Qadınlar.biz qızlarının ilk çərşənbə macəraları....

Müəllif: arzum-aysum
Şərhlər: 17
Baxılıb: 3 281
Səs ver:
(səs: 0)
Səhər açılan kimi, qadınlar.biz qızlarının hamısına bir bir :tel: zəng gəldi. Zəng eliyən arzum-aysum idi. Qızları ilk çərşənbəni birgə qeyd etmək üçün İsmayıllıya dəvət eləyirdi. Birinci Anikvara zəng elədi... Antikvar saçı-başı dolaşıq, :uyku: yuxulu yuxulu telefonu götürdü
-Alooo... eşidirəm... kimdi səhərin bu vaxtı gözümüzü açmamış zəng eliyən
- Ay Antik, deyəsən yarımçıq oyandırdım, hirsləndin?
-Səsini tanımadım, kimdi belə? Bir özünü təqdim elə görüm kimsən?
-Kız , mənəm da, qudan? Hardan tanıyasan eee, bir dəfə qızlarını oğullarıma alacam dedin, heç bir zəng eləyib hal əhval da tutursan ki, bir səsimi də tanıyasan. Yaxşı da, bu qadınlar.biz var, yazışırıq.
-Həəə, ay türkan, tanımadım həqiqətən də. xeyir ola, səhərin bu çağı noolub belə?
- Ay qız, bu gün ilk çərşənbədi axı, fikirləşdim ki, qızları yığım bir tonqalın ətrafına. :29: Nə deyirsən?
- Ay Türkan, belə fikrin varıydı bir neçə gün əvvəl deyərdin də bəs. İndi burdan ora nətər gəlim. Bilet tapa bilmərəm axı.
-Hə vallah, doğru deyirsən, :girl_impossible: heç ağlım kəsməyib ee. İndi qonaqa, ulduz, krisa da eyni şeyi deyəcək vallah.
Antiklə sağollaşandan sonra qonaqaya zəng gəldi. Hal əhval tutandan sonra arzum-aysum qonaqaya fikrini dedi
-Aaaa nə yaxşı fikirləşmisən ay qız. :129: Amma vallah mən yeni evə köçəndən yorğunluğum çıxmayıb. Hamiləlik də bir tərəfdən, çətin bu gün gələm.
Qonaqanın gəlməyəcəyini bilib krisaya zəng elədi, sonra ulduza. Onlar da
-Belə bir təklifi bu gün deyərlər adama?... Hava da qarlı, çovğunlu, bilet tapmaq çətin olacaq – dedilər
Tatyanaynan danışanda yaxşı bir fikir gəldi ağlına
_ Ay Türkan, gələ bilməsək də, biz də burda yığışarıq bir yerə, :telefon: skype-nan zəng eliyib görüntülü danışarıq. Elə dünən anonimlə Barbaris ilk çərşənbədə bizə gəlmək istədiyini dedi.
-Sağ ol eeee, tatyana, ağlınla min yaşa. :dance: Yaxşı fikirləşdin bunu. Onda axşam görüntülü danışıqda görüşənə qədər- deyib sağollaşdırlar.
Sonra bir bir bütün qızlara zəng gəldi, hamı axşam mütləq orda olacağını dedi. Sağollaşan kimi arzum-aysum keçdi mətbəxə ki, axşama dadlı yeməklər bişirsin ki, gələn qonaqlar ac qalmasın.

Qadınlar.biz qızlarının ilk çərşənbə macəraları....


Budu, qızların evində qaça qaç düşdü, :kovulan: hamı axşam İsmayıllıya getmək üçün yır-yığış elədi. Eyni bölgədən olanlar danışıb maşın tutdular ki, bir yerdə getsinlər. Budu BARBİ, sona, guler19, Yalnız-Arzu, Narın Yağış, AGHAYEVA, canr, remse, vipbetul, son bahar, Nurane, baby baku , urek gedib Pure Love-da götürüb çıxdılar yola. Bakı tərəfdə hava yaxşı idi, amma Muğanlıya çatanda yol yaman qar-buz idi. Maşın keçə bilmirdi. Sürüşürdü. Kor peşman düşdülər ki, görsünlər neynəyirlər. Düşəndə gördülər ki, :utancaq2: aziz a, adsiz a, Aysun2014 dayanıblar. Onlar da çıxıblar ki, getsinlər qalıblar belə. Qərara gəldilər ki, hamı minsin bir maşına ağır olsa sürüşməz maşın. Aziz a, adsız a, Aysun2014-də mindi bu maşına, indi də gördülər ki, maşının akkumulyatoru sönüb, xodlanmır. Maşını itələmək lazım idi.
Yalnız Arzu Pure love –a dedi ki - siz adminsiz, doğru çıxmaz maşın itələməyiniz, oturun maşına biz itələyərik.
Sona – ay qızlar, qızıma soyuq olar, :quc: mən düşmürəm, siz itələyin – dedi
Narın Yağış – oyyy, mən yaman üşüyürəm, :usuyen: əlim ayağım donub, siz itələyin
BARBİ – dırnaqlarım qırılar ee qızlar- :pilka: yeni uzatmışam
Vipbetul, baby baku, aleyna si – biz balacayıq , :miwka: gücümüz çatmaz eee, siz itələyin dedilər
Guler19- qızlar mən yeni hamiləyəm, güc etmək olmaz, üzürlü sayın -dedi .
Nəsə, hərə yaxasını bir bəhanə ilə kənara çəkdi. Amma maşallah, :boks: Yalnız Arzu, AGHAYEVA, canr, rəmsə, aziz a, adsiz a yaman güclü imişlər aaa. Maşını nətər itələdilərsə, uçdu ee maşın.



Totu, lili, efsane, lale.veliyeva19 da Gəncədən yola düşdülər ki, axşama gəlib çatsınlar. Amma yolda azıb qaldılar.
Totu sürücüyə - ay şoferrr, sən nətər şofer işləyirsən ki, Gəncədən İsmayıllıya gedən yolu bilmirsən –dedi
Şofer – ay qızlar – vallah bu gün başlamışam işə, :sofor: birinci yolçularım da sizsiz, bir təhər gedib çıxarıq, narahat olmayın –dedi
Lale.veliyeva19 – bes bunu bizə deyərdin dəəəə, qaldıq bu qışın günü yollarda,
Lili – qızlar, narahat olmayın, bu saat telefonda kartaya baxıb yolu taparıq- dedi.
Maşında da peç yox, qızlar bir birinə sıxıldı ki, üşüməsinlər



Efsuw2016, kiraz mevsimci kiz, Fi-Ra, yolda birləşib Quba tərəfdən yol aldılar İsmayıllıya. Maraqlıdı onların başına nə gəldi yolda?... Bakını təzə keçib Bakı-Şamaxı-İsmayıllı yoluna girmişdilər ki, maşının təkəri partladı. Şofer düşüb təkəri düzəltmək istəyirdi ki, maşın qaldıran dəmir :wacko: (danqrat) düşdü əlini əzdi. Qaldılar belə qızlar ki, neyləsinlər. Yolda başqa maşına minmək istədilər, saxlayan olmadı. Əlac qaldı təkəri özlərinin dəyişməsinə. Şofer bunlara təlimat verdi, qızlar da qoların çirmələyib təkər dəyişdilər.
-Efsuw bax aa, danqratı yaxşı bərkit ki, birdən maşın başıma düşər- dedi Fi-Ra
-Ay qız, narahat olma, Efsuş bacı yaxşı bağlayıb işini görrrr- kiraz mevsimçi kiz dilləndi
Fi-Ra – kənarda nə boş boş durmusan, mən təkəri tutmuşam sən də o açarı götür bərkit təkəri- dedi
Həəəə, budur üç gözəl təkəri bərkitdilər bərkitməyinə, amma üz gözləri bütün maşın yağına batmışdı. Nəsə maşına oturub tərpəndilər.


Turkan Abbasova, Cindrella, hazal♡, cənub bölgəsindən olan qızlar da bir yığışıb İsmayıllıya gedən yolu aldılar əllərinə.
Cindrella- ayyy qızlar, deyin maşını saxlasın şofer, ürəyim yaman bulanır, bu saat qaytaracam-dedi
Hazal- offf, bu nedi eeee, yanımda biri qaytaranda mənim də ürəyim bulanır.
Turkan – yaxşı hazal, qızın halı pisdi, sən otur maşında mən onunla düşərəm.
Cindrella bir az hava alıb özünə gəldi, maşına minib yerlərinə oturdular. Bu vaxt hazal dedi ki:
-gör məndə nə var, mandarin, :kro: götür ye , halın düzəlsin
-sağ ol ee, bunu bayaqdan çıxart da bəs- Cindrella tez mandarinləri götürüb yedi.
Türkan – ay hazal, bunu götürəndə çox götürərdin də. Mən də istədim axı
Hazal – yolda alarıq, elə əliboş getmərik həm də
Yol üstü 10 kilo mabdarın aldılar ki, qızlar doyunca yesinlər

Sara035-də evdən çıxıb yol boyu duymecik, Canan götürüb üz tutdu İsmayıllıya. Yolda Qəbələdən keçəndə düşüb çoxlu qar topu oynadılar, :topuver: şəkil çəkdirdilər. Deyəsən bircə bu qızlar rahat gəliblər
Su pərisi, Melek5 də tək tək gəlməli oldular, onlar tərəfdən gələn yoxdu deyəsən.



Həəəəə, bu da İsmayıllı. Qızlar şəhərin girişində rastalaşdılar. Öpüşüb görüşdülər, :cak: bir birinin halına güldülər. Burda hava yaxşı idi. Yolda hamı bu qızlara baxırdı ki, balam bunlar bura camaatı deyil. Qızlar da nazlana nazlana gəlib çatdılar arzum-aysum gilə.
Sevinən kim, :dancing: qaçıb peçin yanına girən kim, qollarına çirmələyib kömək edən kim. Arzum-aysum o qədər yemək bşirmişdi ki, :127: saytda paylaşdığı , qızların bəyəndiyi yeməklərdən gözəl bir süfrə açmışdı. Əsas da çərşənbələrin şah yeməyi plov dəmləmişdi ki, ətri İsmayıllının girişinə çatırdı. Elə deyəsən qızlar plovun ətrindən tapmışdılar evi
Arzum-aysum – ay qızlar, hər işi görmüşəm əsas iş qalıb eee. Sizi tonqala çağırmışam, amma tonqalı qalamamışam.
Sona- ele əsas məsələ qalıb ki, bizi tonqala çağırmısan, amma tonqalın hazır deyir
AGHAYEVA – ay sona, yazıq neyləsin eee, səhərdən bizim üçün hazırlıq görüb, tonqalı da özümüz yandıraq, noolar ki
Qızlar birləşib bir tonqal qaladı ki, :ates: İsmayıllının hər yerindən görünürdü. Hamı bir bir tonqaldan tullandı,
Melek5, vipbetul, Cindrella, kiraz mevsimci kiz, Narın Yağış, baby baku, aleyna si özlərinə bir əl qatmışdılar ki. Tonqaldan tullanıb – Atıl batıl çərşənbə, bəxtim açıl çərşənbə deyirdilər.
Elə tonqal ətrafında deyib gülürdülər ki, skype-dən zəng gəldi.
-Qızlar, Antik gil zəng edib , :telefon: gəlin hamınız bura. Qızlar danışdılar, bir birinin çərşənbəsini təbrik etdilər. Antik, krisa, anonim, qonaqa, tatyana, Barbaris, ulduz da orda bir yerə toplaşıb tonqal qalamışdı. Elə skype ilə danışırdılar ki, Yalnız Arzu – qızlar baxın görün km zəng edb. Biz burda toplaşmışıq, antik gildə Rusiyada, Onun meleyi, Nezka, ___Jasmin___ də Gürcüstandakı qızlarımızı yığıblar bir yerə.
Birdən arzum-aysum dedi ki,- həəə, bütün qızlar bir arada olduğuna görə, hamınızın ilk çərşənbəsini təbrik edirəm. su çərşənbəniz mübarək! İşləriniz su kimi axarlı olsun, bütüüüüüünn problemlərinizi, kədərinizi qəmminizi su yuyub aparsin. Özü ilə ancaq gözəl və sevincli günlər gətirsin. Ümidləriniz çiçəklənsin, gerçək olsun. Amin!




Qızlar, bir həftə sonra ikinci çərşənbədə görüşərik....
(səs: 0)
Şərhlər: 17
Baxılıb: 3 281
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri