Uşaqlığımdakı Novruz adətləri - Gülüş.

Müəllif: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 2 588
Səs ver:
(səs: 0)
Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. Artıq iki çərşənbəni geridə qoymuşuq... Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi çoxxx gözəl adətlərdi bunlar. Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.

Artıq üç ildir ki, Novruz ərəfəsində silsilə olaraq ,,Mənim Novruz xatirələrim,, ,Novruzda yaşadıqlarım,, adlı layihələr hazırlayıram. Bu il də bu silsiləni davam etdirmək qərarına gəldim. ,,Uşaqlığımdakı Novruz adətləti,, adı ilə. İstəyirəm ki, hər biriniz uşaqlığınızdan bu günə qədər yadınızda qalan Novruz adətlərini bizimlə bölüşəsiniz.

Baxın görün bu dəfə hansı bacımız qonağımdı...

Uşaqlığımdakı Novruz adətləri - Gülüş. Gülüş.

bütün qızlarımızı salamlayıram, öpürəm hamınızı. bacıma da çoox sağ ol deyirəm məni lahiyəsinə dəvət etdiyinə görə.

Novruz bayramını çox sevirəm, gəlişini səbirsizliklə gözləyərdim, papaq atmaqdan ötrü. bəzəkli yumurtadan ötrü, bizdə səmənini ulduz qoyardı mənim həvəsim olmazdı . küçəmizdə uşaqlar toplaşıb papaq atardıq, tonqal yandırıb üstünnən hoppanardıq, yumurta döyüşərdik, sonra da oyunlar oynayardıq, dəsmal dalda, gizlən qaç, gözü bağlıca . yadıma düşür 1 sinifdə oxuyarıq oxumarıq belə ulduz, mən, qonşuda qiz var bir də o, üçümüz papaq atırıq başqa qonşu da var, bazarda meyve satır onlara papaq atdıq, gözləki papaq gəlsin, gəlha gəl, hərəsinin içində 1 çürük alma, üçümüzdə almanı götürdük ki, bu nədi belə, ucadanda başınıza dəysin deyib almanı aldıq əlimizə, attıq evlərinin üstünə, sonra da qaçdıq . qulaq falına gedirdik, səs eliyə eliyə gedirdik ki, yaxşı söz eşidək . qonşumuzda Sahib dayı vardı, indi də var, elə balaca bacım şişko patates qoymuşdu adını, küçədə tonqal qalayanda hoppanırdı üstünnən qonşunun qızına nətər dəydisə düşdü tonqala, oldükk gülməkdən
bir dəfə duzlu kökə bişirmək istədim, amma anamdan qorxurdum nətər eliyim bilmirdim, kökənin 1 kündəsin götürdüm içinə duz töküb bükdüm işarə də qoydum ki, bilim hansıdı. gecə yemək istədim, boooy başıma xeyir bu nəydi belə, onnansa duzu qaşıqlayıb yesəm yaxşıdı. öldüm səhərə kimi . novruz bayramı gecəsi aya baxım qaranlıq otaqda güzgüyə baxsam nişanlımı görəcekdim guya ki, heç n. görmədim .
üzük falı etmişəm 18 yaşımda durdu, 18 yaşımda da ailə qurdum. 2 il üst üstə novruz bayramını, yeni ili keçirmirik, qaynanam sağ olsun bu il keçirdərik inşallah .
bu qədər, yadımnan çıxanları da var, tapıb toplaya bilmədim hamısını yazım . oxuduğunuz üçün çox sağ olun bacılar. öpücüklər....



Həə qızlar, qatılmaq istəyən mənə şəxsidə yazsın....
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 588
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri