2017-ci il.... 2017-ci xəbərim...

Müəllif: arzum-aysum
Şərhlər: 19
Baxılıb: 1 794
Səs ver:
(səs: 0)
Qızlar salam... :03: necəsiz? Ümid edirəm ki, yaxşısız... sözə hardan və necə başlayım bilmirəm... düzü mən 2000-ci xəbərimdə nəsə xüsusi bir xəbər hazırlamağı düşünmüşdüm.... amma bu elə düşüncəmdə də qaldı... :komp: başım elə qaışıb ki, xəbər göndərməyə , bir də onda ayıldım ki, artıq 2000-i keçib xəbər sayım. Sağ olsun Yalnız Arzu nikli bacım, ağlıma qeyri adi bir fikir saldı... 2017 –ci il və 2017-ci xəbər... :11: maraqlı təsadüfdü... deməli, profilimə baxanlar saytda üç il bundan əvvəl qeydiyyatdan keçdiyimi görür... düzü qeydiyyat tarixçəmi də bilənlər var... bilməyənlər üçün qısa deyim ki, saytda qeydiyyatdan keçməyimə bidənəm səbəb olub... :salakpc: necə? ... onunla çox möhkəm dalaşmışdıq :dv: və heççç nəyə marağım və həvəsim yox idi... başımı qatmağa bir məşğuliyyət axtarırdım ki, çox fikir etməyim... :ciyy: fikrim yayınsın.... və bu an qadınlar.biz köməyimə gəldi... qeydiyyatdan keçdim və o gün bu gün artıq 3 ili keçib ki, saytda varam ... ilk günlər az-az şərh yazırdım, sonra xəbər göndərmək həvəsim yarandı... :komp: başladım xəbərlərə rəy yazmağa vəəəə o gün.... aktiv statusu alan günü xəbər göndərdim... Kokostar peçenye... amma xəbərim elə də baxımlı olmamışdı və sərh yazan da az idi, yazanlar da bəyənmədiklərini yazmışdı... :25: çoxxxxx pis olmuşdum... həvəsim ölmüşdü... :girl_cray: amma mən xəbər göndərməkdən zövq alırdım... bəyəndiyim və sevdiyim hər şeyi burdakı qızlarla bölüşmək mənə ayrı xoş gəlirdi... və o gün bu günn... artıq gördüyünüz kimi 2017-ci xəbərimi göndərirəm... inşallah saytımız var olduqca mənim də burda olmaq imkanım olar və xəbərlərimlə saytımıza nəsə vermiş olaram...


ən çox sevə sevə göndərdiyim isə qızlarımızın ad günü, toy günü və s. xoş günlərində onlara süpriz xəbər hazırlayıb sevindirmək idi... :ponpon: amma çox təəssüf ki, bu aralar yaşadıqlarım və ətrafımda olan bəzi insanlar mənim sevincimi alıblar üzümdən... içimdə elə bir boşluq və kədər var ki, beynim çox vaxt öz özümlə danışmaqla məşğul olur... :hmmm: inaşllah ümid edirəm ki, bir gün yenidən əvvəlki sevincim geri qayıdacaq... çünki çox şükür həyatımda sevinməyə və xoşbəxt olmağıma dəyən iki qızım və bidənəm var... atam, anam və bacılarım, onların uşaqları... bax anları düşünəndə ürəyim sevinclə dolur... :girl_in_love: və təbii ki, bir də burda qadınlar.biz-də olan sizlər... mənim canlarım... xəbərlərimə baxdığınız və bəyəndiyiniz üçün çox sağ olun... :22: ilk xəbər göndərdiyim gün heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa qadınlar.biz-də sorğu keçirilən zaman ən zövqlü xəbər müəllifi sualına çoxları arzum-aysum deyəcək... bu da sizin sayənizdə belədi... məni sevir və xəbərlərimi bəyənirsiniz... çox sağ olun... :123: yaxşı ki, sizləri tanımışam canlarım mənim....
(səs: 0)
Şərhlər: 19
Baxılıb: 1 794
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri