Uşaqlığımdakı Novruz adətləri - Aylin...

Müəllif: arzum-aysum
Şərhlər: 12
Baxılıb: 4 092
Səs ver:
(səs: 0)
Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. Artıq iki çərşənbəni geridə qoymuşuq... Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi çoxxx gözəl adətlərdi bunlar. Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.

Artıq üç ildir ki, Novruz ərəfəsində silsilə olaraq ,,Mənim Novruz xatirələrim,, ,Novruzda yaşadıqlarım,, adlı layihələr hazırlayıram. Bu il də bu silsiləni davam etdirmək qərarına gəldim. ,,Uşaqlığımdakı Novruz adətləti,, adı ilə. İstəyirəm ki, hər biriniz uşaqlığınızdan bu günə qədər yadınızda qalan Novruz adətlərini bizimlə bölüşəsiniz.

Baxın görün hansı bacımız ilk qonağımdı...

Uşaqlığımdakı Novruz adətləri -  Aylin... Aylin...

bacı salam, mənə də layihəndə yer verdiyin üçün təşəkkür edirəm .
Su çərşənbəsi səhər tezden oyanıb arzu tutaraq suyun üzərindən atlayardıq. hər kəs baharın gəlişi üçün evləri təmizləyir, təmizlik işi aparırdılar. hər kəs indi səmənini satın alır. amma əvvəllər hər kəs səmənini özü hazirlayırdı. qadınlar birləşib şirniyyat( paxlava, şəkərbura, qoğal, badambura və s. ) hazırlayırdılar. qovurğa qovururdular. amma indi hər kəs şirniyyatı belə satın alır. böyük günə yaxınlaşdıqca süfrələri bəzəməyə başlayardılar. süfrədə qoz, fındıq, meyvə, boyanmış yumurtalar., şirniyyatlar və daha nələr-nələr olurdu. o böyük gün isə (axrıncı çərşənbə ) Böyük tonqal yandırıb üzərindən atlayardıq və (ağırlığım uğurlugum odda yansın ) deyirdik...
oğlanlar papaq atmağa, qızlar isə qulaq falına çıxırdılar. bəzi ailələr böyüklərin ziyarətinə gedirdi. pay aparırdılar. Mənə Novruz bayramı deyəndə bax bu xatirələr yadıma düşür, amma hayif ki, adət-ənənnəlrimiz yavaş-yavaş itir. Amma bir düşünsək heç bir ölkənin belə gözəl adət-ənənəsi yoxdu
Bayramınız mübarek! bu bayram hər kəsə ruzi bərəkət gətirsin! Amin



Hə qızlar, ümid edirəm ki, maraqla oxudunuz... qatılmaq istəyən şəxsi mesajla mənə yazsın...
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 4 092
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri