bizə. Qızıma deyir Bakı çörəyidi bu (yumuşaqdı deyə). Ondan sonra qızımın adını qoymuşam Bakı çörəyi.
Sərhəd qoşunlarına düşüb. Amma hansı bölgədə olacaq bilinmir. İnşallah sağ-salamat gedib, Vətənə borcunu yerinə yetirib geri qayıdar. Allah bütün əsgərlərimizi qorusun İnşallah. Saytımızın xanımlarından əsgərlikdə yaxını olanlar varsa mən də qatıldım sizin sıranıza)) Əsgər yolu gözləyəcəyik qızlar)) Təki sağ-salamat hamısı geri qayıtsın İnşallah.
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 10 304
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri