Qadınlar.biz qızları od çərşənbəsini qeyd edir....

Müəllif: arzum-aysum
Şərhlər: 22
Baxılıb: 3 169
Səs ver:
(səs: 0)
Birinci gün axşam arzum –aysumun wats app-ını qızlar mesaj yağışına tudu. Axı səhər ikinci çərşənbə idi. Bütün qızlar birinci çərşənbədən sonra ikinci çərşənbəni də bir yerdə qeyd etmək istəyirdilər. İsmayıllı yaman xoşlarına gəlmişdi. Amma arzum-aysum bu çərşənbədə Bakıda olacaqdı. Neynəsin, neynəməsinnnn... bir az düşünəndən sonra qərara aldı ki, qızları burda bir yerə yığsın. Bir bir qızların hamısına yazıb bu çərşənbədə Bakıda anası gilə yığışmağı söylədi. Qızlar da himə idi, o dəqiqə razı oldular. Fərqi nədi ki, Bakı ya İsmayıllı... əsas odu ki, bir yerdə olsunlar.... Bu gün Rusiyadakı qızlarımız da çərşənbəni bir yerdə keçirmək eşqi ilə çemodanlarını yığıb gəlirdilər. Arzum-aysum yığışıb onları qarşılamaq üçün üz tutdu hava limanına. Budu qızlar bir-bir çemodanlarını götürüb gəlirlər.
-bunların nə qədər yükü var elə, elə bir iki illik gəliblər ee- düşündü arzum-aysum
Qızlar da, çemodanlarını sürüyə sürüyə gəlib arzum-aysuma çatdılar. İndi hava limanında bir ağlaşma düşüb ki, gəl görəsən, elə bil xoşqədəmin verlişindədilər. Qızlar bilmirlər vətənə gəldiklərinə sevinsinlər, bilmirlər görüşdüklrinə. Bəlkə bir-birlərini on dəfə öpdülər. Nəsə ... axır ki, taksiyə oturdular. Yol aldılar Çapayev tərəfə.... sağ salamat gəlib çatdılar, gördülər ki, Yalnız-Arzu da Gürcüstandan gələn qızı ilə o biri qızları yığıb gəlib artıq. Taxtaları yığıb tonqal qaladılar. İndi burda bir vur çatlasın var ki, gəl görəsən. Ağız deyəni qulaq eşitmir.
Canan, krisa, guler19, ulduz, qonaqa bir qıraqda oturmuşdular. Məlum məsələdi, hamilə olduqları üçün tonqaldan tullanmırlar .
Canan- ay qız ürəyim yaman bulanır, heç nə yeyə bilmirəm eee
Krisa- məni demirsən, ordan bura nətər gəlmişəm bir Allah bilir
Ulduz- gördüm elə, yol boyu kulok tutmuşam ağzına
Qonaqa- yaxşıda məndə ürək bulnması yoxdu- söhbətləri ancaq bu idi , başqa nə olsun ki.(təki bəbişlərinizi sağ salamat qucağınıza alın o qədər yeyərsiz ki, bu 9 ayın əvəzin çıxarsız)

Qızlar bir də gördülər ki, tonqalın ətrafında az qala saç yoldu çıxsın. BARBI, Narın Yağış, Mrs.A, Cindrella, aLoNe AnGeL, Melek5, MODABAZ bir həşirdədilər ki, gəl görəsən. Nədi nədi tonqaldan tullanıb –atıl batıl çərşənbə, baxdım açıl çərşənbə - deyəcəklər
Mrs.A – BARBİ, saytda yeni xəbərlər yayımlanıb eee, get şərhini yaz da, bir imkan ver
Narın Yağış - Mrs.A, sən də get dərslərini oxu da, nə var eee burda
aLoNe AnGeL – puahhh, gör kim deyir eeee
qanadli melek gördü ki, qızların başı qarışıb bir birinə, elə istəyirdi tonqaldan tullansın, kimsə nətər qolundan dartdısa , çönüb gördü kİ, Zenka - bayaqdan 10 dəfə tullanmısan eee, bir kənara durrr-
Elə bu vaxt aleyna si tez qaçıb tullandı
Sara035- ay qızlar ne olub belə, adam da belə gündə dalaşar heç?
Qızlar bir ağızdan - görmürsən, imkan vermirlər tonqaldan tullanam,
Tatyana- elə bil əhd eləmisiz ee, noolub ay qızlar, yaman tələsirsiz eee ərə getməkdən ötrü
tek umidim sen – sənə nə var eee, belə deyərsən dəə, Allah bilir özün əvvəllər nə qədər dava eləmisən tullanmaqdan ötrü
Fialka – özünüzü ağır aparın eee, görün heç mən sizin kimi eləyirəmm
aliceWOnDer- guya səni görmürəm, bayaqdan göz-göz eliyirsən ki, görüm qızlar nə vaxt bezib kənara çəkiləcək,
Nazlı_qız- bu gedişlə bezib eliyən deyillər, görmürsən nə əl qatıblar özlərinə, biz elə gözləyə gözləyə qalacıq
Balacam gördü ki, qızlar sakitləşmək bilmir - ay qızlar, niyə dalaşırsız. Sira ilə düzülün , bir bir tullanın daaa. Biz balaca vaxtı belə edirdik...
Nəsə, deyəsən ara sakitləşdi... axır ki, yola gəldi qızlar... elə sıra ilə düzülmüşdülər ki, bir bir tonqaldan tullansınlar TÜRKAN ABBASOVA qaça-qaça gəlib düz tonqalın yanında durdu.
evli.mutlu.cocuklu – ay qız görmürsən, qızlar bayaqdan tullanmaq üçün bir birini qırır, sən də yer tapdın durmağa
Tomris Müslümova (ələkçinin qır verəni) – işiniz olmasın, yazıq qız Qubadan gələnnən canı qızmayıb, qoy bir az isinsin
Meleksima, Aksana77, _ŞN_, wirinkaa, bir kənarda durub söhbət edirdilər -yaxşı qızlardı, yaxşı ki, biz də bu saytda qeydiyyatdan keçmişik.

Bir də gördülər ki,Barbaris çemodanını sürüyə-sürüyə gəldi.
Su Perisi – ay Barbaris, hara gedirsən, nəsə olub?
heyatim_menim – neynəsin eee, qız durub taaa Rusiyadan bura gəlib, hərə bir kənarda öz işi ilə məşğuldu
Antikvar – ay yüz yaşa... mən deyəcəkdim ki, o boyda yolu durub gəlmişik ki, bir yerdə çərşənbə keçirək, bizə baxan yoxdu
Gülüş. – cannn, xətrinizə dəyibbbbb, gəlin bir sizi öpüm
Aylin... – öpmək lazım deyil eeee, bayaqdan girmisən telefonun içinə, gah yeniqadına girisən, gah da Qadınlar.biz-ə
lale.veliyeva19 – yaxşı taaa, nolsun eee, yeni-yeni xəbər göndərməyi öyrənib, baxırki, görsün xəbərləri yayımlanmayıb ki
Barbaris- qızlarrrr, nə oldu yenə... küsüb zad eləməmişəm eee. Çemodanın içində hədiyyələr var, dedim onları paylayım
Akkuw)- oleyyyyyyy, yenə hədiyəəəəəəə
Duymecik - sağ ol eee kız, həmişə ki, kimi əli dolu gəlmisən
Anonim – kız, mənə barı hamilə paltarı gətirərdin
Asya – qızdakı üzə baxxxx eeeee. Nə gətirib gətirib, nətər də utanmır eee
lili) – ay qız niyə utanır eee, biz bacıyıq eee, bacı bacıdan utanarmı
Bütün qızlar Barbarisin başına toplaşdı. Hamı öz hədiyyəsini alan kimi başladılar açıb baxmağa.
son bahar- yenə yarımçıq ətir gətirib eeee
tatyana—ay qız yarımçıq deyildi ee, krisa gələndə qaytarırdı, ulduz da kulok tuturdu ağzına, o vurub üstünə ki, iy gəlməsin
Fira Deniz – aaa, mənə verdiyi peçenye qutusu da açıqdı, yeyilib yarısı
Anonim – kız yolda mən yemişəm eee, yaman acmışdım
Sona – bu uşaq paltarı mənimdi, qızıma geyindirəcəm
Onun meleyi – bəh bəh, ayaqqabılar mənimdi, xınamda geyinəcəm
Nayino- kız bizi də çağırarsan aaaa, könlümə yaman oynamaq düşüb
Rəmsə- hə eee, kız kız əylənərik nəyi var
Aziz-a – inşalahhhhhhhhhhhhh
Qızların kefi yaman kök idi. Hədiyyələrini də almışdılar, hərə bi tərəfdə deyib gülən kim, sayta girib şərh yazan kim. Arzum-aysum gördü ki, bu qızların söhbəti bitən deyil. Tonqalın kənarına gəlib sözə başladı - Əziz bacılarım, Od çərşənbəniz mübarək! Qoy bu gözəl gündə və hər zaman ocağınız yansın, qazanlarınız qaynasın. Eviniz ruzili, ocağınızın isti olsun.... Amin...
İnşallah, Allah qismət eləsin üçüncü çərşənbəni də bir yerdə qeyd edək....
(səs: 0)
Şərhlər: 22
Baxılıb: 3 169
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri