Kızlar mən yenə geldim.:ponpon:Xoş gəlib səfa gətirmişəm,belə həmişə mən gəlim.: :girl_in_love: Hamı bilir ki,saytımızda mənim virtual kızım var.:quc: və bu kızım tezlikən ailə quracaq.:toy:Məndə narahat oluram istəyirəm Fidoşun yaninda olub ona dəstək olum.Eləcə fikirləşirdim ki,birdən ağlıma yerləşdi ki,boşuna fikir eləməkdən bir şey çıxmaz onnansa yola düşüm Gürcüstana qızımın yanına.:yol:Həmdə qızımın xnasında iştirak etmiş olaram.:kivir:Amma qızlara deməyim yoxsa tökülüşüb hamısı gedəcəklər mənimlə.Qubada cıxardıqlari hoqqalar hələ də yuxuma girir. :pff:Ne başınızı agrıdım səhər tezdən durdum bir stəkan çay içib çamadanımı yığıb düzəldim yola....oohh bəəə başım qulağım sakit tək başıma gedirəm.oleeyyy.:ponpon: Vağzalın kassasından Gürcüstana bileti güclə tapdım,kassadan dedilər ki,elə indilərdə 20-30 nəfər qız gəlib bilet alıblar deyə biletlər qurtarıb.Diksindim qəflətən aceba bizim qızlar olmaya.Amma onlar hardan bilsinler ki,mən Gürcüstana gedirəm,öz özümə gülüb qatara dogru addımladım.Qatarın qarşısında yaman tünlük idi,ses də götürüb aləmi dedim yəqin qaracılardır yaxınlaşanda isə gözüm çıxdı kəlləmə.:shok:Bütün sayt əhli burdaymışki.:18:Lalə Vəliyeva,Ulduz,Gulus,Tatyana,Sultanım,Arzum-Aysum,Son bahar,Əfsuş,Antikvar,Sona,Narın yağış,BARBİ,Vipbetul,Balacam,Düyməcik,Anonim,Canan,Aghayeva,Sara035,Modabaz,Lili,Qanadlı Melek,Dosta inam,Sevgi qatarı,Alone angel,Evli mutlu cocuklu,Urek,Nurane,Krisa,Turkan Abbasova...bütün qizlar məndən qabaq hazırlaşıblarmış.:pff: -ASYA-Ay Arzu bacı gəl çıxda,səhərdən səni gözləyirik.(minnəti gördüz?) -Totu-Hə də vallah ayaqlarım ağrıdı gözləməkdən.:hh: DİLAYCAN-Az bir imkan verin görürsüz ki bacim şokdadı qoyun şokdan ayılsında bir.:akk: Bir təhər özümə gəlib soruşdm-Siz hardan bildiz mən Fidoşgilə gedirəm?:18: -Həyatım mənim-Mən demişəm hamıya Arzu bacı. :09:Ürəyimə damdı ki dözməyib gedəsiz bizde dedik ki tək getməyəsiz. :08: Mən-Qızzz ürəyüvə damır,krışasın qırlat birdə dammasın.:dv: Sona-Sizə dedimdə nə vare gedirsiz qoyardız özü gederdi də tək,bir para tezden oyandım. :13: Arzum-Aysum-Səndə yatmaqdan başqa bir şey bilmirsəne.:sac: Ufff bu qızlar mənim başıma bəladırlar.Minnətdə qoyurlare adama.:hh:nəysə taleyimlə barışdım.:uzulen:doluşduq qatara bir vaqon idik maşallah. :23: Yenə deyə gülə yetişdik mənzil başına yani Fidoşgilə.Uzun yol qızların sayesinde bir göz qırpımında gəlib kecdi.
Fidanın ucmaga qanadı yox idi bizi görəndə.:ponpon:Bir saat opüşüb görüşmüşük.:mucux:Elə də gözəl görünürdü ki,xna paltarı cox gözəl yaraşmışdı qızıma.:quc:Birinci bizi yemək yeməyə apardılar ki,uzaq yoldan gəlmisiz.Cox qonaqpərvər idi qızımın yaxınları.Bir süfrə acmişdilarki gəl görəsən. Qızlar tozsoran kimi yenə süfrəni silib süpürdülər,hec qab yumaga ehtiyac qalmadı boşqabları nece sıyırmışdılarsa)))Deyirəm aclıq olsa birinci bizim qızlar qırılarlar yuz faiz.:hahahah:amma iraq olsun yaa onları istəməyənlər qırılsın.:mucux: Beləcə vədə yetişdi xna mərasimi başladı.
Həyatim mənim-Kayniş bax ayaqqabının altına mənim adımı elə yerdən yaz ki tez silinsin,məndə ərə getmək istəyirəm. :09: Tomris-Bir imkan ver səndən böyüklər də var. BARBİ-Hədəə vallah,gör heş bizim səsimiz çıxır?:hh: Jasmin-Vallahda hec biz dinmirik.:hh: Alone angel- Az biz məktəbliyik ərə gedən vaxtımız deyil.:akk: Balacam-Az kiriyin oturun yerinizde ozum gedecem Fidandan sonra ərə. :125: Tatyana-A qızlar başınız haqqı ərə gedənlərin əli bala batıb,sizinki də bəhməzə batacaq. :05: Bacımızın bu sözlərin ərdə olan qızlar ayaq üstə alqışladı:alkis:(içi mən qarışıq))))
Nəysə ərə getmək istəyən qızlar Fidanın başın xarab elədilər sagolsunlar))) Mərasim başladı.Qızlarımız Fidanın ətrafında hakişta deməyə başladılar.
Narın yagış-Dağlar başında lalə hakışta, Əlində var piyalə hakışta. Mən səninəm ay oğlan hakışta, Düşmə özgə xəyala hakışta. :125:
Tomris-Sənə qurban ay oğlan hakışta, Mənə ver sən hay oğlan hakışta. Gəzdim eli-obanı hakışta, Yoxdur sənə tay oğlan hakışta. :09:
Asya-Mən aşiqəm gün gəlir hakışta, Ay dolanır gün gəlir hakışta. Gözlərin aydın Fidoş hakışta, Nişanlın bu gün gəlir hakışta.:melek:
BARBİ-Taley Fidoşa yar olsun hakışta, Ömrün yaz bahar olsun hakışta. Könül verdiyin oğlan hakışta, Sənə tacidar olsun hakışta. :128:
Mən-Al almağın vaxtı var, haxışta, Şal almağın vaxtı, var haxışta. Oğlanın adamısız, haxışta, Aparmağın vaxtı var, haxışta :08:
Mən-Qızım elə özümə çəkib Mənim qızıma göz dəyməsin Qışqıraram kar olarsan Səsin özünə xoş gəlməsin :hh:
Barbaris gördü vəziyyət gərginləşir,qalxdı səhnəyə mikrafonu aldı əlinə -Hörmətli qonaqlar,icazənizlə çıxış edir saytımızın Hüseynova bacıları. Ulduzla Guluş cıxdılar səhnəyə.Başladılar oxumağa. Ulduz-İçmişşəmm çaaaaaxııır,göözlərimm aaaaxır.:sarkici: Gülüş-Mən baxan yara,Gör kimləəəər baaaaxır.:sarkici: Aziz A,Adsız A-Ay bico bico,can bico bico.:sarkici::sarkici: Antikvar-Bıyy az ALLAH sizi biyabır eləsin,az bir az səviyyəli mahnı tapmadızki? Gülüş-Ay Antik Gürcüstandayiğe,çaxırdan başqa nədən oxuya bilərik? :28: Ulduz-Hədəə bajım düz deyir.Çaxır xaraşoo. :alem: Antikvar-Düşün aşağı,biyabır olduq.Özüm oxuyacam indi səviyyəli mahnını.:hh:-Antik qızları səhnədən itələyib mikrafonu aldı əlinə -Sallana,sallana,sallana,sallana gəlmişiiiik.:sarkici: Tullana,tullana,tullana,tullana gəlmişiiiik.:sarkici: Oğlan evi.-:shok::shok::shok: ANtiki də bir təhər səhnədən düşürtdük.Mikrafonu güclə əlindən aldıq.:sac: Bu dəmdə kürəkən gəldi.Onu da deyim ki,kürəkənimiz cox yakışıklıdı.Maşallah.Qızlar srazu yazıq oğlanı aldılar kruqa. Tomris-Ay qaqa sag əlin O nun başına.O da sevdiyinə qovuşsun inşallah tezlikən :128: Narın-Uşş ay qız lap ürəyimi oxudun. :09: Lili-Ay damat,subay dostlarından varsa bu qızları heç aparmayaq,vallah yolda o qeder deyib gülüblərki başımın qapağı qopurdu az qala. :18: Mrs.A-Lili bacı bizdən bezmisiz həəə?:uzulen: Kürəkən matdım matdım bunlara baxır.Deyirəm ALLAH üzümüzə baxdı ki,qızlar oz səviyyəli mahnıların oxuyanda bəyimiz bunu görmədi. :29: Başladıq kürəkənə hərbə zorba gəlməyə. Mən-Bax Fidanım bizim hamımızın ürəyidi,birdən caşıb onun xətrinə dəyərsən haa,hamımız yığışıb köçərik sizə,yediyini icdiyini burnundan gətirərik. :kro: Bi vaqon qiz var burda gördüyün kimi. :125: Həyatım mənim-Özüdə Fidan məni oğluna alacaq haa,birdən mane olmağa calışarsan.Kişinin sözü bir olar. :oku: Axrı Fidan gəldi Nişanlısın bizim əlimizdən aldı ki yazıq rahat nəfəs alsın.Amma sagolsun mədəni insan kimi qızlara söz də qaytarmadı.))
Beləcə xina mərasimin sağ salamat yola verdik.Gecə yarısınadək oxuyub oynadıq.Xna qoyduq əllərimizə.Fidoşa coxlu arzularımız vardı hamısıni dilədik.AMİN dedik.Vaxt yetişdi qayıtmaga.Fidoşla görüşdük bir az kövrək notlarda ayrıldıq.Amma bu səfəri hec vaxt unutmayacaqdıq.Çünki bu hamımızın sevimlisi,mənim güzəl kalpli çirkinimin xınasıydı.:laylay:
Bu bizim qızların xnalı əlləri. :heart:
Bu da biz. :08:
P.S-Bu gəzintimiz də inşallah könlünüzcə olacaq qızlarım. :08: Adı olmayanlar inciməsinlər.Siz maşallah coxsuz mən təkəm hamınızı yazmaq mümkünsüzdü.Sadəcə oxuyun zövq alın,şərh yazmasaz da olar. :11:
Gözəlim Fidanım da inşallah bu xəbəri bəyənər.Özü bilir mən onu nə qədər çox istəyirəm əgər sehirli çubuğum olsaydı ALLAH şahiddir ki necə yanında olmaq istərdim. :128: Gözəl qəlbli mələyim,sənə dünyalar boyda xoşbəxtlik arzu edirəm.Xoş günlərin o qədər bol olsun ki,biz belə yadından çıxaq,başın öz mutlu məsud ailənə qarışsın.:dua:Ne yaxşı ki varsan mənim mələyim.:quc: Bir daha təbrik edirəm xınanı.İnşallah real xınanda belə "məharətli" müğənnilər oxumaz. :122: