Uşaqlığımdakı Novruz adətləri - tatyana

Müəllif: arzum-aysum
Şərhlər: 10
Baxılıb: 2 710
Səs ver:
(səs: 0)
Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. Artıq iki çərşənbəni geridə qoymuşuq... Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi çoxxx gözəl adətlərdi bunlar. Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.

Artıq üç ildir ki, Novruz ərəfəsində silsilə olaraq ,,Mənim Novruz xatirələrim,, ,Novruzda yaşadıqlarım,, adlı layihələr hazırlayıram. Bu il də bu silsiləni davam etdirmək qərarına gəldim. ,,Uşaqlığımdakı Novruz adətləti,, adı ilə. İstəyirəm ki, hər biriniz uşaqlığınızdan bu günə qədər yadınızda qalan Novruz adətlərini bizimlə bölüşəsiniz.

Baxın görün hansı bacımız bu dəfəki qonağımdı...

Uşaqlığımdakı Novruz adətləri - tatyana tatyana

Salam qızlar, mənim uşaq olduğum dövrdə gözəl adətlər vardı, mənim uşaq ağlımla ən sevdiyim adət səməni yetişdirməkiydi, çərşənbələr yaxınlaşan kimi başlıyırdıq səməni cücərtməyə, bir adətimizdə vardı (yenə var, o gün qanadlı melek edirdi) ev tökmək deyirdilər, mamam deyirdi sabah ev tökəcəm, hər şeyi daşıyırdıq həyətə döşək çırp, yastıq çırp, pəncərələri silmək, pastel yumaq hamisi bir gündə, iki gün qalmış axır çərşənbəyə mamagil başlıyırdı şirniyyat bişirməyə bir gün axşama bişirirdilər (çoxlu), bizim tərəfdə bir adət də vardı, çərşənbə günü axşam olmamış hamı qəbirstanlığa gedir, hərə öz yaxınına lopa (ağac başında parça bağlıyıb neftlə ısladıb yandırırlar) sancır qəbrinin yanına, üstünə də şirniyyat konfet qoyub qayıdırlar, bizdə həmişə mən hazırlayardım lopaları üç gün qabaqdan. çərşənbə axşamı qonşular bir birinə gedər, sonra hamı çıxıb küçədə böyük tonqal qalıyardıq, qarmon çalan qonşu çalardı hamı oxuyar oynuyar, küsənləri barışdırardı böyüklər... çox gözəl keçirərdik.
Hamınızın novruzu, yazı xoş gəlsin, şəfa gətirsin.



Hə qızlar, ümid edirəm ki, maraqla oxudunuz... qatılmaq istəyən şəxsi mesajla mənə yazsın...
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 2 710
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri